Bikininin tarixcəsi

Qadınlar yayda bikini geyinmək üçün bir neçə ay əvvəlcədən pəhriz saxlayırlar. Gözəl bədən quruluşuna sahib olmaq üçün bütün çətinliklərə dözürlər. Kişilər iki parçadan ötrü bu qədər əziyyətə dözən qadınları başa düşməsə də, bikinin öz dəbi və qaydaları var. İndi hamı rahatlıqla bikini geyinsə də, əvvəllər belə olmayıb. Bikini tarixinə nəzər salsaq, onun 1960-cı ildən etibarən dəbə mindiyinin şahidi oluruq.

Bikinin yaranması tarixi əslində, dördüncü əsrə söykənir. Qədim Romada gimnastika və idman edən qadınlar alt və üst olaraq iki parçadan ibarət olan bikini modelinə oxşayan paltar geyinərdilər. Hətta ayaq biləklərinə də halqa taxıb özlərinə aktiv qadın imici yaradırdılar. Bikini qədim Romada olduğu kimi, bu gün də müasir qadının simvolu olaraq xarakterizə olunur.

XX əsrin əvvəllərində dünyanın az qala hər yerində bikini və ya ona bənzər paltarların geyilməsi düşünülə bilməzdi belə. Qadın üzgüçülər çimərliklərdə özlərini gizləyə bilmək üçün dizə qədər uzanan paltarlarda üzərdilər.
Davamı →