Çəkik gözlü, yoxsa?

cəkik gozlərYalnız Çinlilərin deyil,  Yaponların, Orta  və Cənub-şərqi Asiyada yaşayanların hətta Eskimosların belə gözləri  çəkikdir. Əslində  'çəkik gözlü'  olmaq tərifi qətiliklə səhvdir. Göz quruluşu dünyada bütün insanlarda eynidir. Fərqi yaradan yalnız göz qapaqlarıdır.

 Çəkik  gözlü deyə  xarakterizə edilən irqlərdə  gözün üzərindəki göz qapağının ikinci qıvrımı, gözün üstünə doğru daha çox enmişdir və bu vəziyyət gözün sanki daha darmış kimi görünməsinə səbəb olur. Yaxşı bu, nə üçün   belədir?

Bir   nəzəriyyəyə   görə   göz   qapağının   üzərində  dayanan ikinci qıvrım, bu insanların gözlərini sıx olan qar təbəqəsinin göz qamaşdıran işığından qorumaq üçün bir cür qar gözlüyü kimi inkişaf etmişdir.


Ardı →

Ən xoş səslər

yagış səsi insanlara xoş təsir edir — Quş cəhcəhi — ilahi bir səsdir. Əsasən də səhər quşların səsini eşitmək hər şeyə dəyər.

— Pişik mırıltısı — insan kefsiz, halsız olduğu vaxt bu səs insana dərman kimi kömək olur.

— Qarın səsi — yeni yağmış qarın üzəri ilə gəzmək hər kəsə xoşdur.

— Yağış səsi — damlara düşən yağış səsi insanlara xoş təsir edir. 

— Ləpələrin səsi — dənizi, dalğaları seyr etmək hər kəsi sakitləşdir, ilhamlandırır.


Ardı →

Üçayaqlı futbolçu

Franchesko LentiniFrançesko Lentini (1881-1966, İtalyan) üç ayaqlı olaraq tanınmağa kiçik yaşlarından başladı. On iki övladdan təkcə fərqli olan o idi və fərqli cəhəti- fiziki qüsuru nəslindəki heç kimdə rast gəlinməmişdi.

Deyilənə görə, o doğulanda onun doğumunu həyata keçirən həkimlər qışqıraraq dəhşət içində qaçıblar. Təcrid olunmaq, uğursuzluq sayılmaq, qorxulmaq onun özünə inamsız və çox pis psixologiya ilə böyüməsinə səbəb olur. Adətən bu cür insanlar "özü kimilərdən" fərqlənmək istəyirlər, yetəri qədər iradəsi olarsa, xüsusi bir hobbi seçir, müəyyən sahədə özlərini inkişaf etdirirlər. O, beləcə yaş keçdikcə 3-cü ayağına öyrəşir. Anasının qarnında ikən inkişaf etməmiş əkizini ölənə qədər bədənində daşıyan Lentininin 3-cü ayağı normal 2 ayağına görə daha qısa idi. O zamankı həkimlər isə artıq ayağın götürülməsinin iflic və ya ölümə səbəb olacağını söyləyərək əməliyyata risk etmirdilər.

  Ailəsi tərəfindən sevilmədiyi üçün yanında yaşadığı xalası onu fiziki qüsurlu uşaqların olduğu məktəbə göndərir, 8 yaşında o, ABŞ-a gəlir.


Ardı →

Dünyanın ən gənc anası

5 yaşlı Lina MədinəBu rekordu tibb tarixində hələ keçən olmayıb. Rəsmən perulu olan bu xanım dünyada ən gənc ana hesab edilir.  O, beş yaşında ana olub.

  Söhbət 5 yaşlı Lina Mədinədən gedir. Lina Mədinə 1933-cü ildə Peruda anadan olmuşdur. Bu inanılmaz hadisə 1939-cı ildə Pisko (Peru) xəstəxanasında baş verib.  Ana böyük qarınla Linanı xəstəxanaya gətirərkən həkim onun hamiləliyinin artıq  səkkizinci ayı olduğunu bildirib. Bir  ay sonra 14 may 1939-cu ildə Linanın oğlu dünyaya gəlir.

    Uşağın çəkisi 2,7 kq idi, adı Xerardo qoyuldu. O, Linanın bacısı olduğu sanırdı, həqiqətləri yalnız on ildən sonra öyrəndi.  Xerardo sağlam həyat sürsə də,  40 yaşında (1979-cu ildə) beyin xəstəliyindən vəfat edir.

    Lina Mədinə uşağın atasının kim olduğundan heç vaxt danışmırdı. Linanın atası zorlamada (təcavüz) şübhəli bilinən məhbus idi, amma sonra sübutların yoxluğuna görə azad edildi.


Ardı →

Qəribə müalicə üsulları

guluş də mualicədirİnsan yarandığı gündən etibarən ölümsüzlüyün yolunu və gənclik «eleksiri»nin repestini tapmağa çalışır. Sağlam yaşamaq və gənc qalamq üçün effektli müalicə üsulları axtarır.
Gənc və sağlam qalmaq həvəsi insanları qəribə və elmi cəhətdən təsdiq olunmamış təhlükəli addımlar atmağa sövq edir. Baxmayaraq ki, tibbdə və elmdə bəzi müalicə üsulları rədd edilir, dünyanın bir çox yerində hələ də istifadə edilir. 

Qurğuşun — Azərbaycanda və bir çox müsəlman ölkələrində qorxunu aradan qaldırmaq üçün qurğuşun əridilər. Bunun təkcə qorxunu deyil, bədəndə yığılan bütün stress və gərginliyi aradan qaldırdığdığına dair də inanclar olduqca yüksəkdir. 

Peruda hamilə qadın delfinlərlə müalicədən istifadə edir. Delfinlərin buraxdığı yüksək tezliklə səslər ana bətnindəki uşağın beyninə müsbət təsir göstərir.
Ardı →

Cütlüklər arasında ideal boy fərqi

Kişinin qadından yaşca və boyca hündür olması tabu halını alıb.
Bəs, sevgililər arasında boy fərqi neçə olmalıdır?

700 qadın və kişi arasında aparılan anket cinslərin bu mövzuda fikirlərini öyrənib.

Qadınlara görə kişilər 20 sm daha uzun olmalıdır. Kişilərin boy fərqi isə çox deyil. Qadınlardan 8 sm hündür olduğunu düşünürlər. 

İdeal qadın boyu 173 sm və kişdə isə 188 sm-dir.  

Statistikalara görə, cütlüklərin 92 faizində kişilər qadınlardan hündürdür. Cütlüklərin 4 faizində isə qadınlar kişilərdən hündürdür. 3.5 faizində isə cütlüklərin boyu eynidir.
Davamı →

Viktoriya (V) işarəsinin tarixçəsi

VViktory işarəsini (V) ilk dəfə Uinston Çörçill məşhurlaşdırmışdır. Bir çox şəkillərində onun bu işarədən tez-tez istifadə etdiyi görünür. 

Hətta vəfat etməzdən əvvəl, Çörçill xəstəxanaya ona baş çəkməyə gələn eks-prezident Eyzenxauerə (V) işarəsini göstərmişdir.

 Victory bir çox dillərdə qələbə mənasını verir. Böyük Britaniya və Avstraliyada bu işarədən istifadə təhqir kimi qəbul olunur. Yeni Zelandiyada isə bu işarə cinsi sui-istifadə hesab olunur.

 (V) işarəsinin məşhurluğu 1960-cı illərə təsadüf edir. Uinston Çörçill bu işarədən İkinci Dünya Müharibəsi ərəfəsində istifadə etmişdir. İşarə qələbə ilə yanaşı, sülh mənasını da verir.

Mənbə: azens.az
Müəllif: Jalə Orucova, http://azens.az  elektron ensiklopediyasının yaradıcısı və layihə rəhbəri


Davamı →

Qədəhləri niyə toqquşdururlar?

Qədim zamanlarda bir insanın düşmənini yeməyə dəvət edib ona zəhərli içki təqdim etməsi təbii hal sayılırdı.
Ev sahibi içkinin zəhərsiz olduğunu sübut etmək üçün öz içkisini havaya qaldırar və qonağın içkisindən bir qurtumun öz qədəhinə tökülməsini istəyərdi. Sonra eyni anda içkilərini içərdilər.

Qonaq belə vəziyyətdə ev sahibinə etibarını göstərmək üçün qədəhini ev sahibinin yuxarı qaldırdığı qədəhə yüngülcə vurar ''çin'' səsi ilə içkinin sınağına gərək olmadığını eyham etmiş olardı.
Davamı →

Saatların çəkilməsinin tarixcəsi

saatBirinci Dünya müharibəsi müdətində  bir çox ölkə saatlarını ilin müəyyən aylarında yenidən nizamlamağa başladı.

Bunun məqsədi gündüz saatlarını, insanların oyanıq olduqları zamana uyğunlaşdırmaq, bu səbəbdən də evlərdə və küçələrdə yanan lampalar üçün lazımlı enerjidən qənaəti  təmin etmək idi. 

Bu gün də eyni tətbiq öz hökmünü saxlamaqdadır, yəni aprel ayının ilk bazar günündə saatlar bir saat irəli, oktyabr ayının son bazar günündə isə bir saat geri çəkilməkdədir. Digər bir deyimlə desək yazda sizə itirilmiş bir saat, payızda geri verilməkdədir.

  ABŞ-da da belə bir qaydanın konqres tərəfindən qəbul edilməsinə baxamyaraq bəzi əyalətlər bu tətbiqi rədd etmişdir. Bu əyalətlərdə hələ də yaz-qış yəni standart olaraq qəbul edilən vaxt tətbiqi öz qüvvəsini saxlamaqdadır.


Davamı →

Termometr sınsa, nə etməli?

sınmış termometr təhlukəlidir
Sınmış termometrin içindən civə dərhal axır və kiçik kürəciklər şəklində ətrafa yuvarlanır. Civə buxarlanaraq nəfəslə orqanizmə daxil olub və orqanizm üçün ciddi təhlükə yaradır.
Otağın temperaturu yüksəldikcə, civə daha tez buxarlanır. Buna görə də, otağın temperatutunu mümkün qədər azaltmağa çalışın – bütün pəncərələri açın, kondisioneri “soyuq” rejiminə qoşun.
Ardı →