Ağ həkim xalatının tarixi

həkim xalatı Ağ həkim xalatının demək olar ki, 150 ildən çox yaşı var. Bu xalatlar pasiyentləri infeksiyalardan və yoluxucu bakteriyalardan qorumaq məqsədilə düşünülmüşdür.

  Həkim xalatı icad olunanadək, həkimlər pasiyentləri adi, gündəlik geyimlərdə qəbul edirdilər. Əməliyyat zamanı isə önlük və ya xüsusi qolluqlar taxılırdı. Həkim və pasiyentlər arasında nəsə bir “gigiyenik bufer” olması vacib idi, bu “gigiyenik bufer” elə rəngdə olmalı idi ki, onu tez-tez dəyişmək və ya yuyub-təmizləmək lazım gəlsin. Bu səbəbdən ağ rəng ən münasib rəng idi. 

  Müasir dövrümüzdə ağ xalatı həkimlə pasiyent arasında “gigiyenik bufer” hesab etməyənlər də az deyil. Ağ xalatın həkimlə xəstə arasında bir “gigiyenik bufer” olmasına şübhə ilə baxan Birmingen Universitetinin tıdqiqatçı alimləri olmuşdur.

20 il bundan öncə onlar  müxtəlif sahələrdə çalışan həkimlərin 100 ədəd xalatlarını mikroskop altında analizdən keçirmişlər. Xalatların əksəriyyətində  “qızılı stafilokok” (üzüm salxımına oxşar qruplar şəklində yerləşmiş bakteriya) aşkarlanmışdır. Merilend Universitetindən olan alimlər isə bundan  bir neçə il sonra məhz elə həkim xalatları vasitəsilə xəstəliklərin bir pasiyentdən digərinə keçdiyini iddia etdilər.


Ardı →

Heyvanlarla danışmaq mümkün olacaq


Heyvanların davranışı öyrənən sahənin aparıcı mütəxəssisi professor Kon Slobodçikov 5-10 il sonra vəhşi və ev heyvanlarının dilini anlamağa imkan verən qurğu yaradır. Alimin sözlərinə görə, gün gələcək, biz heyvanlarla mobil telofon ölçüsündə olan qurğu vasitəsilə ünsiyyət qura biləcəyik.


Ardı →

Mən daha gözələm


İnsanların çoxu özünü daha gözəl hesab edir. Çikaqo universitetindən olan Nikolay Epli və Virciniya universitetindən olan Erin Uitçerç insanların özlərini həddən artıq qiymətləndirməsinin nə dərəcədə olduğunu öyrənməyi qərara aldılar.

Alimlər könüllülərin şəkillərini çəkib, kompüter vasitəsi ilə bu şəkillərdəki insanların sifət cizgilərindəki qüsurları siliblər. Nəticədə hər iştirakçının iki şəkli hazır idi: birində insan real görsənirdi, o birisində isə —  qırışlarsız, xalsız və digər kiçik qüsurlarsız. Bundan sonra alimlər həmin könüllülərə fotoların ikisini də göstərib, onlardan original fotonu seçmək xahiş ediblər. İştirakçıların çoxu daha gözəl görsəndikləri şəkli səçib.


Ardı →

Ən effektli qərarları intuisiyamız verir

Çoxumuz çətin bir qərara gəlmək üçün saatlarla fikirləşə bilərik. Lakin, portuqaliyalı alimlərin sınaqları bunun heç də düzgün olmadığını göstərir. Alimlər hesab edir ki, ən effektli addım — intuisiyamıza inanıb, qərarı tezcə qəbul etməkdir. Bu həm də vaxta qənaət edər və əhval-ruhiyyəmiz üçün yaxşı olar.

Alimlər siçovul üzərində sınaq apardılar. Aydın oldu ki, siçovullar «tərəddüd» edib etməmələrinə baxmayaraq effektli və düzgün qərarları qəbul edə bilir. Lakin siçovulların ən effektiv qərarları dərhal (300 ms ərzində) qəbul edilənlər oldu.

Araşdırma rəhbəri Dr. Maynen deyir ki, siçovul üzərində belə bir sınaqlar insan intuisiyasının təbiətini daha yaxşı anlamağa və beyində intuitiv qərar alma vaxtı nələrin baş verdiyini öyrənməyə  imkan yaradır.


Davamı →

Qladiatorların tərindən kosmetik vasitə

Qədim Roma dedikdə bizim fikrimizə bir çox şey gəlir: Kolizey, qladiatorlar, qüdrətli imperatorlar. Amma Qədim Roma kosmetikası haqqında bizim o qədər də çox məlumatımız yoxdur. Qeyd edək ki, romalı qadınlar bir çox kosmetik vasitəni yaratmaqda məharətli idilər.

Arenada döyüşən qladiatorların təri və heyvanların piyi teatrdan kənarda, suvenir qablarında satılırdı.
Bu, qadın dərisinin rəngini gözəlləşdirən ən yaxşı kosmetik vasitə hesab olunurdu.

Digər, daha az ekzotik olan kosmetik vasitələr isə toz şəklində satılırdı. Varlı qadınlar dodaq boyası və göz kölgəsindən istifadə edirdilər. Makiyajı əsasən pozğun qadınlar edirdilər və bu da əxlaqsız və kişiləri yoldan çıxarmaq üçün edilən bir vasitə hesab olunurdu.


Davamı →

Zərərli qida əhvala da təsir edir

Əgər siz böyük porsiya kartof qızarmasının sizin əhvalınızı yaxşılaşdıracağını düşünürsünüzsə, bir daha fikirləşin. Pensilvaniya Universitetinin tədqiqadçıları müəyyən ediblər ki, zərərli qida dadlı olmasına baxmayaraq, insanın əhvalını pisləşdirə bilər. Bu əsasən yeməklərinə diqqət yetirən qadınlara aiddir.

Alimlər 131 tələbə qızdan kiçik bir kompyuter testi keçmələrini xahiş ediblər. Suallar onların əhvalına və hər gün qidalandığı qida məhsullarına aid olub. Bu xanımlar tədqiqatçılar tərəfindən ona görə seçilib ki, onların heç birində qida balansının pozuntusu qeydə alınmayıb. Buna baxmayaraq, onların bəziləri öz çəkilərindən və yemək seçimindən əziyyət çəkdiklərini bildiriblər.

Təcrübə nəticəsində testin iştirakçısının yeməkdən əvvəl əhvalının o qədər də yaxşı olmasına baxmayaraq, zərəli qidanı qəbul etdikdən sonra əhvalının daha da pisləşdiyi qeydə alınıb. Maraqlısı budur ki, yaxşı əhvalı olan iştirakçılar özlərində bu əks dəyişikliyi hiss etməyiblər.

Keçən il də  bu məsələ ilə bağlı daha bir təcrübə keçirilmişdi. O təcrübənin nəticəsində məlum olmuşdu ki, zərərli yeməklərlə qidalanan insanlarda depressiyanın əlamətləri 51% daha çox olur və onlar nə qədər çox zərəli qida yeyirlərsə, onların əhvalları bir o qədər çox pisləşir.


Davamı →

Körpələrdə empatiya daha güclüdür

Araşdırmaların nəticəsində məlum olub ki, körpələr digərlərinin fikirlərini empatiya vasitəsilə oxuya bilir.Araşdırmalara görə: “18 aylıq uşaqlar digər insanların fikirlərini anlaya bilir”.

Damian Gayle qeyd edir ki, əvvəllər empatiya bacarığının (özünü digər insanla eyniləşdirmə) 4-7 ay arası uşaqlarda olduğu və müxtəlif ölkələrdən olan uşaqlarda bunun müxtəlif yaşlarda yarana bilməsi hesab olunurdu.

Kaliforniya Universitetinin tədqiqat qrupu bunu öz təcrübələrində test üsulu ilə sübut etməyə çalışıblar. Testin klassik formasında insan otağa daxil olur, müəyyən əşyanı, məsələn qayçını, gizli yerə qoyur və otaqdan çıxır. Sonra ikinci tədqiqatçı otağa daxil olaraq qayçını cibində gizlədir. Sonradan birinci şəxs geri qayıdır və tədqiqatçılar uşaqdan birinci şəxsin qayçını harada axtaracağını soruşurlar.
 
Təcrübənin məqsədi uşağın digər şəxsin – qayçını itirən şəxsin — nəzər nöqtəsini nə dərəcədə anlamasını müəyyən etməkdir.Təcrübə nətcicəsində qərb ölkələrindən olan 4-8 yaşlı uşaqlar əsasən düzgün cavab verərək həmin insanın qayçını gizli yerdə axtaracağını deyib.
Ardı →

Qucaqlamaq faydalıdır

Qucaqlamaqla həm sakitləşdirmək, həm ruhlandırmaq, həm sevgini bildirmək və həm də isitmək olar. Lakin bu hələ hamısı deyil. Qucaqlamaqla nəinki ürəkdəki yaraları, həm də fiziki yaraları da sağaltmaq olar. Bütün bunların səbəbi oksitosin elementidir.

Qucaqlamaq və öpmək kimi hərəkətlər insan bədənində “həzz hormonu” olan oksitosinin miqdarını artırır və bu da həyəcanı aşağı salaraq həzz hissini, sakitliyi və təhlükəsizlik hissini artırır.

Oksitosinin xeyirli cəhətləri bununla bitmir. Qeydə alınıb ki, oksitosin yaraların sağalmasına kömək edir, çünki onun soyuqdəyməni aradan qaldırmaq kimi xüsusiyyəti var. Bu fakt sübut edir ki, bizim hiss etdiyimiz pozitiv emosiyalar doğurdan da bizim sağlamlığımıza təsir edir və bu heç də özünü inandırmaq hissinin təsiri deyil.


Davamı →

Facebook vs Twitter

fb, yoxsa twitterDünyada tüğyan edən sosial şəbəkələr arasında ölkəmizdə ən populyarlarının Facebook və Twitter olduğu danılmazdır. Facebook artıq kifayət qədər məhşurlaşsa da Twitter yeni dəbə gəlməyə başlayır.

Əksər insanlar isə Twitter və Facebookun təmamilə eyni, sadəcə dizayn və ad fərqliliyi olduğunu düşünür. Bəs görəsən Twitter və Facebookun nə kimi fərqi var? 

— Fikirlərinizi ifadə edə bilmək üçün Facebookda 420 olduğu halda Twitterdə 140 simvolluq imkanınız var.

— Facebookda tanınmayan bir qadının dostları o, gözəl xanım olduğu üçün çox ola bilər amma Twitter nə gözəllik, nə də yaraşıqlılıq təsir etmir.

— Facebookda fikirlərinizi “qeyd” vasitəsilə uzun-uzadı yaza bilərsiniz amma Twitterdə tam lakonik və intellektual olmalısınız.
Ardı →

Dəvəquşu müharibəsi

Bu savaş 1932-ci ildə Avstraliyada baş vermişdir.
Savaş Avstraliya ordusu ilə emu dəvəquşuları arasında bir həftə davam edib.

Tarixdə “Emuların Böyük Müharibəsi” kimi adlandırılır. Onların buğda sahələrinə hücumu bütün əhalini ayağı qaldırır.

Dəvəquşuların qarşısını almaq üçün əsgərlər pulemyotla silahlanmışdılar.Azens.az saytının məlumatına görə, Dəstəyə Ser Corc Pirs adlı şəxs başçılıq edirdi. Elə o vaxtdan etibarən, Corc “dəvəquşu müharibəsi naziri” adlandırılırdı.

İlk hücum 2 noyabr, ikinci hücum isə 12 noyabrda Avstraliyanın Kempion şəhərində baş verdi.

Məkana müxtəlif yerlərdən atəşlər açıldı. Nəticədə 20.000 dəvəquşu öldürüldü. Bu hadisə Avstraliyada bir neçə dəfə baş vermişdir.

Mənbə: azens.az 


Davamı →