İntihar etmiş məşhurlar

Cek Londonİntihar etmək üçün əsas səbəb pulsuzluq götürülsə də, bu belə deyil. İntiharı çıxış yolu kimi düşünürlər.

Dünyada müxtəlif səbəblərlə özünə qəsd edən şəxsiyyətlər olub. Azens.az intihar edən məşhurları araşdırıb, onları sizə təqdim edirik:
* Cek London intihar edən şəxsiyyətlərdəndir. Onun intiharına səbəb olan əsas amillər içki idi. İçkini atmağı asan hesab edən yazıçı, sonradan bunun mümkünsüz olduğunu anladı. Gənc yaşlarında morfi iynəsini böyük doza ilə vurmaqla həyatdan vidalaşdı. Bir çox mənbələrdə isə, onun 1916-cı ildə yuxu zamanı öldüyü bildirilir.
Davamı →

Robin Qud- Əsatir, yoxsa Həqiqət?

Xeyirxah quldur haqqında altı yüz ilə yaxın əfsanənin yaşamasına baxmayaraq, alimlər hələ də Robin Qudun həqiqət olub-olmamasını aydınlaşdıra bilməyiblər.

 XV əsrin sonlarında “Robin Qud” balladalarını yazmış naməlum müəllif onun haqqında “Robin məğrur quldur idi. Həyatda qorxu bilmədən yaşayır və şən mahnılar sevirdi” deyə təsvir edirdi. Balladaya daxil olan hər dörd hekayənin hər birində oxucu varlılara hücum edən və kasıblara köməklik göstərən “Şən quldurlar” dəstəsinin cəsur başçısı ilə rastlaşır. Birinci novellada Robin xəsis rahibdən qisas almaq üçün özünün sadiq dostu olan cəngavər Kiçik Condan pul borc götürür.

İkinci novellada – hiylə işlədərək hamının nifrət etdiyi nottinhemlı şerifi onunla maral ətindən dadmağa məcbur edir, hansı ki, bu maral ətini quldurlar ədalət keşikçilərinin məhəlləsindən tapmışdılar. Üçüncü balladada – Yerli idarəçilərin qanun pozuntularını araşdırmaq üçün gizli şəkildə Nottinhemə libasını dəyişmiş halda gələn şah Eduardı tanıya bilir və onun yanında qulluğa qəbul olur. 1495-ci ildə nəşr edilmiş balladanın son hekayəsində Robinin yenidən quldurluğa döndüyünü və satqın Kirkleyk keşikçilərinin başçısından bəhz olunur, hansı ki, kilsəyə müalicə üçün gəldiyi zaman onu öldürmüşlər.


Ardı →

Təraşın tarixi

Qədim dövrlərdə yaşamış adamları xəyalımızda nədənsə həmişə saqqallı təsəvvür edirik.

 Halbuki, misirlilər hələ eramızdan əvvəl  2.000-ci ildə üzlərini qırxırmışlar. Saqqal saxlamaq imtiyazı ancaq firona və bəzi əyanlara verilərmiş. Əlbəttə, bəzən onlar da üzlərini qırxdırarmışlar. 

 Orta əsrlərdə saqqal ətrafında çoxlu mübahisələr getsə də, tam eyni fikir üzərində dayanmaq çətindir. Məslən, Fransızlarda saqqal pərəstiş predmeti hesab edilmişdir. Saqqalsızlıq – rüsvayçılıq, bədnamçılıq və namussuzluq sayılardı. O vaxtlar kral taxtdan endikdə onun başı və saqqalı qırxılarmış. Fransa kralı I Fransisin fərmanı ilə (1515-ci ildən) saqqalı olanlar xəzinəyə xüsusi vergi verirlərmiş. Lakin intibah dövründə dəlləklərin əlində yenidən ülgüc görünməyə başladı.

 I Pyotr isə üz qırxmağı səliqə hesab edirdi. Pyotrun hakimiyyəti dövründə Rusiyada saqqal saxlamaq qadağan edilmişdi.

 Mənbə: Azens.az


Davamı →

Eşşək südünün inanılmaz faydası


Eşşək südü xərçəng xəstəliklərinə yaxşı təsir etdiyi və az tapıldığı üçün 1 litri 50 dollara satılır. Süleyman Dəmirəl Universitetinin professoru Zübeydə Öner eşşək südünün ana südünə bənzədiyini söyləyib. Eşşək südü ən çox Çində sağılır.
Mütəxəssisin sözlərinə görə eşşək südü Avropada da yayılmağa başlayıb. Bunun ən böyük səbəbi, tərkibindəki şəkər və protein baxımdan ana südünə çox yaxın olmasıdır.


Ardı →

Balet insan beyninə təsir göstərir


Balerinaların başları hərlənmədən dəfələrlə fırlana bilmələrinin səbəbi bəlli olub. Belə ki, incəsənətin bu növü ilə məşğul olanların beyin quruluşunda dəyişiklik olur. Məhz bu da baş hərlənməsinin qarşısını alır.

İngilis elm adamları balerinalar ilə başqa idman növləri ilə məşğul olan qadın idmançıların beyinlərini müqayisə ediblər.

Onlardan qaranlıq otaqda bir stulun başına fırlanmaları istənilib. Dayandırılandan sonra özlərini necə hiss etdikləri soruşulub. Bundan əlavə onların göz refleksləri ölçülüb,beyin MR çəkilib.

Nəticədə rəqqasələrin beyin quruluşlarında fərqliliklər müşahidə edilib. Belə ki, onların beynindəki müvazinət hissinin işləndiyi və baf hərlənməsindən məsul olan hissə fərqli olub.

Alimlərin sözlərinə görə, balerinalar illərlə məşq etdiyi üçün onlarda daxili qulaqdakı müvazinət orqanlarına gedən siqnallar əngəllənir. Bunun sayəsində də dəfələlrə ayaqüstə fırlana bilirlər.


Davamı →

Yekəqarın kişilərin yaddaşı zəif olur

“Scientific Amerikan” jurnalında dərc olunmuş elmi araşdırmaların nəticəsi, qarında piyin yığılması ilə yaddaş zəifliyinin arasında bağlılığın olmasını deməyə imkan verir, həmçinin, qarın nahiyəsində piy yığılan adamlarda “demensiya” (qocalara xas, yaddaş, nitq, beyin funksiyalarının pozğunluğu) xəstəliyi daha tez-tez rast gəlinir. Piylənmənin yaddaşa mənfi təsiri hələ 2010 – cu ildə aşkarlanmışdı, lakin alimlər bu prosesin mexanizmini tam aydın müəyyən edə bilməmişdilər.

Son araşdırmalara əsasən, qarın nahiyəsində olan piyin yandırılması zamanı, insanın ciyəri zülaldan istifadə edir, zülal isə öz növbəsində yaddaşın formalaşmasında və fəaliyyətində iştirak edən komponentdir. Piy çox olanda isə, ciyər çatışmayan komponentləri digər orqanlardan almaqla kompensasiya edir, bu orqanların arasında, ürəyi, əzələləri, böyrəkləri və bədənin bəzi diqər daxili toxumalarını da göstərmək olar.

Bu isə son nəticədə, yaddaşın zəifləməsi ilə yanaşı, piylənmədən əziyyət çəkən insanlarda, arıq insanlara nisbətən qocaldıqda “marazm” xəstəliyinin əmələ gəlməsi qorxusunun 3,6 dəfə çox olması deməkdir. Nəzərə alsaq ki, Azərbaycanda xüsusən kişilər və eləcə də gənc oğlanlar arasında artıq piylərə malik bir çox insan var, bizim vətəndaşlarımız üçün bu məsələ kifayət qədər əhəmiyyətlidir. Bunun qarşısını almaq üçün isə, aktiv həyat tərzi, idman və sağlam qidanı məsləhət görmək olar.


Davamı →

Dünyanın ən bahalı sabunu

Katarİçində 17 qram qızıl, 3 qram almaz tozu olan sabunun qiyməti 2 min 800 dollardır.

Dünyanın ən bahalı sabunu istehsal edilib. Ən bahalı sabun Livanda hazırlanıb. İçində 17 qram qızıl, 3 qram almaz tozu olan sabunun adı «Katar»dır. Qiyməti isə 2 min 800 dollardır. Sabunun istehsalı üçün şirkətə 1,5 ay vaxt lazım olub.

«Katar» sabunu üzə canlılıq və təravət vermək üçün hazırlanıb. Sabunun tərkibində qiymətli metal və daş tozundna əlavə, müxtəlif ətirlər, yağlar da var.

Dünyanın ilk ən bahalı sabunu Qatər əmirinin həyat yoldaşına hədiyyə ediləcək.

Sabunu istehsal edən və bu sahədə uzun illər təcrübəyə malik olan şirkət rəsmisi Ginnesin rekordlar kitabına düşməyi də hədəflədiklərini deyib.


Davamı →

Sirr dolu simvol - svastika

SvastikaSvastika — ən qədim, ən çox yayılmış qrafik simvollardan biridir. II Dünya Müharibəsinə qədər svastika simvolundan, demək olar ki, dünyanın hər yerində istifadə olunurdu.

1945-ci ildən faşist Almaniyasının məğlubiyyətindən sonra bir çox ölkələrdə svastikadan bir simvol kimi istifadə qadağan olunmuşdur. Keçmiş SSRİ-də müharibədən sonrakı illərdə uşaqlara və yeniyetmələrə belə başa salırdılar ki, guya svastika simvolu kiril əlifbasının 4 ədəd  “Г” hərfindən təşkil olunmuşdur. Bu da, 4 əsas qəddar faşizm ideoloqlarının soyadlarının baş hərfləridir. Yəni – Hitler(Гитлер), Hebbels (Геббельс), Himmler (Гиммлер), Нerinq (Геринг)…

 Əvvəllər svastika simvolu geniş yayılmış simvollardan biri olmuşdur. Bu simvol mistik simvollardan biri olmuş və mistik məna daşımışdır. Bəzi mütəxəssislər bu simvolu 4 əsas ünsürün göstəricisi kimi izah etməyə çalışmışlar. Yəni – hava, su, od, torpaq… Amerika və İngiltərə mütəxəssisləri isə bu qərara gəlmişlər ki, svastika simvolunun abbreviaturası latın əlifbasının “L” hərfi ilə başlayan 4 sözün birləşməsi kimi başa düşülməlidir. Yəni – “light” – işıq, günəş, “love” – sevgi, məhəbbət, “life” – həyat, “luck” – tale, uğur, xoşbəxtlik…


Ardı →

İnəklər

 Bilirsinizmi...

İnsan üçün ən təhlükəli heyvan inək elan olunmuşdur. Amerikalı alimlərin fikrincə, bu məməli heyvan ətraf mühit üçün çox böyük gərginlik yaradır. Bu barədə BMT-nin Elm və İctimai Maraqlar Mərkəzinə istinadən Washinqton Profile qəzeti məlumat verir.
Birincisi, ət emalı sənayesinin mənfi nəticələrindən biri meşələrin məhv edilməsidir. Amazon cəngəlliklərində əvvəllər mövcud olan sahənin təqribən 70 faizi indi iribuynuzlu mal-qara üçün otlaq kimi istifadə edilir. ABŞ-da ət emalı məqsədilə heyvanların yemlənməsi üçün becərilən qarığdalının 80 faizi, soyanın 90 faizi və taxılın təqribən 70 faizə yaxını məsrəfolunur.
İkincisi, kənd təsərrüfatı heyvanları planetdə bütün içməli suyun 58 faizini mənimsəyir, belə ki, bir litr südün istehsalı üçün onlar 9 litrə yaxın su sərf edir.
Bu heyvanlar həmçinin eroziya hallarının 55 faizinə, pestisidlərdən istifadə hallarının 37 faizinə səbəb olur. İnəklər qlobal istiləşməyə gətirib çıxardan buxar qazlarından biri olan metan buraxır. Əlbəttə, sənaye sahələri də metanın mənbəyidir, lakin iribuynuzlu heyvanların payına bu cür zərərli tullantıların 37 faizə qədəri düşür.
Eləcə də ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, ölkədəki mal-qara hər il 60 milyon tondan çox peyin istehsal edir. Bu isə insanın həyat fəaliyyətindəki tullantının miqdarından 130 dəfə çoxdur. Bir neçə il əvvəl BMT belə bir hesabat dərc etmişdi ki, inəklər atmosferə ümumilikdə götürülmüş avtomobil nəqliyyatından daha çox zərər verir.


Ardı →

Bill Qeytsin ən qiymətli sərvəti

Lester kodeksi“Lester kodeksi” adını siz eşidəndə yəqin ki, cansıxan, darıxdırıcı bir hüquq kitabını təsəvvürünüzə gətirəcəksiniz. Əslində isə bu, planetimizin ən dəyərli əlyazmasıdır.

Ona görə ki, bu əlyazma Leonardo da Vinçinin şəxsi qeydlər dəftəridir. Dahi Leonardo XVI əsrdə Milanda yaşadığı dövrdə bu dəftərdə öz qeydlərini etmişdir. Dəftərdəki qeydlərində Leonardo dünyanın da insan orqanizmi kimi canlı bir orqanizm olduğunu qeyd edir və buna çoxlu dahiyanə misallar gətirir. Qeyd dəftərində  Leonardo dünyanın qanını – su, canını – torpaq,  ruhunu – hava kimi təsvir edir…

Bu dəftərdəki qeydlər yalnız  Leonardonun  fikir və baxışlarından, mülahizələrindən ibarət deyil. Dəftərdə — müxtəlif çertyojlar, şəkillər, dioqramlar, hətta təbiətdə olanların və baş verənlərin izahını verməyə çalışmışdır. Məsələn: suyun çayda axmasının, Ayın nə üçün gecələr işıq saçmasının və s. səbəbləri və izahını qeyd etmişdir. Dəftərin hər səhifəsinin sonunda alim özünün gündəlik fikirlərini də qeyd etmişdir. Bu dəftərin hər səhifəsinin sonundakı qeydləri oxuyan hər kəs, dahi alimin hər gün nə haqda fikirləşdiyinin şahidi ola bilər.


Ardı →