Üzvi maddə istehsalçıları

Təbiətdə mövcud olan canlı orqanizmlər təklikdə deyil, qrup halında yaşayır, müxtəlif təbii birliklər yaradırlar. Bu birliklərdə canlılar və onların əhatəsində olan amillər arasında bir çox qarşılıqlı əlaqələr mövcuddur. Bunlardan ən əhəmiyyətlisi qida əlaqələridir.
  1.  Qida əlaqələri necə yaranır?
  2.  Maddələrin cansız təbiətdən canlı təbiətə “axın”ını həyata keçirən hansı canlılardır?
  3.  Onlar bu “axın”ı necə reallaşdırırlar?
  4.  Bu canlıları necə qruplaşdırmaq olar?

Davamı →

Əsas biokimyəvi göstəricilər və tədqiqatların obyektləri

Biokimyəvi tədqiqatların obyekti nəfəs verdiyimiz hava, qan, sidik, tüpürcək, tər, əzələ toxuması və s. ola bilər.
Nəfəsvermə havası orqanizmdə energetik mübadiləni tədqiq etmək üçün ən yaxşı obyekt sayılır. Burada tələb olunan O2-nin və xaric olunan CO2nın miqdarı müəyyən olunur. Bu iki göstərici arasında nisbətin öyrənilməsi enerji mübadiləsi prosesləri haqqında dolğun məlumat əldə etməyə imkan verir, ATF-in resintezi mexanizmində anaerob və aerob proseslərin payını ayırd etmək mümkün olur. Əzələ fəaliyyətində istifadə olunan enerji daşıyıcılarının xarakterini müəyyən etmək üçün nəfəsvermə havasından istifadə etmək olur.
Qan biokimyəvi tədqiqatlar üçün mühüm obyektlərdən sayılır. Orqanizmdə baş verən bütün metabolik dəyişikliklər qanda, limfada və toxuma mayesində öz əksini tapır. Qanın miqdarının və ya plazmasının dəyişilməsinə görə orqanizmin daxili mühitinin vəziyyəti və ya idman fəaliyyətinin hemostaza göstərdiyi təsiri haqqında mühakimə yürütmək olar (cədvəl).


Ardı →

Biokimyəvi nəzarətin təşkili, növləri və vəzifələri

Maddələr mübadiləsi göstəricilərinin təyin olunması kompleks yoxlamanın aşağıdakı vəzifələrini həll etməyə imkan verir: idmançı orqanizminin funksional vəziyyətinə nəzarət etmək, məşq prosesində orqanizmin funksional və energetik sistemlərində gedən adaptasiya dəyişikliklərini müşahidə etmək, idmançılarda metabolizmin patoloji dəyişikliklərinin diaqnostikası və s. Biokimyəvi nəzarət həmçinin orqanizmin fiziki yükə qarşı reaksiyasını, farmakoloji və digər bərpaedici vasitələrin qəbulunun məqsədəuyğunluğunu və s. müəyyən etməyə imkan verir. Əzələ işinin, eləcə də xarici mühit amillərinin idmançı orqanizminə göstərdiyi təsiri və onun yaratdığı dəyişikliklərin səviyyəsini biokimyəvi nəzarətin köməyi ilə müəyyən etmək olar. Bununla əlaqədar idman praktikasında idmançı hazırlığının müxtəlif mərhələlərində biokimyəvi nəzarətdən istifadə olunur.
Yüksək dərəcəli idmançıların hazırlığının illik məşq dövründə bio-kimyəvi nəzarətin müxtəlif növləri müəyyən edilir:
Ardı →