Uşağın başında bit

Uşağın başında bit varsa ana utanır, bunu gizlədir, sanki bu onun səhvidir. Bit natəmizlikdən xəbər vermir. Bit yağış suyundan yaranmır.
Bit yaşamağı üçün insan qanına ehtiyac duran bir həşəratdır. Bədəndən kənarda iki saat canlı qala bilir. Bağçalarda, məktəblərdə yeni uşaqlar arasında daha sıx görülür, çünki orda onların bir-birinə oyun tərzi, başlarının dəyməsi, ortaq oyuncaqları və sairə buna imkan yaradır. Hətta geyimlər yaxın asıldıqda belə bit keçir.

Davamı →

Uşağın saçına bit düşərsə nə etməli?

Bitlər yaşamaq və çoxalmaq üçün insan qanına ehtiyac duyan parazitlərdir. Yetkin bir bit təxminən bir küncüt dənəsi böyüklüyündədir.

Saç biti insan saçında yaşayan və çoxalan, çox kiçik, qanadsız, gündə 2-8 dəfə qan əmərək qidalanan boz böcəklərdir. Bit baş dərisinə yapışıb qanı əmir və yumurtlayaraq çoxalır. «Sirkə» adlanan yumurtaları isə saça möhkəmcə yapışıb qalır. Kəpəkdən fərqli olaraq onlar silkələməklə və ya daramaqla saçdan ayrılmır. Bu yumurtalar bir müddətdən sonra canlı parazitlərə çevrilir.
Davamı →

İnformasiya anlayışı

İnformasiya anlayışı, onun formaları və xassələri


İnformasiya termini mənşəcə latın sözü olub, izahetmə, şərhetmə, məlumatvermə mənalarını daşıyan «informatio» sözündən yaranmışdır. İnformatikada informasiya ilkin və təyin olunmamış anlayış kimi qəbul olunur.


İnformasiya ifadə olunma formasından asılı olmayaraq insanlar, canlılar, cansızlar, faktlar, hadisələr, proseslər və s. haqqında olan məlumat və biliklərdir. Biliklər isə müəyyən faktlar və onlar arasındakı asılılıqlar şəklində ifadə olunur. İnformasiyanı yaratmaq, ötürmək, saxlamaq, emal etmək mümkündür.

İnformasiya təbiətdə siqnallar şəklində ötürülür və iki tipə ayrılır: analoq və rəqəmli. İnsanlar öz hissiyyat üzvlərinə görə analoq, kompyuterlər isə rəqəmli informasiyaların köməyilə fəaliyyət göstərir. 

Ardı →