Bitki yağının keyfiyyətini yoxlamaq üçün 4 sadə üsul

Son zamanlar bitki yağlarının keyfiyyəti ilə bağlı çoxlu mənfi məlumatlara rast gəlirik.
Bəs yaxşı keyfiyyətli yağ necə seçilməli?
Bitki yağını stəkana tökün, duz əlavə edib qarışdırın. Yağ ərimirsə, bu yağda su yoxdur. Yaxşı bitki yağında su olmamalıdır. Bəzi istehlakçılar yağın miqdarını artırmaq və qiymətini azaltmaq üçün bitki yağının istehsalı zamanı ona su əlavə edirlər.
Davamı →

Yaxşı bitki yağını necə seçməli?

Bitki yağları ən tez-tez istifadə olunan məhsullardandır. Mütəxəssislər sübut edir ki, ürək-damar sistemininin sağlamlığı üçün insan hər gün 1 x.q. bitki yağı istehlak etməlidir.

Bu mənada ən faydalı bitki yağı zeytun yağı sayılır. Mütəxəssislər bitki yağını seçərkən bəzi göstəricilərə fikir verməyi tövsiyə edirlər.

— Yemək bişirmək üçün rafinə edilmiş, salatlar üçün isə rafinə edilməmiş yağdan istifadə edin. Rafinə edilməmiş yağı qızdırmaq olmaz, bu zaman ziyanlı maddələr ifraz olunur.

— Rafinə edilmiş yağın heç bir qoxusu və dadı olmur. Əksinə isə rafinə edilməmiş yağ öz spesifik qoxusunu və dadını saxlayır.
Davamı →

Bitki yağları üz üçün faydalıdır

Bitki yağları dəriyə qulluq vasitəsi kimi qədim zamanlardan istifadə olunur. Zeytun, badam, əzrik, küncüt, kətan, günəbaxan yağları dəriyə çox müsbət təsir edir. Hər gün istifadə olunduğu halda yağlar dərinin cavanlığını və gözəlliyini qoruyur, dərini daha yumşaq və elastik edir, qurumağın və qabıq vermənin qarşısını alır, kiçik mimik qırışları yox edir, təmizləyir.

Bir çox kosmetoloqlar üz dərisini hər gün (səhər və ya axşam) bitki yağı ilə silməyi tövsiyə edir. Bu asan və az vaxt aparan prosedur çox yaxşı nəticələr verir.

Bunun üçün istənilən bitki yağını su hamamında bir qədər qızdırın (ilıq olmalıdır), yağda steril tampon isladın və dərini ehtiyatla silin. 15 dəqiqədən sonra yağın artıqlarını salfetlə silin. Daha sonra makiyaj çəkmək olar.
Davamı →

Saç baxımında istifadə olunan bitki yağları

Təbii olmayan bəzi məhsullar var ki, saç sağlamlığına zərər verir. Həmin məhsulların yerinə saçlara təbii sağlamlıq qazandıran bitki mənşəli yağlardan faydalanmaq olar. Bunlar arasında aloe vera, reyhan yağı, amla yağı, qoz yağı xüsusi fərqlənir. Nizamlı istifadə edildikdə  bu məhsullar saçları gücləndir.

Bitki mənşəli məhsullar həm saça, həm də saç dərisinə sağlamlıq qazandırır. Buğda yağı, dəfnə yarpağı yağı, fındıq yağı, gül yağı, jojoba yağı kimi bitki mənşəli məhsullar da saç baxımında istifadə olunur.

-Buğda yağı hüceyrə yeniləyici olmaqla bərabər həssas və köhnəlmiş saçlar üçün faydalıdır. Gündəlik bir çay qaşığı istifadə etmək olar. Saç və dəriyə masaj şəklində tətbiq edilir;

  — Quru dərilərdə yumşaldıcı və qidalandırıcı olaraq istifadə edilən qoz yağı təbii nəmləndiricilərdən hesab olunur. Saç diblərini və saçları qidalandırır, saç tökülməsinin qarşısını alır.


Ardı →

Zeytun yağı

Zeytun Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılmışdır. 20-yə yaxın növü var. Zeytun həmişəyaşıl halda, 4 — 6, nadirən 10 — 12 m hündürlükdə ağac olub, boz-yaşıl rəngli lansetvarı yarpaqlara malikdir. Nəzəri o qədər də cəlb etməyən xırda ağ və ya yaşıltəhər rəngli çiçəkləri və yetişəndə qara-bənövşəyi rəngə boyanan meyvələri vardır. Meyvəsi birtoxumludur, lətli, yağlı yanlığı var, toxumları uzunsov, qonur rənglidir. Zeytun may-iyun aylarında çiçək açır, meyvələri oktyabr-noyabrda yetişir.
Davamı →