Qulançar və onun faydaları

Qulançarın tərkibində maqnezium, fosfor, selenium, sink, natrium, dəmir, mis, kalsium, manqan kimi minerallar və ə A, C, B6, K kimi vitaminlər var.
Qulançarın sağlamlığa faydaları
Tərkibindəki fol turşusu sayəsində tam ürək dostudur.
Kaliumla cəhətdən zəngin, natrium cəhətdən yoxsul bi qidadır.

Davamı →

Yaraları sağaldan bitki - Kalanxoe

Bu bitki tək xalq təbabətində deyil, ənənəvi tibbdə də geniş istifadə olunur. Kalanxoe bitkisi təsirli yarasağaldan, iltihab və mikrobəleyhinə vasitədir.

Kalanxoe şirəsi apteklərdə müalicəvi vasitə kimi satılır, bu bitki müxtəlif dərmanların, kremlərin, losyonların tərkibinə daxil edilir.

Ev şəraitində kalanxoe şirəsini hazırlamaq üçün qalın yarpaqlar götürülür, tənzifə bükülür, 1 həftə ərzində soyuducuda saxlanılır, sonra şirə tənzifdən sıxılır və yaxşı süzülür. Hazır kalanxoe şirəsi soyuducuda saxlanılır.

Kalanxoe bitkisinin şirəsi ilə olan islatmalar müxtəlif yanıqların, xoraların, yaraların müalicəsində istifadə olunur. Kalanxoe şirəsi dəridə regenerasiya (bərpa) proseslərini xeyli sürətləndirir və həmçinin yaralara antiseptik təsir edir. Steril tənzif kalanxoe şirəsində isladılır və yaranın üzərinə qoyulur. Müalicə kursu — 10-15 gün.

Kalanxoe şirəsi uşaq əmizdirən analarda döş gilələri çatlarının müalicəsində də istifadə olunur (uşağı əmizdirdikdən əvvəl gilələri yumaq lazımdır).

Kalanxoe şirəsi həmçinin üz dərisinə çox müsbət təsir edir — sızanaqlardan, civzələrdən təmizləyir. Kalanxoe şirəsini hər gün üz dərisinin problemli sahələrinə çəkin.


Ardı →

Saç tökülməsinin qarşısı almağın yolları

1. Qan dövranını sürətləndirmək və saç köklərini canlandırmaq üçün zeytun yağı və ya hindistan qozu yağı ilə saç dərinizi masaj edin. Saçlarınızı duruladıqdan sonra ilıq su ilə masaj etmək saç dökülməsinin qarşısını almaq və saçlarınızın uzanması üçün olduqca faydalıdır.

2. Saç dökülməsinin müalicəsində istifadə olunan əsas üsullardan biri də alma püresi ilə hindistan qozunun yağından hazırlanmış qarışıqdır. Bu qarışıq saçların uzanması, quru və qaşınan saç dərisinin müalicəsi üçün istifadə edilir. Qarışımı saçınıza vurduqdan sonra başınızı bağlayın və sabaha qədər gözləyin. Səhər yüngül bir şapun ilə saçlarınızı yuyun və soyuq su ilə durulayın. Bu işi hər həftə təkrarlayın və nəticəni öz gözlərinizlə görəcəksiniz.

3. Gücsüz və tez-tez qırılan saçların müalicəsində ən çox sardinya bitkisinin yarpaqlarından istifadə edilir. Sardinya bitkisinin yarpaqlarını 15-30 dəqiqə qaynar suyun altında ağarana qədər saxlayın. Sardinya yarpağının suyunu süzün və bu su ilə həftədə ən azı iki dəfə saçlarınızı şampun ilə yuduqdan sonra durulayın.


Ardı →

Toxumların yuxu dövrü

Yüz illərlə saxladığımız halda, cücərməyən toxumlar nə üçün torpağa atıldıqda cücərir?
Toxumların yuxu dövrünün ilk mərhələsi qurutma ilə başlayır. Toxum, toxumalardan suyu itirərək yuxuya gedir.
Canlı bitki toxumlarında 90-95% su olduğu halda, yuxu dövründə olan toxumların toxumalarında 5% və ya ən çox 15% qədər su olur. Bu proses müəyyən sıralama ilə genetik nəzarət altında baş verir.
Prossesin həyata keçməsində əsas amil  abscisic acid adlandırılan hormondur. 
Abscisic acid hormon bitkinin böyüməsinə mane olan hormonlardan biridir.
Bu hormona görə toxumda olan funksiyalar zəifləyir. Yuxu dövründə olan toxumun hüceyrələrində tənəffüs xeyli zəifləyir, qidalanma və inkişaf da baş vermir. On illərlə, hətta əsrlərlə yuxu dövründə qalan və sonra cücərən toxumlar var.
Yuxu dövrü bitkilərin nəsillərini davam etdirmələri üçün olduqca vacibdir. Bitkilərin çətin şəraitlərdə həyatlarını davam etdirə bilmələri üçün belə bir mexanizmin varlığı zəruridir.


Davamı →

Xolesterin haqda bilmədiklərimiz

Ateroskleroz haqda dəhşətli statistika

Dünyada ürək-damar sistemindən baş verən ölüm səbəblərinin 60%-i ateroskleroz xəstəliyinin payına düşür. Ateroskleroz müasir sivilizasiyanın əsas başlıca xəstəliyidir. Bəs aterosklerozdan və ölümün bu cür dəhşətli statistikasından necə qurtulmaq olar? Bir şeyi qeyd etmək lazımdır ki, xəstəlik birdən-birə yaranmır. Bu uzun illərin nəticəsi olaraq meydana çıxır. Burada əsas faktor kimi qidalanma göstərilir. Buna görə də hətta qadınlar artıq hamiləlik anından etibarən öz gələcək körpələrini düşünərək qidalanmalarına ciddi fikir verməlidirlər. Xəstəliyin müalicəsində ən gözəl yol profilaktikadır. Son illərdə bütün dünya kimyəvi preparatlara deyil, bitki mənşəli dərmanlara müraciət edir. Bunda da bir əsas vardır. Antiaterosklerotik dərman maddələri daha çox qaraciyərin zədələnməsinə səbəb olurmuş! Buna görə də imkan olduqca bitki əsaslı preparatlara müraciət edilir. Bu məqsədlə Antixol çayı içmək gözəl effekt verə bilər. Unikal tərkibli Antixol çayı qanda xolesterini azaldaraq gələcəkdə aterosklerozun yaranmasının qarşısını alır, həmçinin aterosklerozlu xəstələri yaranacaq fəsadlardan da müdafiə etmiş olur. Antixolun dəmlənmə qaydası çox sadədir –2 filtr-bağlamanın üzərinə 200 ml qaynar su əlavə edilərək dəmlənir, soyuduqdan sonra süzülüb gündə 2-3 dəfə yeməkdən sonra daxilə qəbul edilir.

ÖZÜNÜZÜ PİS XOLESTERİNDƏN MÜDAFİƏ EDİN!


Davamı →

Ehtiraslı bitkilər

Şəfalı bitkilər, stress nəticəsində yaranan cinsi istəksizlik yaşayanların imdadına yetişə bilər. Mütəxəssislər bu problemlərin ortaya çıxmasında psixoloji faktorların önəmli rol oynadığını söyləyirlər. Stress səbəbindən cinsi istəksizlik yaşayanlara şəfalı bitkilər kömək edə bilər. Sizlərə xarici saytlara istinadən ehtirası artıran bitkiləri təqdim edirik.
Ardı →