Gənc biznesmenlərin ən çox buraxdığı səhvlər

Tez-tez müraciət edənlər olur ki, iş görmək istəyirəm, nə məsləhət görərsiz. Hərəyə etdiyim məsləhətlər fərqlidir, amma edilməməsi gərəkənlər eynidir.
Siyahını tərcümə edənə kimi, gözünüm qabağına konkret adamlar gəldi… İnşallah ki, verdiyim məsləhətlərə qulaq verərlər…
GƏNC BİZNESMENLƏRİN ƏN ÇOX BURAXDIĞI 60 SƏHV:
Davamı →

Biznes riskinin müəyyənləşməsi

Biznes risklərinin müxtəlif növləri vardır. Biznes riskləri daxili və xarici ola bilər. Onlar iş qabiliyyətinə birbaşa və ya dolayısı yolla təsir göstərə bilər. Risklər təhlükə əsaslı (məsələn, kimyəvi dağıntılar), qeyri-müəyyən əsaslı (məsələn, təbii fəlakətlər) və ya imkanlar ilə bağlı ola bilər.

Ümumi risk kateqoriyaları aşağıdakılardır:

Təbii fəlakətlər: sel, fırtına, meşə yanğını və quraqlıq;
Pandemiya: qrip, donuz qripi və ya quş qripi;
Hüquqi: sığorta məsələləri, mübahisələrin həlli, müqavilə pozulması, qaydalara və öhdəliklərə əməl olunmaması;
Qlobal hadisələr: pandemiyalar və hava nəqliyyatının hərəkətinin dayandırılması;
Texnologiya: kompyuter şəbəkəsi çatışmazlığı və köhnəlmiş avadanlıqların istifadəsi ilə bağlı problemlər;
Ekoloji: iqlim dəyişikliyi, kimyəvi axıntılar və çirklənmə;
İş yerində sağlamlıq və təhlükəsizlik: material, avadanlıq, və ya iş yerindən qaynaqlanan qəzalar;
Əmlak və avadanlıq: təbii fəlakətlər, su borularının partlaması, soyğun, vandalizmin və s. səbəb olduğu zərərlər;
Mühafizə: oğurluq, fırıldaqçılıq, əqli mülkiyyət itkisi, terrorizm, qəsb və online təhlükəsizlik və saxtakarlıq;
İqtisadi və maliyyə xarakterli: qlobal maliyyə problemləri, faiz dərəcəsinin artımı, pul vəsaitinin çatışmazlığı, müştərilərin ödəməməsi, sürətli artım və artan xərclər;
Kadr: sənaye münasibətləri məsələləri, münaqişənin idarə olunması və vakansiyalar doldurulmasında çətinliklər;


Ardı →