Borcun hökmləri

Möminlərə, xüsusilə onlardan ehtiyacı olanlarına borc vermək rəvayətlərdə çox tövsiyə edilən müstəhəbb işlərdəndir. Həzrət Rəsuli-əkrəm, səlləllahu ələyhi və alihdən, rəvayət olunur ki: «Hər kəs öz müsəlman qardaşına borc versə, onun malı arta və məlaikələr ona rəhmət göndərərlər və əgər öz borclusu ilə xoş rəftar etsə, hesabsız və sürətlə Siratdan keçər. Və bir şəxs, müsəlman qardaşından borc istədiyi halda ona borc verməzsə, Cənnət ona haram olar».
Məsələ 2281: Borcda siğənin oxunması lazım deyildir, hətta bir şeyi borc niyyəti ilə verərsə və o da həmin qəsdlə olarsa, səhihdir.
Davamı →

Könül xoşluğu ilə borc vermənin fəziləti

“Ey iman edənlər! Müəyyən bir müddət üçün bir-birinizə borc verib-alarkən bunu yazın...” (əl-Bəqərə, 2/282)

İnsanların bir-birinə kömək etmə yollarından biri də borc alıb-verməkdir. Dünya halı belədir ki, bəzi səbəblərlə insanlar böyük maddi çətinlik içərisinə düşə bilərlər. Bu kimi çətin vəziyyətlərdə bir-birimizə borc vermək böyük əhəmiyyət daşıyır. Borc alınan pul və ya digər maddələr eyni növdən olan maddələrlə ödənər. Borcun qarşılığında əlavə bir şey verilməz. Əgər borc qarşılığında əlavə bir şey istənərsə, bu faiz olar. Faiz isə dinimizdə haram buyurulmuşdur.

Dinimizdə borc vermək savabdır. İslam borc verməyi təşviq edir. Uca Rəbbimiz belə buyurur:

“Əgər Allaha (Allah yolunda) gözəl bir borc versəniz, (Allah) sizin üçün onun əvəzini qat-qat artırar və sizi bağışlayar. Allah qədirbiləndir, həlimdir! (Dərhal cəzalandırmaz, möhlət verər)” (ət-Təğabun, 64/17)

Qarşılıqsız kömək gözəl bir davranış olduğu kimi, ehtiyacı olanlara borc vermək də fəzilətli bir davranışdır. Hətta borc vermək sədəqə verməkdən daha gözəl sayılmışdır. Həzrət Peyğəmbər (s.ə.s.) bir hədisində belə buyurur:

“Merac gecəsi Cənnətin qapısı üzərində, “sədəqə on misli savabla qarşılanar. Borc isə on səkkiz misli savab ilə qarşılanar”, — deyə yazıldığını gördüm. Cəbraildən: “Borc verməyin sədəqədən üstün olmasının səbəbi nədir”,- deyə soruşdum. Cəbrail: “Çünki dilənçi varı olduğu halda dilənər. Halbuki borc istəyən kimsə ancaq möhtac olduğu üçün borc istəyər”,- deyə cavab verdi.”


Ardı →