Qısaboylu olmaq bədbəxtlikdirmi?

İnsanın qamətli, boyunun uca olmasını hər zaman onun üçün üstünlük hesab etmişəm, ələlxüsus da, kişinin. “A!” – deyib təəccüblənə, mənimlə razılaşmaya, tanış-bilişlərinizin içində uzunboylu, iri şaqqalı əndamlı, lakin vecəyaramaz adamların olduğunu deyə bilərsiniz. Bu mətni oxuyan alçaqboyluları isə əsla və əsla alçaldıcı duyğular bürüməməlidir. Demirəm ki, dünyadakı bütün qeyri-işgüzar və bacarıqsız adamların hamısının boyu 1.60 sm-dən azdır, bu fikirdən uzağam. Açığı, “balacaboy” dedikdə görkəmcə lap balacaları, boyları beş-altı qarışdan yuxarı olmayanları nəzərdə tuturam. Başqa sözlə ifadə etsək, cırtdanları.

Davamı →

Uşaqlarda boy artımına səbəb olan amillər

Boy fiziki inkişafın ən vacib göstəricilərindən biridir. İdeal boya sahib olmaq hər kəsin arzusudur.
Həkimlərin dediyinə görə, boy problemi uşaq yaşlarından başlayaraq özünü göstərməyə başlayır. Boy artımı üçün vitamin və minerallarla zəngin qidalara üstünlük vermək, mütəmadi olaraq idmanla məşğul olmaq əsas şərtdir. Boy artımının ləngiməsinə genetik faktorlarla yanaşı düzgün qidalanmamaq, fiziki hərəkətsizlik, kəllə-beyin travmaları və xroniki xəstəliklər səbəb olur. Eyni zamanda, orqanizmdə hormon çatışmazlığı da fiziki inkişafa mane olan amillərdəndir. Həkimlərin dediyinə görə, boy artımının ləngiməsi 2-5 yaşarası aşkar edilir, ona görə valideynlər uşaqları mütəmadi olaraq müayinədən keçirməli və qidalanmasına xüsusi diqqət yetirməlidirlər.

Davamı →

Azərbaycanda yeni nəslin boyu niyə kiçilir?

Azərbaycanda əhalinin ildən-ilə cılızlaşmasına dair fikirlər tez-tez səslənir. Artıq yaşlı nəsil universitet tələbələrini məktəblilərlə müqayisə edirlər.

Bir sıra mütəxəssislər boyun getdikcə qısalmasını qeyri-sağlamlıq kimi qiymətləndirsələr də, bəziləri əksinə olaraq, boyu qısa olan insanların beyninin daha yaxşı inkişaf etdiyini iddia edirlər.

Heç təsadüfi deyil ki, cəmiyyətdə insanlar arasında tez-tez “dünyanı balacalar idarə edəcək” kimi ifadələr də işlənir.
Davamı →

Hündürboy olmaq üçün məsləhətlər

İnsanın boyu əsasən genetikadan asılıdır. Lakin müəyyən vasitələrin köməyi ilə orqanizmdə gedən boy atma proseslərinə təsir etmək mümkündür.

Orqanizmdə boy atma proseslərinə somatotropin adlı hormon cavabdehdir. Müəyyən vasitələrin köməyi ilə bu hormonun ifrazını artırmaq olar. Nəzərə almaq lazımdır ki, somatotropinin ifrazı insan orqanizmində təxminən 20 yaşa qədər çox olur, daha sonra isə kəskin azalır. Somatotropinin ifrazını artırmaq üçün bu kimi məsləhətlərə əməl edin:

Düzgün qidalanın
Boy atma proselərinin normal getməsi üçün orqanizmə zülallar lazımdır. Bu səbəbdən rasionda mütləq kifayət qədər ət, balıq, yumurta, süd məhsulları olmalıdır. Yulaf yarması («gerkules»), qoz-fındıq, bol meyvə-tərəvəz və göyərti də boy atma proseslərinə müsbət təsir edir. Duzlu qidaların, tərkibində çoxlu kofein maddəsi olan içkilərin (kola, enerji içkiləri və s.), şirniyyatların çoxlu miqdarda qəbulu əksinə boy atma proseslərinə mənfi təsir edir.
Davamı →

Cütlüklər arasında ideal boy fərqi

Kişinin qadından yaşca və boyca hündür olması tabu halını alıb.
Bəs, sevgililər arasında boy fərqi neçə olmalıdır?

700 qadın və kişi arasında aparılan anket cinslərin bu mövzuda fikirlərini öyrənib.

Qadınlara görə kişilər 20 sm daha uzun olmalıdır. Kişilərin boy fərqi isə çox deyil. Qadınlardan 8 sm hündür olduğunu düşünürlər. 

İdeal qadın boyu 173 sm və kişdə isə 188 sm-dir.  

Statistikalara görə, cütlüklərin 92 faizində kişilər qadınlardan hündürdür. Cütlüklərin 4 faizində isə qadınlar kişilərdən hündürdür. 3.5 faizində isə cütlüklərin boyu eynidir.
Davamı →

Boyu müəyyən edən gen

Harvard və Oxford universitetlərinin əməkdaşlığı ilə aparılan tədqiqatlar nəticəsində insanlarda boyu müəyyən edən gen aşkar edilib. 35 min insanın DNT — ni nəzərdən keçirən alimlər bəzi insanların digərlərindən daha uzun olmasının səbəbini genetik şifrələrdə olan dəyişiklikdə görürlər.
Ardı →