Osteoxondrozla bağlı məsləhətlər

İnsanların çoxu osteoxondrozu təhlükəsiz xəstəlik hesab edir, lakin vaxtında tədbir görülmədikdə cox ciddi narahatlığa səbəb olur. Ən çox da qadınlar da təsadüf olunur. Az hərəkətli insanlar da, vaxtının çoxunu kompyuter arxasında keçirənlərdə daha çox  osteoxondroz müşahidə olunmaqdadır. Ona görə birinci növbədə hərəkət önəmlidir. Ağrı onun əsas əlamətidir. Xəstəlik irəlilədikcə keyimələr  baş verir. Boyun osteoxondrozuna baş ağrıları, başgicəllənmə, sinə, boyun, qol ağrıları xasdır. Osteoxondroz ağrıları  fəqərə sütununun bu xəstəliyə düçar olmuş hissəsinə müvafiq olaraq fərqli xarakter daşıyır, məsələn: bel osteoxondrozunda beldə və ayaqlarda güclü ağrılar, keyimə və hətta aşağı ətrafların arıqlaması kimi hallar müşahidə oluna bilər.
Davamı →

Boyun osteoxondrozu zamanı xalq təbabəti vasitələri

Boyun osteoxondrozu çox yayılmış pozulmadır. Boyun osteoxondrozu zamanı boyunda ağrılar, keyimə hissi, başgicəllənməsi, baş ağrıları kimi simptomlar meydana çıxır. Boyun osteoxondrozu zamanı bəzi xalq təbabəti vasitələri çox yaxşı kömək edir.

— Bal kompresi. Pambıq parçaya bal çəkin, boyun nahiyəsinə qoyun, üzərini sellofan plyonka, sonra yun şərflə bağlayın və bu kompreslə yatın.

— 3-4 sm olan zəncəfil kökü sürtgəcdən keçirilir, 4 diş sarımsaq sarımsağəzənlə əzilir, qarışdırılır. Kütləyə eyni miqdarda vazelin əlavə olunur, yaxşı qarışdırılır, pambıq parçaya çəkilir, boyun nahiyəsinə qoyulur.

— 300 qr iynəyarpağı blenderdə əzilir. Yuxarıda göstərildiyi kimi kompres şəklində istifadə olunur. Bütün bu vasitələr boyun osteoxondrozu zamanı ağrısızlaşdıran və iltihabəleyhinə təsir göstərir.
Davamı →

Boyun ağrılarının səbəbləri

Boyun ağrıları bir çox müasir insanları narahat edir.Belə ağrılar müxtəlif səbəblərə görə inkşaf edir. Bu səbəblər arasında:

Əzələlərin həddən artıq gərgin olması (mialgiya).
Uzun müddət ərzində oturaq vəziyyətdə iş görən insanda boyun əzlələrinə gərginlik artır, əzələlər sıxılır. Sıxılmış əzələlər yanında yerləşən sinirləri sıxır ki, bu da boyun ağrılarının inkişafına səbəb olur. Ağrı boyunun arxa hissəsini əhatə edir və çiyinlərə yayılır. Belə ağrılar ofis işçilərini tez-tez narahat edir. Belə vəziyyətə düşməmək üçün oturaq vəziyyətdə işləyən insan hər 30-40 dəqiqədən bir çox sadə hərəkətlər etməlidir — boynunu arxaya, qabağa və yanlara əyməlidir. Bu əzələlərdən artıq yükləməni götürür, qan dövranı yaxşılaşdırır, əzlələri «boşaldır» və ağrılardan xilas edir.
Davamı →

Boyun osteoxondrozu

Osteoxondroz onurğa sütununda olan xroniki distrofik prosesdir.

Hal hazırda osteoxondroz tibb elmində çox ciddi problem kimi qəbul olunur. Osteoxondroz cavan və orta yaşlı insanlarda inkişaf edir, müxtəlif pozulmalara, iş qabiliyyətinin azalmasına, hətta şikəstliyə gətirib çıxarır.

Statistikaya görə, damar xəstəliklərdən (hipertoniya, ateroskleroz, ürəyin işemik xəstəliyi, infarkt və insult) sonra osteoxondroz xəstəliklər arasında 2-ci yer tutur. Lakin damar xəstəliklərdən fərqli olaraq osteoxondroz cavan insanlarda inkişaf edir. Həkimlərin müşahidələrinə görə, insanların bir çox hissəsində osteoxondroz var. Bunun səbəbini isə həkimlər müasir insanın azhərəkətli həyat tərzində, düzgün olmayan qidalanmada görürlər. Müasir insanın həyatı gündən-günə avtomatlaşdırılır. Müasir həyat tərzi daha hərəkətsizdir — məişətdə paltaryuyan, qabyuyan maşınlar istifadə olunur. İnternet vasitəsilə evdən çıxmadan insan hər bir şey əldə edə bilir və s. Bütün bu rahatlıqlar isə insanı daha zəif edir...

Boyun osteoxondrozu bu xəstəliyin ən təhlükəli növü sayılır. Boyun osteoxondrozu zamanı onurğanın boyun hissəsinə aid olan fəqərələr və onların arasında olan disklər deformasiyalara uğrayır.
Ardı →