Brend və marka anlayışlarının bir-birindən fərqli cəhətləri

“Brend” sözünün mənası, demək olar ki, bir xüsusiyyəti istisna olmaqla, bir markanın tərifindən fərqlənmir. Belə ki, onun fərqli xüsusuiyyətləri və  görünüşləri yalnız xidmətlərinin və ya məhsullarının rəqiblərindən fərqli olmaları demək deyil, eyni zamanda hədəf auditoriyası tərəfindən tanınması və müəyyən populyarlıq qazanmasıdır. Başqa sözlə desək istehlakçıların diqqət və sevgisini qazanmış tanınmış markadır. Brend və ticarət markası arasındakı fərq onun korporativ identifikasiyası, adı, istehlakçılar tərəfindən tanınmasıdır. Bundan əlavə brend bazarın müəyyən hissəsinin sadiqliyini qazandığı üçün bazarda onun adı altında satılan məhsullar və ya xidmətlər tələb olunur.
Davamı →

Brend dartılması

İlkin məhsullar eyni kateqoriyaya aid ola bildikləri kimi, belə demək mümkündürsə, məhsul sırasının genişlənməsi, ya da xəttin genişlənməsi. brendin yeni sahəyə yayılmasıni brendin dartılması adlandırırlar. Məhsul sırasının genışlənməsi o anlama gəlir ki, müəyyən kateqoriyada məşhur məhsulu olan şirkət yeni ada çəkə biləcəyi xərcə qənaət etmiş olur.

Yalnız burada müəyyən qaydalara əməl etmək lazımdır; bazar yeni məhsul çıxaran zaman artıq o qədər də böyük gəlir gətirməyən əvvəlki məhslları satışdan çıxarmaq lazımdır. Amma yenə də yeni məhsulların əsas assortimenti sıxışdırıb çıxarması, özü də bu zaman artan gəlirin əlavə xərcləri örtməyi riski qalır. Ərzaq sırasının uğursuz genişlənməsi istehsalın aşağı düşməsinə, satış məsariflərinin yüksləməsinə istehlakçıların narazılığına və müvafiq olaraq ümumilikdə müəssisənin gəlirlərinin düşməsinə gətirib ıxara bilər.
Davamı →

Tom Ford

Tom Ford müasir dövrümüzün ən yaraşıqlı dizaynerlərindən biridir. O öz brendini yaradana qədər, bütün dəb dünyasında art-direktor olaraq ən çox gəlir qazanan dizayner idi. O Texas əsilli olsa da, Nyu Mexikoda yaşayıb və məktəbi burada bitirib. Daha sonra isə Nyu-Yorka gedərək universitetə qəbul olur və incəsənət tarixini öyrənir.

Lakin zamanla o bu sahəyə aid olmadığını başa düşür və təhsili atır. Bu zaman o memar olmağa qərar verir və məşhur Parsons məktəbinə daxil olur. Lakin burada da, bir neçə il təhsil aldıqdan sonra təhsilini yarıda qoyur. Tom Ford başa düşür ki, geyim dizaynerliyi məşğul olmaq istəyir. Bu səbəbdən də, təhsilini ataraq Parisə gedir.
Davamı →

"Zara" brendi haqqında bilinməyənlər

«Zara» brendi qadın, kişi və ya uşaq fərqi olmadan, hər kəsin sözsüz ən sevimli brendidir. Ən lyuks markalarla müqayisə olunacaq qədər güclü kolleksiyalarla qarşımıza çıxır hər zaman. Bəs onun haqqında bir neçə maraqlı faktı öyrənməyə nə deyirsiniz? Əminik ki, «Zara» sevərlər üçün çox maraqlı olacaq, hətta bundan sonra yəqin ki, daha çox sevəcəksiniz. Həmən başlayaq:

Davamı →

Salvatore Ferraqamo

Statistikaya inansaq, qadını cazibədar göstərən ən önəmli aksessuar dikdaban ayaqqabılardır. Lakin çoxları dikdaban ayaqqabıları bizə sevdirən ixtiraçının kim olduğundan xəbərsizdir. Bunu bilmək üçün xəritədə çəkməyə bənzəyən ölkəni axtarın. Xəritəyə diqqət etsəniz, İtaliyanın çəkməyə oxşadığını görəcəksiz.

Taleyin qəribə oyunudur ki, xəritədə çəkməyə bənzəyən İtaliya dünyanın ən məşhur ayaqqabı ustalarını yetişdirir. Dünyanın bütün qadınları onları möhtəşəm göstərən ayaqqabılara görə italyan ayaqqabı ustası, rəssam və yenilikçi Salvatore Ferraqamoya borcludur.

«Salvatore Ferragamo” ayaqqabı brendi artıq 75 ildən çoxdur ki, italyan dəbdəbəsinin sinonimi hesab edilir. Hollivud ulduzları arasında qazandığı populyarlığa görə, o, „Çəkməçi kralı“ və ya „Ulduz çәkmәçi” ləqəbini alıb. Salvatore Ferraqamo xatirələrində yazır ki, əllə tikilmiş ayaqqabıdan mükəmməl heç nə ola bilməz.
Davamı →

8 dollarla başlayan səyahət - Tomas Conston Lipton

Tomas Conston Lipton (Thomas Johnstone Lipton) 1848-ci ilin 10 may tarixində Şotlandiyanın Qlazqo şəhərində anadan olub. 8 yaşında evlərinin zirzəmisində yerləşən baqqal mağazasında işləməyə başlayır. 10 yaşında o, köynək satışı ilə məşğul olan mağazada satıcının köməkçisi kimi işə başlayır. Daha sonra gəmidə işə düzəlir və biznesdən uzaqlaşır. Əslində bu onun həyatında dönüş nöqtəsi olur. Tomas uzaq səyahətə çıxmaq haqqında düşünməyə başlayır. 1965-ci ildə 14 yaşında cibindəki 8 dollarla gəmiyə əyləşib Amerikaya yola düşür. İlk vaxtlar Amerikada özünə iş tapa bilmir. Bu arada qeyd edək ki, o zaman Amerikada yaxşı həyat axtaran şotland və irlandların sayı çox idi.

O, Vircin adalarında tütün plantasiyalarında işləməyə yollanır. Burdan da Cənubi Karolinadakı düyü plantasiyalarına keçir. Beləliklə də o ən aşağı işlərdə işləyib gündəlik çörəkpulunu qazanır. 4 ildən sonra şansı üzünə gülməyə başlayır. Belə ki, Nyu-Yorkda mağazalardan birində kargüzar vəzifəsinə işə düzəlir. Məhz burada o gələcək biznesini qurmaq üçün məktəb keçir. 1869-cu ildə evlərinə qaydır.
Davamı →