Bronxial astma əleyhinə reseptlər

Bronxial astma – xroniki xəstəlik olub, periodik tutmalarla xarakterizə edilir. Astma xəstəliyinin tutmaları ağırlıq dərəcəsinə görə müxtəlif olur. Yüngül öskürmə formasından başlamış həyatı təhlükə altına alan ağır boğucu öskürmə formalarına qədər variasiya edə bilir.
Öskürək tutmalarının başvermə mexanizmi belədir: bronx və bronxiollar daralır, döş qəfəsi sıxılır, tənəffüs çətinləşir. Tənəffüs yollarının selikli qişası ödemləşir və kirpikli epitelin hərəkətinə mane olur. Selikli qişadakı selik ifraz edən vəzilər qıcıqlanır və həddən artıq selik ifraz etməyə başlayır. Nəticədə ağciyərlərdə havanın ventilyasiyası çətinləşir. Zamanla tutmalar daha da ağırlaşır və ağciyər toxumasında geriyədönməyən dəyişikliklərə, ağciyərin xroniki xəstəliklərinə səbəb olur.

Davamı →

Orqanizmin süpürgəsi

Ferula Asafoetida — Hiltit — Şeytanotu — Pisiyli ilankölgəsi
Hiltit Mərkəzi Asiyada, Əfqanıstanda, Qafqazın quru yamaclarında bitən çətirçiçəkli bitkinin köklərinin qurudulmuş qətranıdır. Qurudulmuş qətranın hazırlanması uzun sürən bir prosessdir. Deməli, köklər çərtilir və çıxan qətran toplanılır və emsl olunur. Çox faydalı bitkidir. Hiltit qapalı hermetik qabda sərin və quru yerdə 1 il saxlanıla bilər. Misirdə ona
Ən keyfiyyətli hiltit  qırmızı və qoxusu kəskin olanıdır. Sarımsaq və soğan qoxusuna bənzər iyə malikdir. Asafoetida güclü işlədici və sovurucu təsirə malikdir. Onu " Orqanizmin süpürgəsi " adlandırmaq olar.
Allahın izni ilə aşağıda qeyd ediləcək xəstəliklərdə güclü müəlicəvi effekt verir:
Davamı →