Tabeli mürəkkəb cümlələr

Tabeli mürəkkəb cümləni təşkil edən sadə cümlələrdən biri qrammatik cəhətdən müstəqil, o biri isə ona tabe olur. Tabe edən tərkib hissə baş cümlə, tabe olan tərkib hissə isə budaq cümlə adlanır.
Budaq cümlə ya baş cümlənin buraxılmış bir üzvü yerində işlənir, ya da baş cümlənin ümumi məzmunu ilə bağlı olur. Məsələn: Məktəbdə aparılan sorğu göstərdi ki, şagirdlərin çoxu hərbçi olmaq istəyir. İşğal olunmuş torpaqlarımız azad olmasa, bizim rahat yaşamağa mənəvi həqqımız yoxdur.
Birinci cümlədə budaq cümlə baş cümlədən sonra gəlmişdir. Buradakı baş cümlədə (məktəbdə aparılan sorğu göstərdi ki) tamamlıq buraxılmısdır. Budaq cümlə (şagirdlərin çoxu hərbçi olmaq istəyir) buraxılmış tamamlığın yerində işlənmişdir. Bu mürəkkəb cümləni sadələşdirib, budaq cümləni bütövlükdə tərkib şəklində tamamlıq yerində işlətmək olar: Məktəbdə apardan sorğu şagirdlərin çoxunun hərbçi olmaq istədiyini (nəyi?) göstərdi.
Davamı →

Budaq cümlələrinin növləri

Tabeli mürəkkəb cümlələr budaq cümlələrin növünə görə fərqlənir. Budaq cümlələr cümlə üzvlərinə uyğun gəlir və cümlə üzvlərinə uyğun olaraq aşağıdakı 7 növə ayrılır:

  1. Mübtəda budaq cümləsi
  2. Xəbər budaq cümləsi
  3. Tamamlıq budaq cümləsi
  4. Təyin budaq cümləsi
  5. Zərflik budaq cümləsi (6 növə ayrılır)
    1. tərzi-hərəkət budaq cümləsi
    2. yer budaq cümləsi
    3. zaman budaq cümləsi
    4. kəmiyyət budaq cümləsi
    5. səbəb budaq cümləsi
    6. məqsəd budaq cümləsi
  6. Şərt budaq cümləsi
  7. Qarşılıqlı güzəşt budaq cümləsi

Ardı →

Mürəkkəb cümlə

Iki və daha çox sadə cümlənin məna və tələffüzə görə birləşməsindən əmələ gəlib müəyyən bir fikri ifadə edən cümlələr mürəkkəb cümlə (сложное предложение) adlanır.
Sadə cümlələr mürəkkəb cümlə əmələ gətirmək üçün iki əsas üsulla birləşirlər:
1) bağlayıcılar və nisbi əvəzliklərlə əvəzlikli zərflərdən ibarət bağlayıcı sözlərlə;
2) intonasiya vasitəsi ilə (bağlayıcı və bağlayıcı sözlər olmadan).
Bağlayıcı və bağlayıcı sözlərlə sadə cümlələrin birləşməsindən əmələ gələn mürəkkəb cümlələr də öz növbəsində iki cür olur: tabesiz mürəkkəb cümlə (сложносочиненное предложение) və tabeli mürəkkəb cümlə (сложноподчиненное предложение).

Iki və daha artıq sadə cümlə tabesizlik bağlayıcıları vasitəsi ilə birləşərək tabesiz mürəkkəb cümlə əmələ gətirir. Tabesiz mürəkkəb cümləni əmələ gətirən sadə cümlələr bir-biri ilə birləşdirici (соединительный), inkar (противительный) və bölgü bildirən (разделительный) bağlayıcılarla əlaqələndirilir. Bu bağlayıcılar aşağıdakılardır: и, да (i mənasında), да и, ни… ни, тоже, также, а, но, да (но mənasında), зато, однако, же; или (иль), либо, то… то, не-то… не то, го-ли… то-ли. Məsələn:
Запел горн, и колонна двинулась к реке, Грачи прилетели, а весны не принесли. Ни волны на море, ни ветерка в небе.
Ardı →