Pendirli Fransız bulkaları

İnqridientlər:
4 ədəd yumurta ağı
200 qr ağ pendir
3 x/q un qızartmaq üçün bitki yağı
1 ovuc doğranmış cəfəri
duz,istiot.

Hazırlanması:
Yumurtaların ağını çırpıcı ilə qarışdıraraq, pendiri rəndələyib, üzərinə tökürük. Hazır kütləni duz və istiotlayırıq. Əlimizlə kürəciklər düzəldib, una batırırıq.

Bol yağ tökülmüş, qızdırılmış tavada hərtərəfli qızardırıq. Qızarmış kürələrin üzərinə cəfəri səpib, süfrəyə veririk. Nuş olsun!
Davamı →

Şokoladlı bulka

Tərkibi:
300 qr un
2 çay qaşığı qabartma tozu
1 çay qaşığı soda
1/2 çay qaşığı duz
2 xörək qaşığı şəkər tozu
75 qr doğranmış soyuq kərə yağı
150 ml soyuq süd. 

Aralarına qoymaq üçün:
Arzu etdiyiniz qədər tünd şokolad (60%). 

Üzərinə:
Çalınmış 1 yumurta. 
Davamı →

Hamburger bulkası

Tərkibi:
1 ¼ stəkan (300 ml) süd
2 xörək qaşığı (17 qr) toz maya
2 xörək qaşığı (28 qr) şəkər tozu
1/3 stəkan (80 ml) ərinmiş kərə yağı
1 yumurta
4 stəkan (500 qr) un
1 çay qaşığı duz

Üzərinə:
1 yumurta

Hazırlanma qaydası:
Öncə südü 36-38 dərəcəyədək isidin və şəkər tozunu bu süddə həll edin. Südə maya əlavə edin və qarışdırın. Unu ələyin və duzla qarışdırın. Otaq temperaturunda ərinmiş kərə yağını və yumurtanı mayalı südə əlavə edin və 5-7 dəqiqə xəmir yoğurun.
Davamı →

Hörük bulkalar

Tərkibi:
250 qr un
3 çay qaşığı qabartma tozu
100 qr şəkər tozu
1 paket vanil
125 qr kəsmik
1 ədəd yumurta
80 ml süd
50 qr əridilmiş kərə yağı

Hazırlanma qaydası:
Öncə un, qabartma tozu və vanili ələyin. Bir qabda şəkər tozunu yumurta ağıyla çırpın. Kəsmik, süd və yağ əlavə edib yaxşıca qarışdırın. Unu da əlavə edib xəmir yoğurun. Xəmiri 6 bərabər kündələrə bölün. Hər kündəni 3 hissəyə bölün. Unlanmış masanın üzərində təxminən 20-30 sm uzunluğunda zolaqlar şəkli verin və hörün.
Davamı →

Kəsmikli bulka

Lazım olan ərzaqlar:
— 3 stəkan tam buğda, ya da çovdar unu (Çovdar unu ilə bişirsəniz, xəmirin qatı olmaması üçün un 3 stəkandan az olsun)
— 1 stəkan qatıq
— 2 yumurta
— 1/2 su stəkanı zeytun yağı
— 1 paket qabartma tozu
— Bir çimdik duz
— Bir az doğranmış şüyüd
Davamı →