Ağa deyir sür dərəyə | Aqşin Yenisey

Adətən, ölkəmizi hər mənada inkişaf etmiş ölkələrlə müqayisə etməyi sevirik (özümüzü həmin inkişaf etmiş ölkənin vətəndaşı ilə müqayisə etməyi sevməsək də). Bu, bir yandan yaxşı haldır ki, hədəfimizin inkişaf olduğunu göstərir, bir yandan pis haldır ki, bizi reallıq hissindən uzaqlaşdırır. Nitsşeni əsəbiləşdirən vəziyyət yaranır; səbəb və nəticə arasında əlaqə qura bilmirik. Ya səbəbi səhv yerdə axtarırıq, ya nəticəni düzgün hesablaya bilmirik.

Davamı →

Niderland XVI-XVII əsrin birinci yarısında

  1. Niderlandın siyasi quruluşu
  2. Niderlandın iqtisadi inkişafı
  3. Niderlandda Reformasiya
  4. Oranlı Vilhelm
  5. Azadlıq hərəkatının başlaması
  6. Hersoq Albanın rejimi
  7. Azadlıq hərəkatının ikinci mərhələsi
  8. Cənubda antiispan hərəkatı
  9. Azadlıq hərəkatının üçüncü mərhələsi
  10. Şimali Niderlandın müstəqillik uğrunda mübarizəsi
  11. Holland müstəmləkəçiliyi
 
Davamı →

Niderland burjua inqilabı

Niderland Şelda Maaş və Reyn çaylarının aşağı axarında yerləşirdi. Mənası çökək ölkə deməkdir. XVI əsrdə Niderlandda 3 milyon adam yaşayırdı, 300 şəhər yardı. Niderland çay yolu ilə Fransa və Almaniya, dəniz vasitəsilə İngiltərə və Skandinaviya ilə ticarət edirdi. Böyük coğrafi kəşflərdən sonra Niderlandın dəniz ticarəti daha da yüksəldi, Antverpen şəhərinin dünya ticarətində rolu artdı. Çünki bu limana yan alan gəmilər, yəni müxtəlif ölkənin tacirləri burada bərabər ticarət etmək hüququna malik idilər. Buna görə də, XVI əsrdə Antverpen Avropa tarixində dünya ticarətinin birinci mərkəzi oldu.

Niderland əhalisi dəniz sahilində və bəzən dənizdə bəndlər çəkir, dənizi qurudur və qurudulmuş ərazilərdə təsərrüfat yaradır, kənd və şəhərlər salırdılar. Niderlandda manufakturalar yaradılmağa başlandı. Manufakturalarda mahud parça, kətan, gəmi ləvazimatı və s. istehsal olunurdu. Niderlandda kapitalist sənayesi inkişaf edir, muzdlu əməkdən istifadə olunurdu. Lakin XVI əsrin ortalarında Niderland feodal İspaniyasının hakimiyyəti altında idi. Niderlandın Amerikada, Cənubi İtaliyada müstəmləkələri var idi. İspaniya kralı Avropada ən güclü ordu və donanmaya malik idi. Niderland İspaniyaya okeanın o tayındakı müstəmləkələrindən 4 dəfə çox gəlir verirdi.
Davamı →

XVII əsr Ingiltərə burjua inqilabı

XVII əsrin 40 illəri üçün İngiltərə əsasən aqrar ölkəsi olaraq qalırdı. Lakin burjua münasibətləri də inkişaf etməkdə idi ki, bu inkişaf sənayesinin bütün sahələrin əhatə edirdi. Monufakturalar meydana gəlir, xarici ticarət intensiv inkişaf edir, yeni-yeni müstəmləkələr ələ keçirilirdi. 1600-cı ildə Ost-Hind, 1606-cı ildə iki Virginiya, 1614-cü ildə «Avanturist tacirlər» xarici ticarət kompaniyaları meydana gəldi. Lakin İngiltərə mütləqiyyəti yaranmaqda və inkişaf etməkdə olan burjua münasiəbtəlrinin yolunda əngələ çevrilmişdi.
İngiltərənin siyasi tarixində Stüartlar sülaləsinin böyük rolu olmuşdur. Bu sülalə 1603-cü ildə hakimiyyətə gəlmiş vaxtilə kraliça Yelizaveta tərəfindən edam olunmuş kraliçanın bacısı Mariya Stüartın oğlunun adı ilə bağlıdır. I Yakov Stüart 1603-1625-ci illərdə, I Karl isə 1625-1649-cu illərdə hakimiyyətdə olmuş, məhz onların dövründə İngiltərənin Rusiyadan tutmuş Hindistana qədər nəhəng ərazilərdə agent və şirkətləri təsis olunmuşdu.
Davamı →

Böyük Fransa inqilabı

Böyük Fransa inqilabı (1789-1799) — Fransa və Avropa siyasi tarixində köklü dəyişikliklərə səbəb olmuş ən mühüm hadisələrdən biri. O dövr Fransasında, eləcə də digər aparıcı Avropa ölkələrində hakim zadəgan və katolik ruhanilərinə verilmiş qeyri-məhdud imtiyazlarla xarakterizə olunan mütləq monarxiyadan demokratiya, vətəndaşlıq və insan hüquq və azadlıqları kimi mütərrəqqi prinsiplərə əsaslanan siyası-sosial qiyam.
İnqilab qanlı iğtişaşlar, minlərlə insanın təqib və edamıyla müşahidə olunumuş, hətta beynəlxalq səviyyədə ciddi narahatlıq doğurmuşdur. İnqilab özündən sonra Avropada Napoleon müharibələri, Fransada monarxiyanın bərpası və nəhayət müasir azad, demokratik Fransanın simasını müəyyənləşdirəcək daha iki inqilaba səbəb olmuşdur. İnqilabdan sonrakı 75 il ərzində Fransa respublika, diktatorluq, konstitusiyalı monarxiya və iki müxtəlif imperiyalar halında mövcud olmuşdur.
Davamı →