Əsla yola getməyən bürclər

Qoç-Buğa
Dikbaş qoçlar və inadçı öküzlərin uyğunlaşmasından bəhs etmək olmaz. Aralarındakı hər hansı bir müzakirə bir anda alovlana bilər. Ayrılıqları isə olduqca problemlidir.

Qız-Tərəzi
Tərəzilər qızları özündənrazı və çox ciddi hesab edirlər. Qızlar isə tərəziləri uşaq kimi və əsəblərə toxunacaq dərəcədə qayğısız kimi tanıyırlar. Bu vəziyyətdə təəssüf ki, əks qütblərin bir-birlərini cəlb etməsi mövzu deyil. Bununla yanaşı tərəzilərin kiçik və qapalı dost əhatəsi olduğu halda, qızlar tam mənasıyla ictimai insanlardır.
Davamı →

Ən şanslı bürclər hansıdır?

Hər birimiz nə vaxtsa çətin vəziyyətlə üzləşmişik. Bəzən də elə olur ki, uğursuzluqlar hansısa naməlum səbəblərə görə, üstəlik ard-arda baş verir.

Bəziləri isə öz istək və arzularına asanlıqla və əziyyətsiz nail olur. Bəs niyə çoxlarının həsrətində olduğu gözəl bəxt və şans hər kəsin üzünə gülmür?

Astroloqlar bunu bürclərə bağlayır. Belə ki, onlar zodiak işarələrinin insan həyatına təsirsiz ötüşmədiyini iddia edir. Odur ki, biz bu dəfə qoroskop həvəskarlarını ən məsud və şanslı bürclərin siyahısı ilə tanış etməyə qərar vermişik.
Davamı →

Yəhudilərin bürclər üzrə proqnozu

Qoç
Qoç bürcündən olan insanlar güclü və qətiyyətli şəxsiyyətlərdir. Onların həyata öz baxışlar var, bir qədər döyüşkən və aqressivdir, eyni zamanda özünə əmindir. Bütün gücləri ilə qələbəyə doğru gedirlər və lazım olarsa, ilk zərbəni özləri vurar. Məqsədlərinə çatmaq üçün heç kimlə hesablaşmırlar, öz qırarları ilə hərəkət edirlər.

Buğa
Bu bürcün nümayəndələri xüsusi səy və canfəşanlığı ilə səciyyələnir. Onların doğulduğu bürc altında insanın illik dirçəlişi baş verir və onun artımı bir pillə yuxarı olur. Buğalar həqiqətin qatı tərəfdarlarıdır. Həqiqət isə məlum olduğu kimi, yetkinlik əlaməti sayılır.
Davamı →

Hansı bürc nəyə nifrət edir?

Qoç
Qoçlardan hər hansı bir məsələ barədə xahiş etdikdə dərhal özündən çıxırlar. Bu, onları lap dəli eləyir, çünki Qoçlar hər dəqiqəni və maraqlarını qiymətləndirirlər. Bu bürcün nümayəndələri sırtıq insanlara qarşı dözümlü deyil. Əgər siz Qoçlara israr etməkdə davam etsəniz, ən yaxşı halda söyüş qasırğasına hazırlıqlı olun.

Buğa
Əgər nə vaxtsa, haradasa «Bəsdir, ürəyimi üzdün» ifadəsini eşitsəniz, əmin olun ki, o sözlərin sahibi Buğalardır. Bu bürcün nümayəndələri ətrafında dayanmadan vurnuxan adam gördükdə, onları tələsdirdirdikdə, yaxud da yersiz göstəriş və məsləhətlərlə onları bezdirdikdə əsəbiləşməyə başlayır. Buğanın xətrinə dəymək istəmirsinizsə, onda ona nəyi, necə etməli olduğunu göstərmək lazım deyil.
Davamı →

Zodiaka görə münasibətləri uzunömürlü etməyin yolları

Astroloqlar və psixoloqlar hər bürcün xarakterinə görə nikahı qorumağın yollarını araşdırıb.

Qoç
Siz sadəcə olaraq çoxdan yerinə yetirməli olduğunuz düzəlişlər və radikal dəyişikliklər etməlisiniz. Bilməlisiniz ki, münasibətlər həmişə yuxarı doğru qalxır və siz ən yüksək zirvəyə nail olmalısınız! Hər şey dözülməz olmağa başlayanda kəskin dəyişikliklər həqiqətən də yerinə düşür.
Davamı →

Hansı bürclər cinayətkarlığa meyillidir?

Bürclər insanların ən çox oxuduğu, amma heç vaxt tam mənada inanmadığı bir mövzudur. Buna rəğmən bir çox insan günün planını qurarkən məhz bürclərin istiqamətini nəzərə alır. Qısqanc, ən çox sevilən, liderlik edən və s. xarakterli bürclər haqqında çox oxumusunuz.

Bəs özünüzün cinayətkar ruhu barədə necə, oxumusunuzmu?

Elə isə bu yazıya diqqət edin. ABŞ-da astroloqlarının cinayətkarlığa meyilli olan bürclər haqqında apardığı maraqlı araşdırma Federal Tədqiqatlar Bürosundan alınan siyahıya əsasında aparılıb.

Davamı →

2018-ci il üçün tibbi astroloji proqnoz

Sağlamlığı verən Allah, onu qoruyan isə insanın özüdür. Bəs tibbi astrologiya 2018-ci ildə sağlamlığımız üçün nələri vəd edir?

Qoç Bürcü
Bu bürc altında doğulanlar 2018-ci ildə özlərini əsasən soyuqdəymədən qorumalıdırlar. Əks halda ciddi xəstəliklərin yaranması qaçılmaz olacaq. Ona görə də sağlamlıqla bağlı problemlərin yaranmaması üçün, xüsusilə soyuq havalarda, bu bürc altında doğulanlar səhhətlərinə xüsusi diqqət yetirməlidirlər.

Normal həyat fəaliyyəti üçün kifayət qədər enerjilərinin olmasına baxmayaraq baş ağrılarının yaranma ehtimalı da mümkündür. Nəzərə almaq lazımdır ki, orqanizmdə yaranan ən adi bir problem belə öz-özünə aradan qalxmır. Buna görə həkimlərə müraciət etmək vacibdir. 2018-ci ildə xəstəliklərin müalicəsi və profilaktikası müsbət nəticələr verəcək.
Davamı →

Bürclərə görə kişilər hansı tip qadınları bəyənir?

Qoç
Qoç ilk və ən yaxşı olmaq üçün yaşayır. O, həmişə yanında prestijini artıracaq və insanlar tərəfindən təqdir ediləcək birini istəyir. Həyat fəlsəfəsi “indi, bu dəqiqədir”. O, sizi kəşf etmək üçün çox gözləməyəcək. Qoç, özünü seçmək məcburiyyətində hiss etməz. Sadəcə hər şeyi istəyir, adətən alır da.

Buğa
Venera tərəfindən idarə olunan Buğa gözəlliyin əsiridir. Həyatında böyük əhəmiyyəti olan duyğularla bərabər görünüşü baxımından da razı qaldığı bir eşq cütlüyündən də imtina etməz. Sevəcəyi şəxs qüsursuz bir görünüşə sahib olmalıdır.
Davamı →