Cırcırama

Cırcırama qədimdən bəri mövcud olan həşəratlardan biridir, onun qalıqları yur dövrünə aid daş kömür çöküntülərində qalıb. Alimlər hesab edirlər ki, cırcıramalar təxminən 350 milyon il əvvəl yaranıb. Bu gün cırcıramanın 4500-dən çox növü siyahıya alınıb, onların əksəriyyəti subtropik və tropik ərazilərdə yaşayır. 

Bu zərif həşəratların nəinki nəsli kəsilməyib, eyni zamanda, onlar dünyanın hər yerinə yayılıblar. Cırcıramalar ən sürətli uçan həşərat hesab olunur. Onların sürəti 57 km/saata çata bilər. 
Davamı →

Səs - küylü cırcırama

Cırcıram səs- küylü bir həşəratdır.  Həşərat bu səs- küyü bədənində ki yüksək bir sistem vasitəsilə çıxarır. Gövdəsinin arxa hissəsindəki hava kisəcikləri üzərində sağ və sol tərəfdə yerləşmiş iki lövhə var. Cırcırama daş kimi sərtləşmiş bu lövhələri bir- birinə vuraraq həmin səsi çıxarır. Lövhə bağlı olduğu əzələ tərəfindən dartılıb buraxıldığı zaman boş tənəkə qutunun çıxardığı səsə bənzər bir səs yaranır. Həşəratın etdiyi dartıb- buraxma hərəkəti saniyədə 500 dəfə təkrar olunur. Saniyəni bir göz qırpımı qədər düşünsək, onun bu hərəkəti bir saniyədə 500 dəfə etməsinin nə qədər çətin olduğunu dərhal anlayarıq.
Böcəyin döş hissəsinin alt tərəfində olan çıxıntının açılıb- bağlanması ilə səs yüksəlir və ya alçalır.
Davamı →