Cəmiyyətin həyatı

Televizorda, internetdə, məktəbdə, jurnal və qəzetlərdə bizim cəmiyyətin istəkləri, problemləri, vətəndaşların tələbləri və s. ifadələr tez-tez işlədilir.
Hər bir vətəndaş cəmiyyətin üzvüdür. Vətəndaş ölkənin həyatında mühüm rol oynayan şəxsdir. Onun cəmiyyətin problemlərinin həllində iştirak etmək və qərarlar qəbul edilməsinə təsir göstərmək hüququ vardır. Vətəndaş cəmiyyəti — cəmiyyətin inkişafının müəyyən pilləsində formalaşan insanların birliyidir. O özündə bu cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni sferalarında könüllü yaranan qeyri-dövlət strukturlarını birləşdirir. Azərbaycan Respublikasında cəmiyyətin həyatında aşağıdakı strukturlar da rol oynayır:
Davamı →

Alternativsiz həyat

Ola bilsin, bu maraq çox adamda var: hərdən qarşımıza elə insanlar çıxır ki, onların həyat yolunun necə olacağı bizi az, ya da çox dərəcədə maraqlandırmağa başlayır. Sən görürsən ki, o, hamı kimi deyil, onu başqalarından fərqləndirən hansısa bir müstəsna özəllik var. Bu, güclü istedad da ola bilər, böyük ağıl da, hiper həssaslıq da, hərtərəfli tərbiyə də, zərif mədəniyyət də. Sən belə insanla rastlaşanda, istər-istəməz düşünürsən, görəsən, o, əlindəki bu xəzinəylə haracan gedib çıxacaq? Həyat yarışında qarşısına çıxan maneələri aşa biləcək, yoxsa hansısa bir məqamda məğlub olub digərləri kimi adi bir orqanizmə çevriləcək? Yaradan, fəaliyyətdə olan biri olacaq, yoxsa təsəlli dalınca qaçacaq, mehr salan birinə çevriləcək?
 
Mən inanıram ki, müstəsna bir varlığı görəndə, bir çoxlarımızın ağlından dumanlı da olsa, belə fikirlər gəlib keçib. Çünki biz insanıq, maraqlanmağı sevən məxluqlarıq. 
 
Bugünlərdə çoxdan görmədiyim bir tanışımla təsadüfən rastlaşdım. Təqribən on il olardı ki, ümumiyyətlə üz-üzə gəlməmişdik. Bir vaxtlar “görəsən, bunun axırı necə olacaq?” kateqoriyasına aid etdiyim  tiplərdəndi. Təbii olaraq, zaman ərzində dəyişmiş, yetkinləşmiş, başqa bir insana çevrilmişdi. Sanki beynimdən keçənlərdən duyuq düşübmüş kimi, mənə suallar verdi. Məhdud söz ehtiyatı, dolanbac yollarla verilmiş sualları təxminən bu səpkidəydi: “Sən necə elədin, yolunu tapa bildinmi?”, “Allaha inanırsanmı?”, “Gələcəyi necə görürsən?” və s. 
Davamı →

İctimai nəqliyyat vasitələrindən istifadə edənlər.

Hər gün shər tezdən yuxudan qalxıb işə, dərsə, və ya hər hansı səbəbdən yola çıxaraq xüsusən də avtobus və metrodan istifadə edən insanlar məcburiyyət qarşısında qalaraq əziyyətlərə düçar olurlar.  Zamanın qısa və günlük planların da çox olduğunu nəzərə alaraq gündəlik çətinliklər bizləri bu hadisələrə qarşı çox vaxtı etinasızlığa adaptasiya olmağımıza səbəb olur. Sizi paylaşdığım bu qısa teatral filmi izləməyə dəvət edirəm.






(P.S. İradlarınızı qeyd etməyinii xahiş edirəm. Fikirlərinizi açıq aydın şərhdə və ya şəxsi mesajla ifdə edə bilərsiniz, ən azından buna ümid edirəm :)  )


Davamı →

Vətəndaş cəmiyyətində etiket qaydaları

Etiket fransız sözü olub- davranış qaydaları deməkdir. 
Ona cəmiyyətdə qəbul edilmiş ədəb və nəzakət qaydaları daxildir. Bir- birinə hörmət etmədən, özünə müəyyən qadağalar qoymadan yaşamaq mümkün olmadığı qədər, bu normalara riayət etmədən heç bir siyasi, iqtisadi, mədəni münasibətlər də yaratmaq mümkünsüzdür. Etiket sözü — etika sözü ilə eyni kökdən olub, jestin gözəlliyi və başqa insanlara qarşı hörmət münasibətinə əsaslanaraq, ümumi qəbul olunmuş davranış qaydalarını özündə əks etdirir. Etiket — insanın cəmiyyət arasında davranış norma və qaydalarıdır. Etiket banisi İngiltərə və Fransadır. Sonra isə əxlaq qaydaları İtaliyada yarandı. 

Etiketin bir neçə növləri vardır: 
— Dövlət etiketi 
— Diplomatik etiket 
— Hərbi etiket 
— Dini etiket 
— Ümumvətəndaş etiketi 


Ardı →

Bir cəmiyyətin inkişafının kökündə nə dayanır?

BİSMİLLƏHİR RAHMƏNİR RAHİM


Yəqin ki, bu sualı özünüzə vermisiniz. Bu suala hər kəs bir cür cavab verər.Biri deyər işsizlik aradan qaldırılmalıdır,biri deyər  maaşlar və müavinətlər artırılmalıdır, biri deyər müharibə şəraiti olmamalıdır, kimisi deyər sənaye inkişaf etdirilməlidir, kimisi deyər kənd təsərrüfatına dəstək olmalıdır, kimisi deyər səhiyyə inkişaf etdirilməlidir  və s. Bunları sadalamaq mümkündür.Bu deyilənlər də özü-özlüyündə doğru sözlərdir.Amma kök deyil.İstənilən məsələni həll edərkən ilk öncə onun kökünü tapmaq mütləqdir.Ona görə ki, kökü tapsaq, o birilər onsuz da özü avtomatik düzələcəkdir.


Ardı →