Qiyamətin əlamətləri

Hədis alimləri qiyamətin əlamətləri barədə Peyğəmbər(ə)-nin müxtəlif kəlamlarının olduğunu qeyd ediblər. Məsələn, «On böyük əlamət görünməyincə qiyamət qopmaz. Bunlar Duman; Dəccal; Dəbbətül -ərz; Günəşin Qərbdən doğması; İsa(ə)-nin zühuru; Yəcus və Məcusun ortaya çıxması; Qərb, Şərq və Ərəbistanda yerin batması; Yəməndə bir atəşin peyda olmasıdır».

İslam alimlərindən Suyuti (v.e. 1505) və başqalarına görə qiyamətin əlamətləri iki növdür. Böyük və kiçik. Əmanətə xəyanət, adam öldürmək, fitnə-fəsad yaratmaq, məhəbbət və etimadın azlığı, şit və hay-küylü musiqi, haramların çoxalması qiyamətin kiçik əlamətləridir. Çağdaş dünyanın durumuna bu kontekstden qısaca nəzər salsaq aydın olar ki, artıq bəşər kiçik qiyamət durumunda yaşayır. Çünki zinaya qanuni don geydirmək, əmanətə xəyanət, sələmçilik, hətta Allah evlərində terror və təxribat, əsli bilinməyən şit və hay-külü musiqi, ikiüzlülük, haramları halal kimi qəbul etmək, təbiətə qeyri insani münasibət artıq dünyanın adi həyat tərzinə çevrilib.
Davamı →

Sağlığında Cənnətlə müjdələnənlər

İslam imanla əməlin vəhdətindən ibarət olan İlahi bir sistemdir. Onun bir tərəfində inam, digərində isə inandığına əməl etmədir. "İnsanlar yalnız: "İman gətirdik!" — demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?" (Ənkəbut 2). Yəni təkcə dillə iman gətirmək əbədi səadət yurdu olan Cənnət üçün kifayət deyil.

Rəbbimiz insanları Allah yolunda (din, bayraq, vətən, haqq-ədalət uğrunda) mübarizədə mal, can və övladları ilə sınayır. Sınayır ki, kimin həqiqi, kimin də riyakar olduğu ayırd edilsin.

Davamı →

Cənnət | Kəlməbaz

İbranicə “Gan Eden”, ərəbcə Jan`nat`Edn. Jannah – ərəbcə bağ sözünün qısalmış versıyasıdır (ibr. Gan, ərəb.Jan). Jannah Edn – Edn bağı dəməkdir. Edem sözünün kökü Şumer dilində “edin” sözünə gedib çıxır və tərcümədə bu da “düz”, “düzənlik” deməkdir. Edem bağı ilk olaraq Bibliyada səslənir. Sonradan isə Quranda bir çox ayələrdə Cənnət və Edn bağları haqda ayələr var.

Eden bağı harada yerləşir?
Bibliyada Yaradılışın 2-ci fəslində Adəm və Həvvanın Eden bağında olduğu deyilir. Eden bağı çoxlarının tanıdığı qədim Mesopotamiya ərazisində, yəni Yer kürəsində yerləşir. Bibliya, Yaradılış. 2.
Davamı →

Yaxşı ki, cənnət var

Adam da heç ölər? Ayıb deyilmi? Üzünü başqa yerə çevirməyə peşmansan. Elə bunu gözləyirlərmiş kimi ölür sevdiklərimiz qəfildən. Mənim darıxdığım ölülər var. Elə dəxilsiz məkan və zamanda yadıma düşürlər ki, qaça-qaça gedib, özümü Yerdən atmaq istəyirəm.

Birinci qoxularını duyuram. Sizdə də belə olmur? Nənəmdən qoğal iyi gəlirdi həmişə. İndi hər darıxanda birinci o qoğal qoxusu gəlir burnuma. Öldüyünü məndən gizlətmişdilər. 3-4 aydan sonra öldüyünü bilmişdim. Sanki özümüzü yaşlı adamların öləcəyinə daha çox hazırlayırıq. Amma yenə də hər ölüm xəbərini alanda adamın içindən sanki bir şeylər qopur. Gözlənilməz olur. Qəbri boyundan böyük idi. Elə bil bezib, qəzəblənib torpağın altına girmişdi, üstünə də çoxlu torpaq atmışdı ki, onu narahat etməyək.


Ardı →

Cənnət dilimizdədir.

Bir gün Bakı xəstəxanalarının birində olanda bir oğlanın can verdiyinin şahidi oldum. Oğlandan xahiş etdim ki, "Əşhədü ən lə ilahə illəllah və əşhədü ənnə Mühammədən rəsulallah" desin. Lakin oğlan çox ağır vəziyyətdə olduğundan və əziyyət çəkdiyindən deyə bilmədi. Vəziyyəti isə get-gedə ağırlaşırdı. Baxdım ki, oğlan demək istəmir başladım yalvarmağa ki, onsuz da ölürsən heç olmasa "Əşhədü ən lə ilahə illəllah və əşhədü ənnə Mühammədən rəsulallah" de ki, bəlkə Allah təala sənin bütün günahlarını bağışlayıb səni cənnətə daxil etsin. Axir ki, istədiyimə nail ola bildim. Oğlan çox rahat şəkildə "Əşhədü ən lə ilahə illəllah və əşhədü ənnə Mühammədən rəsulallah" dedikdən həmən sonra dünyasını dəyişdi. Gözlərimdən sevinc göz yaşları axmağa başladı. Fikirləşdim ki, Ya Rəbbim!!! Bir insan ölüm ayağında və bu qədər acı çəkməsinə baxmayaraq necə də, rahat kəlmeyi şəhadət gətirə bildi. Elə bu an içəri, oğlanın anası daxil oldu. Oğlunun dünyasını dəyişdiyini görüb başladı ağlamağa. Sonra birdən gözü mənə sataşdı. Və soruşdu ki, «Sən nəyə görə ağlayırsan?». Dedim ki, «Ay anam bu sevinc göz yaşlarıdı, çünki sizin oğlunuz cənnətə getdi». Soruşdu ki, «sən hardan bilirsən?». Dedim ki, "ölməmişdən qabaq kəlmeyi şəhadət gətirdi". Ananın mənə verdiyi cavab isə inanılmaz oldu: «Axı mənim oğlum anadangəlmə laldır...»

Müəllif: Naməlum. 

Oğru məlum: Alixan İsmətli. 
Davamı →

Hörümçək toru

Qəddar və günahkar insan vəfat edir. Cəhənnəmin qapısında onu mələk qarşılayır. Mələk deyir: " Cəhənnəmə getmək istəməyəcəksən. Əgər indi həyatın boyu etdiyin cəmi bir yaxşılığı yadına salıb, mənə desən, bu kifayət edər ki, bağışlanıb, Cənnətə düşəsən ". Kişi həyəcanla fikirləşir, bütün qohumlarını, dostlarını, ətrafında olmuş insanları xatırlayır, onlara nə vaxtsa yaxşılıq etdiyi yadına düşmür. Vaxt bitir, o, xilas üçün bir səbəb tapa bilmir. Kişini Cəhənnəmin qapısından içəri atmaq istəyirlər ki, o, qışqırır: " Dayanın, xatırladım. Bir dəfə meşədə gedirdim, yolumun üstündə tor qurmuş hörümçəyi gördüm, mən ordan ehtiyatla keçdim ki, onun yuvası pozulmasın ".
Ardı →

Ölümün izahı

Uşaqlarımızın göz yaşı bizi nələrə vadar etmir ki?.. Onlar ağlayanda bizim də ürəyimiz sızlayır. Təsəlli vermək üçün min bir yola əl atırıq. Onların kiçik qəlblərinin ağrımasına könlümüz razı olmur.

Bəs sevimli nənəsinin, babasının vəfatı qarşısında şoka düşən, onların hara getdiyini heç cür anlaya bilməyən övladımıza, sizcə, necə kömək edə bilərik? Onlara necə təsəlli verə, nə deyə bilərik? Əslində belə vəziyyətlərdə uşaqlara həqiqəti izah etməyə vaxt tapana qədər, necə deyərlər, iş işdən keçir.
Ardı →