Həzrəti Peyğəmbər(ə)-yə şəfa edən iki surə

Çağdaş cəmiyyətin marağına səbəb olan mövzulardan biri də sehr, cadunun mümkünlüyü və onun təsirinin qarşısının alınması məsələsidir. Sehr və ya cadunun törətdiyi fəsadlar və onların müalicəsi, tibbi sahəsi də daxil olmaqla, dünyəvi elmlər vasitəsilə tarixən və indi də tam öyrənilmədiyi üçün bəşər alternativ tövsiyələrdən də istifadə edib. Metafizikaya söykənən bu tövsiyyənin qaynağı isə Rəbb və Peyğəmbər(ə) kəlamlarıdır.

Sehr, cadu
Sehr, təbiət qüvvələri və dünyavi elmlər xaricində gizli səbəblərlə qeyri-adi işlər görməkdir. Xeyir və şəri yaradan Allah olduğu üçün sehr və ya cadunun təsiri hökmən deyil. Allah istəsə olar, istəməsə olmaz. Peyğəmbər(ə) buyurub: «Kahinlik edən, kahinə müraciət edən və sehr, cadu edən və etdirən bizdən deyil»; «Müsəlman cadu etməz. Allah saxlasın, imanı getdikdən sonra cadusu təsir edər». Sehr, cadu bədən (cisim) və ruha təsir etdiyi üçün insanları xəstələndirə, sevgi və ya nifrətə səbəb ola bilər. Onun qadın və uşaqlara təsir ehtimalı daha böyükdür. Əksər İslam alimləri hesab ediblər ki, sehr və cadu edilərkən küfürlü söz işlədilərsə, bu, küfürdür.
Davamı →

Cadudan necə qorunmaq olar?

Cadudan, şeytanın vəsvəsəsindən qorunmaq üçün Uca Allaha sığınmaq, Uca Allaha sığınmaq üçün də Ona itaəti çoxaltmaq lazımdır:

Namaz qılmaq, həmçinin Uca Allahın buyurduğu bütün vacib əməlləri yerinə yetirmək (Ramazan orucu kimi);

Günahları tərk edərək onlardan tövbə etmək;

Qurani Kərim oxumaq, həmçinin gün ərzində evdə səslənməsinə qulaq asmaq. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir:
Davamı →

Gözdəymə və cadu - mif yoxsa reallıq?

İnsanlar arasında sehr, cadu, fal, gözdəymə, ofsun kimi bəd əməllərə inananlar da var, inanmayanlar da. Bəzən kiminsə sehrin, cadunun, gözdəymə və ya ofsunun təsirinə məruz qaldığını iddia etməsinin şahidi oluruq. Onların bu cür düşünmələri özlərində daxili gərginliyə və ağır psixoloji duruma düçar olmaları ilə nəticələnir.

Cadugərlik Afrikada yaranıb


Tarixi qaynaqlara görə, sehrbazlıq, cadugərlik Afrikada yaranıb və tədricən dünyanın digər ölkələrinə yayılıb. Sehrbazlar və ya cadugərlər gördükləri işin əsl mahiyətini gizlədib özlərini fövqəltəbii güclərə malik olan şəxslər kimi göstərir, bu yolla insanları öz maraqları üçün təsir altında saxlamağa çalışırlar. Müqəddəs kitablarda bu cür hərəkətlər haram və günah sayılır. Bəd əməllərdən biri də gözdəymədir.
Ardı →

Cadugərlik

Bu ayəyə diqqət yetirin: «(Yəhudilər) Süleymanın səltənətinə dair şeytanların oxuduqlarına (sehr kitablara) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): «Biz (Allah tərəfindən göndərilmiş) imtahanıq, sən gəl kafir olma!» — deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə yəhudilər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar (yəhudilər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar (yəhudilər) belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!» (surə 2, ayə 102).
Ardı →

Cadu | Cadudan necə qorunmalı

İndi XXI yüzillik olsa da, insanlarımız cadu-bitikdən əziyyət çəkir. («Bitik» — qədim türkcə «yazı» deməkdir). Yazılmış, cızılmış, oxunub üfürülmüş müxtəlif cismlər vasitəsilə bədxahlar, qara magiya ilə məşğul olan, pula görə Allahını tanımayan zalım adamlara cadu etdirirlər. Təbii ki,  bu vaxt insanın əhvalı pozulur, iştahadan kəsilir, adi həyat ritmi dəyişir. İbadət, oruc tutmaq, müxtəlif dualar insanı pis niyyətli adamların şər işlərindən qoruya bilir. Üzügülər olub səmimi davranan üzüyola adamlara cadu az edilir. Tarixi qaynaqlar peyğəmbərimizə edilən cadudan bəhs açır.
Müslim əl-Buxari Aişədən rəvayət edir ki, bir dəfə Allahın rəsulu Məhəmməd peyğəmbərə (ona Allahın xeyir-duası və salamı olsun) cadu edilir. Bunun təsirindən xəstələnərək yatağa düşür. Nəhayət, Cəbrayıl bunun səbəbinin dərin quyuda daşın altında gizlədilmiş cadu olduğunu bildirir və cadunu oradan çıxarırlar.
Ardı →

Dua-cadu

Divanda arabir öz xorultusuna ayılır, arvadının hələ də televizora baxdığını görüb təzədən mürgüləyirdi. Növbəti dəfədə daha dözmədi:
— Ay arvad, acı bağırsaq kimi nə çox uzandı sənin bu verilişin? Bağla, dur yataq də, gecə keçdi axı.
— Sən allah, bir az da səbrini bas, axırıdı, indicə qurtarır.
— Sən də elə o telekanalların günündəsən, – bərkdən əsnədi. – Sözdə yalandan cin-şeytana, cadugərə, falabaxana, ekstrasensə, nə bilim, parapsixoloqa inanmamağa çağırır, hamısının fırıldaqçı, şarlatan olduğunu söyləyirlər. Amma əməldə onları bu kanal sənin, o kanal mənim, deyib, bir-birinə ötürə-ötürə reklam edir, məşhurlaşdırır, camaata sırıyırlar.


Ardı →

Gözdəymədən və cadudan qorunmağın yolları

Günümüzdə mövcud olan bir çox xəstəliklər vardır ki, insanların çoxu bundan əziyyət çəkirlər. Müsəlmanlar bu cür xəstəlikləri gördükdə ibrət götürməli və onlarda bu cür xəstəliklərə tutulmaması üçün öncədən öz tədbirlərini görməldirlər. Bu xəstəliklərdən biri də qəlb xəstəliyi olan sehr, cadu və göz dəymədir. Bir çox müsəlmanlar bunun mahiyyətini dərk etdikləri halda tədbir görmürlər və bu xəstəliyə tutulduqdan sonra onun bədəlini ağır ödəyirlər. Müsəlmanlar bu xəstəliyə tutulmasınlar deyə və ya tutulduqdan sonra qurtulsunlar deyə aşağıda qeyd etdiyimiz nəsihətlərə əməl etməlidirlər.
Ardı →