Allah`ı haqqı ilə təqdir etmək

  • Quran

Mömin Allah`a Quranda təsvir edilən xüsusiyyətləri ilə inanar. Allah`ın yer üzündə, göylərdə və öz nəfsində yaratdığı dəlilləri, ayələri, iman həqiqətlərini araşdıraraq və Allah`ın sənətini, gücünü görərək Rəbbimizi tanıyar, Onun qədrini haqqı ilə təqdir edər.

Quran ayələrində Allah`ın sifətlərinin bir qismi bu şəkildə xəbər verilir:

Allah, Ondan başqa ilah yoxdur, (əbədi) yaşayandır, (bütün yaratdıqlarının) qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur.(Bəqərə surəsi, 255)

 Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allah`dır. Vəhy onların arasında ona görə nazil olur ki, Allah`ın hər şeyə qadir olduğunu və Allah`ın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz.(Talaq surəsi, 12) 

Ancaq insanların çoxu Allah`ın bu sifətlərini bilmir, Rəbbimizi lazımi qədər tanımırlar. Cahiliyyə insanlarının Allah inancı öz başlarında çıxardıqları bəzi xurafatlara əsaslanır. Bu səbəbdən də Allah`ın sonsuz gücünü və əzəmətini qavraya bilmirlər. Quranda bu insanlar «Onlar Allah`ı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah qüvvətlidir, qüdrətlidir!» (Həcc surəsi, 74) ayəsi ilə təsvir edilir. 


Ardı →