Kollagen haqqında bilmədikləriniz

Kollagen çatışmazlığı nədir? Kollagen itkisinə səbəb olan amillər nələrdir?

Ümumiyyətlə, dəri sağlamlığı olaraq adlandırılan kollagen əslində struktur və funksional olaraq bütün bədənimiz üçün əvəzolunmaz bir protein növüdür.

Kollagen adı yapışqan mənasını verən yunanca «kolla» sözündəndir. Çünki toxumaları yapışqan kimi bir yerdə tutmağa kömək edir. Onun əsas vəzifəsi birləşdirici, toxumu gücləndirmək və bədənin bütövlüyünü qorumaqdır. Vücudumuzda kollagen olmasa, hissələrimiz bir yerdə qala bilməz.

Bədənin birləşdirici toxumasının 80%-ni təşkil edən kollagenin əsas vəzifəsi dəriyə möhkəmlik, elastiklik və davamlılıq verməklə dəri quruluşunu yaradan şəbəkəni qorumaqdır.

Zülalların üçdə birini təşkil edən kollagen təkcə dəridə deyil, bədənin bütün orqanlarında, o cümlədən birləşdirici toxuma, vətər oynaqları, damar divarları, göz, diş, saç, dırnaq və sümüklərdə struktur bütövlüyünü təmin edir.


Davamı →

Üz dərisinin cavan qalması üçün əsas qaydalar

İnsan yaşa dolduqca dəri daha quru və nazik olur, üzərində qırışlar, ləkələr əmələ gəlir, dərinin rəngi pisləşir və s. Bütün bunlar təbii proseslərdir və orqanizmin ümumi qocalması ilə bağlıdır. Bu prosesləri dayandırmaq mümkün olmasa da, xeyli ləngitmək mümkündür.

Bunun üçün heç də plastik cərrahlara müraciət etmək lazım deyil. Çox sadə qaydalara əməl etməklə dərinizi cavan və təravətli saxlaya bilərsiniz.
Davamı →

Orqanizmi cavanlaşdıran qidalar

Daim insan orqanizmində yığılan toksinlər, şlaklar, azad radikallar və digər ziyanlı maddələr orqanizmdə gedən qocalma proseslərini sürətləndirir, müxtəlif orqan və sistemləri zədələyir, mübadilə prosesləri pozur.

Dünya alimlərin tədqiqatları nəticəsində məlum olub ki, müəyyən qidalar orqanizmi bu ziyanlı maddələrdən təmizləyir, qocalma prosesləri hüceyrə səviyyəsində ləngidir, orqanizmə cavanlaşdırıcı təsir edir. Lakin belə qidaları mümkün qədər tez-tez qəbul etmək lazımdır.

Beləliklə, orqanizmi cavanlaşdıran qidalar:

Üzüm
Amerika alimləri tədqiqatlar nəticəsində belə qərara gəldilər ki, üzümün (xüsusilə üzümün tünd növlərininin) tərkibində olan maddələr orqanizmə cavanlaşdırıcı təsir edir, hüceyrələrdə toplaşaraq toxumaların qocalmasına səbəb olan azad radikalları orqanizmdən xaric edir.

Bundan əlavə üzüm dərinin vəziyyətinə də çox müsbət təsir edir, dəridə qırışların əmələ gəlməsinin qarşısını alır.

Bütün dediklərimizi kişmişə də aid etmək olur.


Ardı →

Həmişə cavan qalmağın sirrləri

Söhbət açacağımız mövzu insanlar üçün daim aktualdır: həmişə cavan qalmaq arzusu… İnsanlar üçün bu əzəli və əbədi arzuya nail olmaq üçün davamlı olaraq müxtəlif tədqiqatlar aparılmaqdadır. Bəşər övladı hələ ki həmişə cavan qalmağa nail olmağın yollarını tapa bilməyib, amma uzun ömür sürmək mümküdür. Uzun ömürlü insanların təcrübəsini diqqətlə öyrənən mütəxəsislər həyatı uzatmağı mümkün sayırlar.  

Məşhur uzunömürlülər


Alimlər belə hesab edirlər ki, insana genetik olaraq 150 il yaşamaq təminatı verilsə də, hazırda bəşər övladının ömrü xeyli qısadır. İndi dünyada yetmiş yaşından sonrakı dövr qocalıq sayılır. Halbuki, uzunömürlülüklə bağlı məsələləri araşdıran alimlər-herentoloqlar 80-90 yaşdan sonrakı dövrün əsl qocalıq zamanı olduğunu iddia edir, hətta 200 il yaşamağın mümkün ölduğunu söyləyirlər. Onların fikrincə, insan ömrü sağlam keçibsə, o, qocalanda da fiziki işlə məşğul olmağa qadirdir.
Ardı →