Uşaqlarda masturbasiya
Uşaqlar 3 yaşından etibarən öz bədənini kəşf etməyə başlayır. Xüsusilə də öz cinsinin fərqinə varır. Qız və yaxud oğlan olduğunu qavramağa başlayır. Özünü tanıması ilə paralel ətrafı müşahidə edir. Fizioloji və görünüş olaraq fərqi duymağa başlayır. Və bu öyrənmə prosesi uşağın cinsi inkişafında da özünü göstərir. Belə ki, uşaq cinsi orqanına toxunduqda, pampersi dəyişdirildikdə, yaxud tualet ehtiyacı ödənildikdən sonra təmizləndiyində o toxunma prosesində fərqli duyğular yaşayır, bu hal onu güldürür, əhvalını fərqli formada dəyişir. Həzz duyğusunu ilk dəfə yaşayan bəzi uşaqlar bu duyğunu yenidən yaşamaq istəyə bilər. Cinsi orqanı ilə oynayaraq özünü rahatlatmağa başlayar. Yaxud oyuncaq, yastıq və digər əşyalar vasitəsilə sürtünmə prosesində rahatlamağa çalışar.
Davamı →