Həyatında kişi olmayan qadınlarda hansi xəstəliklər ola bilər

Zərif cinsin nümayəndələri müəyyən bir yaşdan sonra bəzi qadın xəstəliklərdən əziyyət çəkirlər. Bu xəstəliklər siyahısına vaginal axıntı, sistit, mioma və ən əsası sonsuzluq daxildir. Bəs bu xəstəliklərin başlıca səbəbləri nələrdir?
Normal seks həyatı olmayan qadınların yaşadıqları cinsi xəstəlikləri təqdim edirik:
Vaginal axıntı əsasən yetkinlik dövründə və infeksiya ilə bağlı olur.

Davamı →

Cinsi yolla keçən infeksiyalar

Antibiotik əsri olan dövrümüzdə cinsi yol ilə keçən infeksiyalar çox zaman gizli şəkildə, aşkar əlamətlər olmadan keçir. Bu, ikiqat təhlükə yaradır: bir tərəfdən belə xəstələr öz tərəf müqabilləri üçün yoluxma mənbəyinə çevrilir, digər tərəfdən infeksiya xəstənin özünə çoxsaylı fəsadlar törədir. Cinsi yol ilə keçən in- feksiyalar (CYKİ) — zöhrəvi xəstəliklərdən daha geniş anlayışdır.


«Cinsi yol ilə keçən infeksiyalar» anlayışına zöhrəvi xəstəliklərdən başqa, onlar qədər ağır fəsad törətməyən, lakin kişi və qadınlarda çoxsaylı fəsadların yaranmasına səbəb olan bir çox digərləri də daxildir. Bütün bu infeksiyaların fərqli cəhəti onların çox zaman simptomsuz keçməsi və insanın öz tərəf müqabilləri üçün yoluxma mənbəyi olaraq qalmasından ibarətdir.


Ardı →

Cinsi əlaqə vasitəsi ilə yoluxan xəstəliklər

Dövrümüzün ən vacib problemlərindən biri olan çox əlaqə, yalnız əlaqələri deyil həyatı da təhdid edir. Dünyada hər il təxminən 330 milyon adam, cinsi təmasla keçən xəstəliklərə tutulur.

Bu xəstəliklərin çox sürətli yayılmasının ən əhəmiyyətli səbəbi, indiki vaxtda çox yoldaşlı bir cinsi həyatın sürətlə mənimsənir olması və cinsi əlaqə əsnasında prezervativ istifadə edilməməsidir.

Hər hansı bir çətinliyiniz olmasa belə, ən az ildə bir dəfə həkim idarəsindən keçməlisiniz. Xəstəlik ifadə edilərinin ortaya çıxması bəzən aylar, hətta illər müddət bilir. Xüsusilə bu xəstəliklər qadınlarda çox hiyləgər inkişaf edə bilir. Erkən yoxlanıldığında asanlıqla müalicə edilən bəzi xəstəliklər, gecikildiyində ciddi sağlamlıq problemlərinə səbəb ola bilir.
Ardı →

Tez boşalma

Vaxtından əvvəl boşalma bir cinsi problem kimi insana gəlsə də, sadəcə olaraq cinsi uyğunsuzluqdur. Cinsi əlaqədə ən vacib olan şey 2 nəfərin uyğunluğudur. Buna əsasən, vaxtından əvvəl boşalma problemi ondan yaranır ki, kişi qadının orqazmından öncə, və ya qadınla heç əlaqədə olmadan öncə boşalır və cinsi uyğunsuzluq meydana gəlir. Belə halda vaxtından tez boşalma cinsi problem deyil, sadəcə həll edilməsi lazım olan bir problemdir. Yoldaşınız sizinlə qurduğu əlaqədə siz boşalmadan orqazma çatır, və ya sizdən sonra daha gec boşalır və siz ondan daha tez orqazma çatırsınız. Bu cür uyğunsuzluğu aradan qaldırmaq lazımdır.


Ardı →

Hamiləlik və infeksiyalar

Hamiləlik zamanı xəstələndikdə, bu nəinki hamilə qadın üçün, həm də onun gələcək övladı üçün arzuolunmaz haldır. Əgər xəstəlik infeksion mənşəli olarsa, bu hamilə qadın üçün daha təhlükəlidir. İnfeksiyanın dölə necə təsir etməsi hamiləliyin trimestrindən, ananın immun sistemindən və xəstəlik törədən mikroorqanizmin xarakterindən asılıdır.
Əgər hamiləliyin birinci trimestrində (5-6 həftə) baş veribsə, embrionun ölməsi, təbii abortla müşahidə oluna bilər. Əgər hamiləlik davam etsə, döldə orqanların çoxlu sayda inkişaf anomaliyaları meydana çıxacaq. Hamiləliyin ikinci trimestrində (2 həftədən başlayaraq) dölün orqanları formalaşdığından, infeksiya orqanlara ciddi təsir edə bilməsə də, plasentanın infeksiyalaşmasına gətirib çıxarır. Bu da vaxtından qabaq doğuşa səbəb olur.


Ardı →

Sonsuzluq problemi

Ailə cəmiyyətin ən kiçik nümunəsidir. Buna görə də ailəni kiçik cəmiyyət adlandırırlar. İnsan Allah və onun yaratdıqları qarşısındakı vəzifələrini — böyüklərə hörmət, kiçiklərə şəfqət, mərhəmət və insanlıq borcunu ilk növbədə ailədə öyrənir. Ailə sevgi və tərbiyənin ilk mənbəyidir. Ər və arvad ailənin iki köküdür. Ailənin qurulması, yəni kiçik cəmiyyətin yaranması evlənmək ilə baş verir. Buna görə də Peyğəmbərimiz (s): «Evlənin, çoxalın, çünki mən qiyamət günü başqa ümmətlərə sizin çox olmanızla iftixar edərəm», — buyurur. Amma çoxalmanın da özünəməxsus problemləri var. Son zamanlar ailə quran gənclərin qarşılaşdığı ilk problemlərdən biri də elə sonsuzluqdur.
Davamı →

Infeksiyasız seks

Qadın cinsi infeksiyaları yay xəstəliklərinə aid olmasa da, isti mövsümdə onlara daha tez yoluxulur. Xlamidiya, trixomonas, ureaplazma, mikoplazma və digər mikroblar isə orqanizmə daha çox cinsi yolla daxil olur.
Vəziyyəti şəxsi gigiyenanın olmaması da çətinləşdirir. İnfeksiyaya məişət yolu ilə də yoluxmaq olar. Misal üçün, hamamda alt paltarsız oturarkən və ya yoluxmuş şəxsin məhrəbasından istifadə edərkən, ictimai tualetlərdən istifadə zamanı yoluxmaq mümkündür.


Ardı →

Cinsi problemlər

Şərq müdrikləri doğru buyurublar ki, yüz dərdin yüz bir dərmanı var, yalnız ölümün çarəsi yoxdur. Əgər sizin cinsi üzvünüzünhansısa fizikidefektləri varsa, məyus olmağa dəyməz, hazırda bu problemi uğurla həll edə bilən çoxsaylı klinikalar və mütəxəssislər mövcuddur.
Cinsi potensiyanın və xüsusilə sinir həssaslığının bərpasına gəldikdə isə çox şey sizin özünüzdən asılıdır. 

Bunun ən səmərəli yolu ac qalma ilə müalicədir. Ac qalma sayəsində orqanizm paslardan (şlaklardan) təmizlənir, hüceyrələrin membranları bərpa olunur və nəticədə insan sinir həssaslığını özünə qaytarır. Bundan əlavə, kişilərin oyanma və ereksiya qabiliyyəti güclənir.
Ac qalma ilə müalicəyə tədricən başlamaq lazımdır. İldə 3-4 dəfə 7-10 gün fasiləsiz ac qalma ilə müalicədən sonra onun sağlamlaşdırıcı təsirini aydın hiss edəcəksiz. Aclıqla müalicəyə iki həftədə bir sutka ac qalmaqla başla-maq məsləhətdir. Sonra ac qalma müddətlərim uzatmaq olar.
Ardı →