Cinsi yetkinlik dövründə qız

Yetkinlik — Qızların həyatı baxımından bədənlərinin kiçik bir qız uşağından qadın olmağa doğru dəyişdiyi zamandır. Bundan başqa yetkinlik dövrü sonunda bədəniniz ana ola biləcək xüsusiyyətlərə sahib olar. Yetkinliyə giriş üçün qəti bir zaman yoxsa da ümumiyyətlə qızlar 9-13 yaş arasında və kişilərdən daha tez yetkinlik dövrünə başlayarlar.
Sinə — Qızların çoxunda yetkinlik sinələrin böyüməsi ilə başlar. Sinələrinizin böyüdüyünü məmə uclarının birinin və ya hər ikisinin üzərində kiçik və həssas bir qabarıqlıq meydana gəlməsi ilə görə bilərsiniz. Bu qabarıqlıq bir neçə il içində gedərək böyüyəcək. Başlanğıcda bir sinə digərindən daha böyük ola bilər. Sinələr inkişafa başlayanda qızlar büsthalter taxma ehtiyacı hiss edərlər. Bəzi qızlar ilk dəfə geydiklərində həyəcanlanarlar, çünki bu qadın olmağa doğru ilk addımdır! genital bölgədəki tüklənmə ilə birlikdə qol altlarında və qıçların üzərində də tüklər görünəcək. Bir çox qadın bu tükləri təmizləməkdədir. Bu əməliyyatın tibbi bir səbəbi yoxdur-tamamilə fərdi seçki mövzusudur.


Ardı →

Uşaq ginekologiyası

Uşaqların ginekologiya ilə nə əlaqəsi ola bilər? Əgər uşaq ginekologiyası mövcuddursa, o nə ilə məşğul olur? Uşaq və yeniyetmə ginekologiyası qızların normal cinsiyyət funksiyası ilə, həmçinin əsasən uşaq və yeniyetmə dövrlərində cinsiyyət orqanlarının zədələnməsi nəticəsində əmələ gələn xəstəliklərlə, o cümlədən bu xəstəliklərin qarşısının alınması tədbirlərinin həyata keçirilməsi ilə məşğul olur. Axı, nəsilartırma funksiyasının saxlanılmasına yönəldilmiş hər bir tədbir sonradan sağlam ana və uşaq probleminin həllinin rəhnidir.


Ardı →

Cinsiyyət vəziləri

Cinsiyyət vəziləri insanın psixi, fiziki, fizioloji və mənəvi cəhətcə formalaşmasında, eləcə də tərbiyə olunmasında böyük rol oynayır. Cinsiyyət vəzilərinin 1 komponenti olan xarici cinsiyyət orqanları həm cinsi hormonların, həm də sidiyin orqanizmdən kənar olunmasında iştirak edir. Cinsiyyət vəziləri başqa daxili sekresiya vəzilərinin funksiyalarına, onlarla da sinir sisteminin fəaliyyətinə təsir göstərir. Cinsiyyət vəzilərində cinsi hüceyrələrlə (kişilərdə spermatozoid, qadınlarda yumurta hüceyrəsi) yanaşı cinsi hormonlar da hazırlanır.


Ardı →

Qızlarda cinsi yetkinlik

Qızlarda cinsi yetkinlik hansı yaşlarda başlayır?
Qızlarda cinsi yetkinlik orta hesabla 10 yaşında başlayır, lakin onun əlamətləri 8-13 yaşlar arasında da meydana çıxa bilər. Adətən qızlarda cinsi yetkinlik prosesi oğlanlara nisbətən tez başlayır. Buna görə də qızlar oğlanlara nisbətən hündür olur və özlərini daha yetkin aparırlar. Müəyyən vaxtdan sonra oğlanlar onları ötüb keçir.

Cinsi yetkinlik dövründə qızların orqanizmində baş verən bəzi dəyişikliklər:
Davamı →

Oğlanlarda cinsi yetkinlik

Cinsi yetkinlik hansı yaşda başlayır?
Oğlanlarda cinsi yetkinlik 11-12 (qızlardan bir il gec), bəzən isə 10-14 yaşlarında başlayır. Oğlanlarda cinsi yetkinliyin ilk əlaməti xayaların böyüməsi, xaya kisəsinin nazikləşməsi və tündləşməsidir (qaralması). Sonra isə cinsiyyət üzvünün böyüməsi, qasıq, qoltuq və üz nahiyələrinin tüklənməsi başlayır.

Oğlanlarda cinsi yetkinlik dövründə daha hansı dəyişikliklər qeyd edilir?
Cinsi yetkinlik fonunda sümük, əzələ, reproduktiv və digər sistemlərdə dəyişikliklər başlayır, həmçinin:
Davamı →