"Kvan" kitabından mənalı sözlər | Coşqun Kərimov

 

Kvan kitabı haqqında qısa məlumat

«Kvan» Azərbaycanda şəxsi inkişaf üzrə ən çox satılan kitablardan biridir. Kitabın yazarı isə müəllif və natiqlik bacarığı üzrə kouç olan Coşqun Kərimovdur.

 

Bu kitab sizin daxili səyahətinizdə bələdçi rolunu oynayır. Daxili motivasiya üçün 7 mühüm sualı yazıçıyla birgə cavablandırırsınız. Kitabın başqa kitablardan fərqi odur ki, sonuncu fəsli məhz oxucular yazır. Bu addımı atmaqla həyatınıza sahib çıxmış olursunuz. Bir sözlə, tamaşaçı olmaq əvəzinə aktiv ifaçı olursunuz.

 

“Bu dünyada ən böyük qüvvə qərar verən insana məxsusdur.”

Kvan, Coşqun Kərimov

 


Davamı →

Yarımçıq yaşayanlar üçün həyat qısadır

Beyninizdə bir ideya yarandı. Birdən-birə oldu. Heç gözləmirdiniz. Nəsə eləmək istədiniz. Nəsə yazmaq və ya nəsə çəkmək istədiniz. İş toplantısında nəsə demək istədiniz. Ani baş verən qığılcım sizin daxilinizi hərəkətə gətirdi. Super həyəcan yarandı. Hər dəfə etdiyiniz kimi bu dəfə də etmədiniz. İdeyanı tam düşünmədiniz. Yazmadınız. Çəkmədiniz. Demək istədiyinizi demədiniz. Gün keçdi. Günlər keçdi. İllər keçdi. Hər şey keçdi. Getdi. Əlinizdə olan əbədiyyən yaşamaq fürsəti əlinizdən qum dənəsi kimi sürüşüb yaxasını qurtardı.
Davamı →