Konyak

Konyak (fr.cognac) Fransanın Konyak şəhərində istehsal olunan spirtli ikçidir. Konyak üzümdən xüsusi texnologiya yolu ilə əldə edilir. Konyak ağ üzüm növündən hazırlanır. Onun hazırlanması zamanı isə əsasən uni blan növlü ağ üzümdən istifadə olunur. Bu üzüm növü oktyabr ayının ortalarında yetişir. Konyakın hazırlanması üçün əldə edilən spirt iki texnoloji prosesdən keçir.

Əvvəlcə sıxılma yolu ilə şirə əldə edilir, sonra isə onun fermentasiyası həyata keçirilir. Bu zaman şirəyə şəkər əlavə edilmir. Sonra əldə edilən şərab 270-450 litrlik palıd çəlləklərə doldurulur. Konyak çəlləklərədə ən azı 2 il, ən çox isə 70 il saxlanılır. Bu müddət ərzində şərabın rəngi dəyişilərək açıq qəhvəyi rəng alır.
Davamı →