Döşlər

Hər bir qadın döşlərinin gözəlliyinin zamanla azalmasından narahat olur. Dar alt paltarı seçərək onları dik tutmağa çalışır. Döşlər qadının bədən görünüşündə fiziki bütövlüyü tamamlayan həm funksional həm də estetik əhəmiyyəti olan orqandır.
Dərinin elastikliyinə dəstək olan kremlər istifadə etmək üçün yeniyetməlik dövrü doğru zamandır. (Gənc qızınız varsa bir ana olaraq borcunuz ona düzgün büstqalter seçmək və sürətli böyümə ilə vücudda çatlaqlar yaranmağa başladısa elastiklik artıran kremlər almaqdır.)


Bədəninizin yağ və döş vəzilərindən ibarət olan bu orqanında əzələ yoxdu. Boynunuzdan çənə altından başlayıb belə qədər enən dəri üzərində asılı durur.
Dolayısıyla döşlərin sallanmasında bu dərinin boşalması rol oynayır. Hamiləlikdə genişlənən və sonra kiçilən döş, elastikliyini itirir, zamanla dəri yenilənməsi yavaşladıqca, hüceyrələrdəki köhnəlmə dəri üzərində də müşahidə olunur və diriliyini itirmiş, toxuması yumşalmış döşlər yaranır.


Ardı →

Döş Ağrısı və Rastlanma Tezliyi

Döş ağrısı qadınlar arasında çox tez-tez rastlanan bir şikayətdir: hər 3 qadından 2-si arada bir döş ağrısı çəkir.  Xəstələrin bir çoxu həkimə getmir, ancaq üç nəfərdən biri ginekologa və ya döş xəstəlikləri üzrə mütəxəssis olan ümumi cərraha müraciət edir.


Döş ağrıları kontraseptiv dərmanlar istifadə edən qadınlarda daha az problem yaradır,  siqaret çəkənlərdə, çox qəhvə içənlərdə və davamlı stres altında yaşayan qadınlarda isə daha tez-tez rastlanır. Xəstələrin az bir hissəsi müalicəyə ehtiyac ola biləcək dərəcədə ağrı çəkir. Həkimə müraciət edənlər daha çox xərçəng qorxusu ilə gəlirlər. Xərçəng olmadığının ortaya çıxması belə xəstələrin bir çoxunun rahatlamasına və şikayətlərini daha az hiss etmələrinə səbəb olur.


Ardı →