Hərbi mərasimlər

Hərbi mərasimlərin keçirilməsi qaydaları həmişə yerli xüsusiyyətlərə malikdir, buna görə qəbul edən ölkənin protokol xidmətinə əsaslanmaq daha yaxşı olardı. Bir qayda olaraq, parad zamanı kütləvi yerişin birinci sırasında, yaxud tribunada beş nəfərdən çox olmamalıdır; əgər say təkdirsə, fəxri yer mərkəzdədir (5-3-1-2-4), cütdürsə, sağdadır (4-3-2-1).

Diplomatik nümayəndəlik başçıları kimi səfirlərə hərbi ehtiramlar yalnız bir halda — onlara etimadnamələrin verilməsi mərasimi zamanı nümayiş etdirilir. Bu zaman lazım olan müddəaları hər dövlətin öz protokolu tənzimləyir. Milli bayramlarla əlaqədar rəsmi mərasimlər və təntənəli tədbirlərdə diplomatik korpus bilavasitə mərasimə başçılıq edənin arxasında, diplomatik korpusda böyüklük qaydasını təsbit edən prinsiplərə müvafiq olaraq yer tutur. Rəsmi görüşlərdə səfirlər, elçilər və işlər üzrə müvəkkillər bölgüsünə imkan verilmir. Fərdi böyüklük qaydası aşağıdakı şəkildədir: papa nunsisi, səfirlər və ali komissarlar, fövqəladə və səlahiyyətli elçilər, dövlət başçısı yanında akkreditə olunmuş nazirlər, işlər üzrə daimi müvəkkillər, öz funksiyalarının icrasına keçdikləri ana müvafiq şəkildə səfirliklərin işlər üzvə müvəqqəti müvəkkilləri, öz funksiyalarının icrasına keçdikləri ana müvafiq şəkildə missiyaların işlər üzvə müvəqqəti müvəkkilləri, səfirliklərin müşavirləri, səfirliklərin birinci katibləri, səfirliklərin ikinci katibləri, digər katiblər, attaşe və s.
Davamı →

Dövlət mərasimləri

Bayraq, gerb və himn kimi daha bir dövlət rəmzi milli bayramdır.  Beynəlxalq protokol xarici dövlətlərin milli bay­ramlarını qeyd etmək öhdəliyi qoyur. Bununla bağlı tədbirlər ölkələr arasındakı münasibətlərin vəziyyətindən asılıdır.
_________________________________________
Milli bayramla əlaqədar həmin dövlətin başçısına digər dövlətlərin başçıları ənənəvi olaraq təbrik teleqramları göndərirlər. Bu cür təbriklər vacib diplomatik sənədlərdir  və həmin an üçün iki ölkə arasında münasibətlərin vəziyyətini əks etdirirlər.
_________________________________________
Bəzən teleqramlar səfirlər vasitəsilə çatdırılır. Sonuncular qəbul edən ölkənin protokoluna müvafiq olaraq dövlət başçısına vizit edir və təbriki şəxsən təqdim edirlər. Bütün ölkələrin nümayəndələri üçün hər hansı bir ayrıseçkilik olma­dan teleqramların digər çatdırılma formaları da mövcuddur.


Ardı →