Çürük almalar

Atı ilə səyahət edən bir şəxs yatan birinin açıq qalmış ağzına bir ilanın girdiyini gördü. Atını sürətlə çapdı, amma həmin şəxsə çata bilmədi. Gəlib çatanda isə ilan tam olaraq onun ağzına girmişdi.
Dərhal onu oyandırdı. Onun kefi pozulmuş və narahat olmuşdu. Ancaq itiriləcək vaxt da yox idi. Onu zorla, hətta sürüyərək bir alma ağacının altına gətirdi.
Ağacdan tökülmüş çürük almaları zorla ona yedizdirdi. O, atlının əlindəki toppuzun qorxusundan hər istədiyini məcburən edirdi. Zorla yediyi almalardan sonra sıra qaçmağa gəlmişdi. Yenə təhdid edərək " indi sıra qaçmağa gəldi. Haydı, dayanma! " dedi.
Ardı →

Gümüş (pritça)

— Mən bir şeyi başa düşmürəm: kasıbın yanına kömək üçün gedirsən, o xoşhallıqla səni qarşılayır və bacardığı qədər kömək edir. Varlının yanına gedirsən — o sanki heç kimi görmür. Sənin dərdlərini eşitmək belə istəmir. Doğrudandamı, bütün bunlar ancaq pulun təsirindəndir?
— Pəncərədən bax, sən orada nə görürsən?
— Uşaqlı bir qadın yolu keçməyə çalışır, maşınlar imkan vermir.
— Lap yaxşı. İndi isə güzgüyə bax. Bəs güzgüdə nə görürsən?
— Eh, orda nə görə bilərəm ki?! Əlbəttə yalnız özümü!
— Bax məsələ də bundadır. Pəncərə də, güzgü də şüşədən hazırlanıb. Lakin şüşəyə bir az gümüş əlavə etmək kifayətdir ki, sən ancaq özünü görəsən.

Davamı →

Qocanın Allahdan son diləyi…

Gəlmişəm yenə səcdənə — sənin dərgahına, sənə ən yaxın ola biləcəyim yerə. Günahlarla, peşmançılıqlarla, dərdlərlə dolu bir vəziyyətdəyəm… Yenə! Sənə gəlmişəm. Çünki gedəcəyim başqa heç yerim, məni başa düşəcək, mənə çarə olacaq başqa heç kimsəm yoxdur. Yalnız sənsən məni məndən də artıq duyan, məni bütün günahlarımla, ən əyri yollarda belə, ən haqsız, ədalətsiz olduğum anlarımda belə sevən, bir şans daha verən, hər zaman mənim üçün qapısı açıq olan. Hər kəsin üz döndərdiyi, atdığı, hesablaşmadığı zamanlarda hər zaman məni dinlədin, bir an belə üz çevirmədin. Baxmayaraq ki, mən özüm də səni zaman-zaman atdım, unutdum. Çünki arxayın idim, sən həmişə varsan, burdasan, hər zaman mənimləsən, mənim üçün ən yaxşısını edəcəksən.
Ardı →

Qara və ağ itlər

Yaşlı Hindu rəisi daxmasının qarşısında nəvəsiylə oturmuş, az kənarda bir-biriylə boğuşub dayanan iki iti  izləyirdilər. İtlərdən biri ağ, biri qara idi və on iki yaşındakı uşaq özünü bildi biləli
o itləri babasının daxması qarşısında boğuşub dayandıqlarını görürdü.
Babasının davamlı göz qarşısında tutduğu, yanından ayırmadığı iki iri çoban iti idi bunlar. Uşaq, daxmanı qorumaq üçün bir itin kafi olduğunu düşünür, babasının ikinci itə niyə ehtiyacı olduğunu və rənglərinin niyə mütləq də qara və ağ olduğunu anlamaq istəyirdi artıq.


Ardı →

Dünya qədər sədəqə və zəkat

Döyüşlərin birində Hz.Əli bir kafirlə vuruşur. Kafir mahir döyüşçü oldduğu üçün döyüş bir qədər uzanır. Nəhayət, Hz.Əli «Ya Allah»deyib kafirə hücum edir və onu götürüb yerə vurur. Sinəsinə çöküb xəncəri çıxarır ki, öldürsün. Bu vaxt kafir Hz.Əlinin üzünə tüpürür. O, bunu Hz.Əlini əsəbiləşdirsin, o da onu tez öldürsün deyə eləmişdi.
Ardı →

Qeybət haqqında

İslam alimlərindən Cüneyd Bağdadi bir məclisdə idi. Bir gənc gəlib:
-Allah rizası üçün mənə kömək edin. Mənim köməyə ehtiyacım var,-deyir.
Cüneyd Bağdadi baxır ki,gənc sapsağlam bir adamdır.«Bu gənc bu halı ilə dilənçilik etməkdən utanmırmı? Nəyə görə işləyib qazanmaq əvəzinə ,dilənçiliklə özünü alçaldır?!»-deyə düşünür.
O gecə bir yuxu görür. Yuxusunda məsciddə gördüyü gəncin bədənindən kabab hazırlayıb qabağına qoyurlar və Cüneyd Bağdadiyə :«Bunu yeməlisən!»-deyirlər.
Ardı →

Son anda

Qiyamət qopmuşdu. Böyük izdiham vardı. Hər tərəf insanla dolu idi. Kimi çaşıb-qalmış, hərəkətsiz halda ətrafına baxır, kimi sağa-sola qaçır, kimisi də diz çöküb əlləri ilə başını tutaraq gözləyirdi. Ürəyi az qala yerindən qopacaqdı.Bədənini buz kimi soyuq tər basmışdı. Həyatda ikən qiyamət,sorğu-sual,misan-tərəzi haqqında çox eşitmişdi. Amma məhşər meydanındakı ürpərti ,qorxu və intizarın bu qədər dəhşətli olacağını hrç düşünməmişdi. Hər kəs öz növbəsini gözləyirdi: vaxtı çatan hesab verməyə çağrılırdı.
Ardı →

Gülün suya məhəbbəti

Bir gül suya vurulur. Fikrini suya bildirir. Deyir ki, su mən səni sevirəm.Suda cavab verir ki, məndə səni və başlayırlar görüşməyə.

Günləri maraqlı keçir. Hər sudan görüşəndə gül suya səni sevirəm deyir.Suda cavabında məndə səni deyir.

Bir müddət keçir gül fikir verir ki, suyun başı çooox qarışıqdı. Görüşə gələndə suya deyir: Su mən səni ölümünə sevirəm, sənsiz yaşıya bilmərəm! Suda əsəbi halda cavab verir: Məndə səni. Axı nə qədər demək olar? Gül məyus halda evə gəlir və sudan bir daha danışmamağını özünə söz verir.

Bir neçə vaxt sonra suya deyirlər ki, gül xəstəxanadadı. Su tələsik ora gedir. Çatanda görür ki, həkim gülün yanında oturub, soruşur: Həkim gülün harası ağrıyır? niyə xəstələndi ?

Həkim cavab verir: Gülün heç bir yeri ağramırdı, o artıq həyatda yoxdu. Canını tapşırdı çünki, o susuz yaşaya bilmədi..




Davamı →