15 yaşlı oğlan

15 yaşlı cavan oğlan avtobusa mindi,görəndə ki yerlərin hamısı boşdu sevincinin həddi yox idi.O pəncərənin önündə yerini rahatladı,axı sona kimi getməli idi.
Avtobus yola düşdü və 20 dəqiqədən sonra artıq bütün yerlər tutulmuşdu.Oğlan pəncərədən çölə baxır,musiqi dinləyirdi.Birdən yaşlı bir qadın onun çiyinlərinə toxundu:Utanmırsan,sənin yaşda olanda mən böyüklərə yer verirdim.Başqaları da ona qoşuldu:Qoca qadın ayaq üstə qalıb,bu da necə özünü saymazyana aparır.
2-3 dəqiqədən sonra bütün avtobus artıq oğlanın üstünə düşmüşdü.Oğlan buna dözmədi və dedi:Yaxşı mən duracam,amma bu yerdə öz sözlərindən utanmayan biri otursun.Bu sözlər avtobusdakıları şoka saldı,onlar lap hiddətləndilər.Oğlan isə sakitcə oturacağın altından qoltuqağaclarını çıxardı-əvvəl birini,sonra a o birini.Heç kimə bir söz demədən onlara söykənərək dayandı.
Hər kəs susdu.Axı heç kimin ağlına gəlmirdi ki,belə ola bilər...hətta onun ayağına bütün yol boyu qəsdən tapdalayan yaşlı qadın da yalnız indi başa düşdü ki oğlan niyə reaksiya vermirmiş.Sonuncu dayanacağa qədər oğlan sakitcə qoltuq ağaclarına söykənərək durdu,avtobusdakılar isə susdu.Oğlana çətin idi,amma bir şey ona güc verirdi-onun yeri boş qalmışdı,orda oturmağa heç kim cürət etmirdi.

Davamı →

İnsanlıq dərsi

Sinif səs-küydən dağılarkən, bir sərt görünüşlü müəllim içəri girir, sinifə bir qaş-qabaqlı baxış keçirib kürsüyə keçir. Təbaşirlə löhvəyə «1» rəqəmi yazır.
«Baxın» — deyir: «Bu insanlıqdır. Həyatda sahib ola biləcəyiniz ən dəyərli şey.»
Ardı →

Dost dar gündə tanınar

Onlar yaxşı rəfiqə idilər. Qonşu olduqları üçün hər gün bir — biri ilə qarşılaşır, dərdləşir, söhbətləşirdilər. Ayrılmaz cütlük idilər.


Bir gün bərk xəstələndi. Sətəlcəm olmuşdu. Üç uşaq, qaynana və yoldaşı, ailə böyük idi. İndi nə edəcəkdi? Həkim yataqdan qalxmamağı tapşırmışdı. Qalxsa belə, bir addım atacaq qədər gücü yox idi. Həmişə möhkəmliyi, can sağlığı ilə seçilirdi, bəs indi? Bilmirdi nə etsin.


Dost dar gündə tanınar. Belə də oldu. Rəfiqəsi hər gün yanına gəlir, yemək bişirir, evini yığışdırırdı. O necə də xoşbəxt idi. Dar gündə yanında birisi olması çox yaxşıdı. Xəstə olduğundan çoxdan idi ki, əlini ağdan -qaraya vurmamışdı, Hər yan toz idi. Rəfiqəsi isə «hər şeyi yoluna qoymuşdu». Hər yanı təmizləmiş, yığışdırmışdı. O,, necə də ona minnətdar idi. Lakin xəbəri yox idi ki, bütün həyət ondan danışır. Çünki, rəfiqəsi «hər işini yoluna qoymuşdu» — " Natəmizlik? Belə də yox daa, ödüm ağzıma gəldi, iyrəndim, fuu, mındarçılıq, daha nə deyim" — deyə, hər kəsə onun evinin natəmizliyindən və necə "əziyyətlə" oraları səliqəyə salıb, təmizlədiyini danışmışdı.


P.S Belə dost və onun yaxşılığındansa tək qalsan yaxşıdı.


Müəllif: Zeynalova Vüsalə. M


Davamı →

Paxıllıq

Xəstəxanada iki nəfərli otaqda eyni xəstəlikdən əziyyət çəkən iki adam yatırdı. Hər ikisinin xəstəliyi ölümcül idi, hər ikisin də xəstəliyi eyni mərhələdə idi. Hər ikisi yataqdan qalxa bilmirdi. Hər ikisinə eyni qulluğu göstərirdilər. Lakin aralarında 1 tək fərq var idi. Onlardan birinin yatağı pəncərənin yanında idi, digərinin yatağı isə telefonun yanında. Biri hər gün həyətə baxa bilər, digəri isə istədiyi zaman həkimə zəng edib çağırtdıra bilərdi. Zaman ötür, günlər keçirdi. Telefonun yanında yatan xəstə hər gün darıxırdı. Pəncərənin yanında yatan xəstə bunu görüb ona küçədə olanlardan danışardı. İnsanların tez-tez getməsindən, günün çıxmasından, yağışın yağmasından, yolda ötən maşınlardan və sair. Dünyada baş verənlər haqda dostuna danışardı. Bir gün gecə pəncərənin yanında yatan xəstənin halı pisləşir. Telefonun yanında olan xəstədən xahiş edir ki, zəng edib həkimi çağırsın. Lakin telefonun yanında yatan xəstə həkimə zəng etmir. Dostu vəfat edir. Səhərisi gün, otağa yeni bir xəstəni gətirirlər. Telefonun yanında olan xəstə xahiş edir ki, onu pəncərənin yanındakı yatağa qoysunlar. Onun xahişini edirlər. Nəhayət o da pəncərədən baxacaqdı. Lakin pəncərə sadəcə digər binanın küncünə açılırdı və böyük qara divardan başqa heçnə görsənmirdi.


P.S Paxıllıq insanın ən böyük düşmənidir. Onu rahat yaşamağa qoymaz və daim günaha sürükləyər.


Davamı →

Iki gənc

Köhnə zamanlarda bir-birini çox sevən iki gənc varmış… Günlər bir-birini təqib edərkən sevgililərdə xoşbəxtliklərinə xoşbəxtlik qatırlarmiş ...
Bir gün gənc cavanın ürəyinə bir atəş düşmüş. Uşaqlığından bəri xəyalını qurduğu dünyanı gəzib dolanmaq istəyi içini gəmirməyə başlamış… Günlər keçdikcə içindəki bu istək böyümüş və artıq dözülməz bir hal almış. Sevdiyi qıza bir məktub qoyub dünya gəzməyə çıxmış.
Təxminən iki il bütün dünyanı gəzdikdən sonra sevdiyi qızın yanına gəlmiş və ona «Artıq sənin yanından heç ayrılmayacam deyib evlənmə təklifi etmiş». Gənc qız bu təklifi rədd etmişdi.

Cavan «Mən heç deyişmədim!» deyə qışqırmış. «Hələ də səni çox sevirəm ...» deyə davam etmiş ...

Gənc qız düşünüb və belə cavab vermişdir...

"Əgər heç dəyişmədinsə… Bir gün yenə məni atıb gedəcəksən......"

Davamı →

Müəllim və bilikli şagird

Bir alimin çoxlu şagirdi vardı. Onların əksəriyyəti ömrünün çoxunu onun şagirdliyində keçirmişdilər. Onların arasında kiçik yaşlı bir şagird də var idi. Onun kiçik olmasına baxmayaraq, müəllim ona böyüklərdən artıq hörmət edirdi. Müəllimin bu hərəkəti digər şagirdlərin inciməsinə səbəb olmuşdu. Bir gün şagirdlər yığışıb müəllimin yanına gəldilər və müəllimə etiraz etdilər.
Ardı →

Heç kimi qınamayın...

Həmişə toya gedəndə hamıdan yaxşı geyinirdi. Düşünürdü ki, toya özəl hazırlaşmaq lazım. Bir ay qalmış artıq hazırlıq işləri görürdü. Bu paltarın rəngi onu açmır, o birini bir dəfə harasa geyinib, bir başqası artıq dəbdən düşüb və s. Bu minvalla daim dükanlarda yeni -yeni paltarlar ,ayaqqabılar, aksessuarlar alardı. Hamıdan gözəl, zövqlü və fərqli görünmək onun xobbisinə çevrilmişdi. Biri toyda cins geyinmişdi, o da lağ edib gülmüşdü ki, «toya da cins geyərlər? Bu adamların zövqü yoxmuş. Dəhşət!».


Ardı →

Salam. Necəsən?...

«Necəsən?» — sualını yəgin ki, siz də tez tez eşidirsiniz. Necə də adi gəlir insana.
«Necəsən?»  — Hər şey normaldı.
Hamamda suyu buraxıb ana eşitməsin deyə ağlamaq normaldı..
Necəsən? -Normaldı hər şey..
Gecələr balışı qucaqlayıb ağlamaq, səhər üzünü yuyub işə getmək — normaldı. 
Ardı →