"Ağıllı" bərbər və "Axmaq" uşaq

İş adamı bir tərəfdən üzünü qırxdırır,bir tərəfdən də bərbəri ilə söhbət edirdi.Bu vaxt bərbərin gözü qapının ağzından keçən üstü-başı sökülmüş uşağa sataşdı.Bərbər iş adamının qulağına əyilib:«Bu uşağı görürsən,dünyanın ən axmaq uçağıdı,inanmırsan bax»,-deyə pıçıldadı.Bərbər bunu deyib uşağı yanına çağırdı.Uşaq sakitcə bərbərxanaya girdi.Üzündə axmaq bir təbəssüm var idi.Salamlaşdıqdan sonra bir tərəfdə dayandı.Bərbər bir əlıində beşlik,bir əlində onluq ona yaxınlaşdı vƏ :" Hansını istəyirsənsə,götürə bilərsən",- dedi.Uşaq bir beşliyə,bir onluğa baxdı,sonra da beşliyi götürüb sürətlə bərbərxanadan çıxdı.Bərbər üzünü müştərisinə tutub" Gördüüün?Mən sənə demişdim axı.."- deyə güldü.Bir azdan iş adamı üzünü qırxdırıb küçəyə çıxdı və biraz irelidə öz özünə oynayan uşağı gördü.Yanına gedib niye onluğu yox,beşliyi götürdüyünü soruşdu.Uşaq bu dəfə heç də axmaq olmayan bir təbəssümlə :"Əgər onluğu götürsəm,onda oyun bitər!"-deyə cavab verdi.


Davamı →

Üç növ məxluqat

Məxluqatın bir hissəsi ağıl, elm və comərdlikdən ibarətdir. Bunlar mələkdir. Allaha səcdədən başqa bir şey bilmirlər. yaradişlarında hərislik, ehtiras, şövq yoxdur. onlar mutləq nurdur və Allahın eşqiylə yaşayırlar.
Digər bir hissə elmsizdir… Heyvan kimi ot yeyib-kökəlirlər. onlar mal tövləsindən və otdan başqa bir şey görməzlər. Pislikdən də qafildirlər, ucaliqdan və yaxşiliqan da…  
Məxluqatın üçüncü hissəsi isə Adəm oğullarıdır, insanlardır. Bunlar yarailiş baxımıdan yarıməlk-yarıheyvandır. insanların yarısı alçaqlığa,yarısı da ağila meyl edir.İlk iki hissə mələklərvə heyvanlar ziddiyyətən, savaşan  uzaqdır, rahatliq və sakitlik içindədir.Lakin üçuncü hissə insan ikisinədə müxalif və əzab içindədir
Davamı →

Qaranquş

Qaranquşun biri, bir adama aşiq olmuş. Pəncərənin önünə qonmuş, bütün cəsarətini yığmış,  tüklərini qabartmış, gözəl dayandığına əmin olduqdan sonra, kiçik sevimli dimdiyiylə şüşəyə vurmuş. Tıq… tıq. .....Tık....


Adam şüşəyə baxmış. Amma içəridə öz işləriylə məşğul olurmuş… Məşğulmuş! Kimmiş onu işindən saxlayan? Kiçik bir qaranquş!


Həyəcanlı qaranquş, təlaşını basdırmağa çalışaraq, dərinbir nəfəs almış şirin dimdiyini açmış, sözlər tökülməyə başlamış. Ey adam! Mən səni sevirəm. Səbəbini  soruşma. Uzun zamandır səni izləyirəm. Bu gün cəsarət tapdım danışmağa. Lütfən pəncərəni aç və məni içəri al. Birlikdə yaşayaq.


Adam birdən partlamış: Yox daha nələr? Dayandıq yerdə sən də haradan çıxdın indi? Olmaz, ala bilməm, demiş.


Ardı →

Taxta pərdədəki mismar

Pis xarakterli bir gənc varmış. Bir gün atası ona mismarlarla dolu bir torba vermiş. " yoldaşların ilə mübahisə edib döyüşdüyün zaman hər səfər bu taxta pərdəyə bir mismar çax" demiş. Gənc, birinci (ilk) gündə taxta pərdəyə 37 mismar çaxmış. Sonrakı həftələrdə öz-özünə nəzarət etməyə çalışmış və keçən hər gündə daha az mismar çaxmış. Nəhayət bir gün gəlmiş ki heç mismar çaxmamış. Atasına gedib söyləmiş.
Ardı →

"Div ürəyi"

Biri vardı, biri yoxdu, əhalisi divlərdən ibarət böyük bir məmləkət vardı. Bu məmləkətin bütün divləri bir-birinə oxşayırdı; eyni görkəmdə, eyni xasiyyətdə. Divlərin qəribə bir adətləri vardı, balaları bir az böyüyüb ağıllanan kimi yığışıb əcaib bir mərasim keçirərdilər; balaca divin bağırtısına fikir vermədən ürəyini çıxarıb qoyardılar bir şüşəyə və həmin andan da artıq xasiyyətdə də onlara bənzəyən yeni bir div – divlər cərgəsinə qoşulardı. Şüşə sındırılmayana qədər bu divlərə ölüm yox idi.
Ardı →

Atəş yandırmadı

Bir gün zalım bir hökmdar Allaha inananları atəşə atdırır. Lakin atəş onları yandırmır. Bundan sonra hökmdar Qəzəblənir və ey atəş! bunları nə üçün yandırmırsan? deyir. Atəş belə cavab verir.Mən bir it qədər də olmayimmı? İt öz sahibləri  gələndə onlara quyruq bulayar,amma yadlar  gəldikdə onlara dişlərini qicayar. Sən mənim yanıma gəl və bax gör səni necə yandıracağam
Davamı →

Sən böyüksən, yoxsa saqqalin?

Həzrəti Mövlana bütün din mənsubları ilə görüşər,onlarla söhbət edərdi.Bu söhbətlərdən sonra müsəlman olmaq istəyənlər çox olardı. Elə günlərin bir günü Həzrəti Mövlana  söhbət etdiyi bir rahibdən belə soruşur. Sən böyuksən, yoxsa saqqalın? Rahib dərhal cavab verir. Mən saqqalımdan 20 yaş böyüyəm. Həzrəti Mövlana belə buyurur. Səndən 20 yaş kiçik olan saqqalın ağarmış,lakin sən isə hələ də qaranliqlar içindəsən. Rahib elə oradaca islamı qəbul edir.
Davamı →

Üzüm dənələrinin gözəlliyini onun quru budağında axtaranlar…

Qəribədir elə deyilmi. Amma məqaləmin adımı qəribədir, yoxsa bəşərin həqiqət prizmasından görünən üzü mü? Bilmirik…
Bizim bildiyimiz bu gün gözəllikləri gözələ, yaratılışdakı füsünkarlığı onun daşıyıcılarına vermiş, məharətlə meydana gətirilmiş sənətlərin sənətkarsız olduğunu şüurlarına düşüncəsiz tərzdə yerləşdirmiş və ya yerləşdirilmiş insan şəklindəki fikir yoxsullarının var olduğu bir dünyadır.
Ardı →

Harun Ər Rəşid və yuxuyozanlar

Harun Ər Rəşid və yuxuyozanlar

Bəzən dediyimiz söz başımıza bəla olur. Ancaq bu fikri elə şəkildə deyə bilərik ki, eyni məna kəsb etsə də qarşı tərəf inciməz. «Necə deyərlər nə şiş yanar nə kabab». İlk dəfə mən bu əhvalatı  eşidəndə çox xoşuma gəlmişdi. Demək olar ki, ən çox bəyəndiyim əhvalatlar sırasında birinci yerlərdən birini tutur. Bu səbəbdən istəyirəm sizinlə də bölüşüm.


Bir gün Harun Ər-Rəşid yuxuda görür ki, onun bütün dişləri tökülüb. Səhər yuxudan oyanan kimi təbii ki qulluqçularına əmr edir ki, ən yaxşı yuxuyozanı tapıb onun yanına gətirsinlər. Onlar ən yaxşı yuxu yozanı tapıb gətirirlər.


Ardı →