Nə əkərsən,onu da biçərsən...

Bir çörəkçi istifadə etməkçün  kərə yağını qonşu kənddə yaşayan bir südçüdən alırdı. Bir gün çörəkçi südçüdən 3 kq yağ aldı. Ancaq bu yağ ona çox yüngül gəldi. Və o gündən aldığı bütün kərə yağlarını çəkməyə başladı. Qəribə də olsa da, kərə yağları get-gedə yüngülləşirdi. Nəhayət, çörəkçi özündən çıxdı və südçünü məhkəməyə verdi. Artıq iş hakimin qarşısında idi.


Ardı →

Bəhlul Danəndənin gördükləri

Bəhlul Danəndə bir gün Harun ər-Rəşiddən vəzifə istədi. Harun ər-Rəşid də ona çarşı-bazar ağalığını tapşırdı. Bəhlul dərhal işə başladı. Əvvəlcə, çörəkçinin yanına getdi. Bir neçə çörəyi çəkdi, hamısı çəkisindən az idi. Çörəkçidən:

— Həyatından razısan, dolana bilirsənmi? — deyə soruşdu.

Çörəkçinin bütün suallara cavabı mənfi idi. Heç bir şeydən razı deyildi.

Bəhlul bir söz demədən oradan ayrıldı və başqa bir çörəkçinin yanına getdi. Orada bir neçə çörəyi çəkdi. Gördü ki, bütün çörəklər çəkisindən ağır gəlir. Eyni sualları ona da verdi və hər suala müsbət cavab aldı. Bəhlul oradan birbaşa Harun ər-Rəşidin yanına getdi və yeni bir vəzifə istədi. Harun ər-Rəşid:

— Bəhlul, sənə daha yeni vəzifə verdim. Nə tez bezdin? — dedi.

Bəhlul cavab verdi:

— Şahım, çarşı-bazarın ağası var imiş. Məndən əvvəl çörəkləri çəkib, tərəziləri yoxlayıb, hər kəsə də hesabını verib. Artıq mənə ehtiyac yoxdur.

Davamı →

Ana-Övlad sevgisi

Bir ananın iki balası varmış. Ən kiçiyi beş yaşında olarmış. Bir gün ana sonbeşiyini əzizləyərkən uşaq anasından soruşur:


-Əziz ana, sən mənim səni nə qədər çox sevdiyimi bilməzsən. Bəlkə də, məni sən o qədər sevməzsən.

-Niyə oğlum?

-Çünki balan ikidir:

Sənin könlün iki eşq ilə vurar,


Mənim isə yalnız bir sevgili ANAm var.

Davamı →

Qısa cavab

Makedoniya kralı Filip bütün Yunanıstanı ələ keçirmək üçün böyük bir müharibəyə başlamış və qısa bir vaxtda böyük bir ərazini ələ keçirmişdi.Ancaq hələ də ələ keçməyən ərazilər var idi və bu ərazilərdən biri də İsparta idi.İsparta Yunanıstanın cənubunda yerləşir və Lakoniya deyilən ərazini əhatə edirdi.Buna görə də,bəzən ispartılalılara lakoniyalılar da deyirdilər.


Ardı →

İki qardaş

İki qardaş atalarından qalan torpaqlarda taxıl əkirdilər.Qardaşlardan biri evli idi.Üstəlk,ailəsi də böyük idi.O biri qardaş isə evlənməmişdi.Onlar hər gün axşama qədər əkində işləyir,yığdıqları taxılı yarı bölürdülər.


Ardı →

Verə bilərsənmi?!

Yaşlı bir şəxs çayın kənarında gəzərkən qiymətli bir daş tapmışdı.Səhəri gün o, bir səyyahla qarşılaşdı. Səyyah çox ac idi. Qocadan yemək üçün bir şey istədi. Qoca ona yemək vermək üçün çantasını açanda səyyah qiymətli daşı gördü. Mütləq o daşa sahib olmaq istəyirdi. Qocadan o daşı ona verməyi xahiş etdi. Qoca ona diqqətlə baxdı və heç bir tərəddüdsüz daşı götürüb səyyaha verdi.


Ardı →

Gül ki...

Nə yaman xəyallara dalmısan? Yoxsa yenə atalı-analı günlərinə qayıtmısan. Hə, nə düşünürsən, balaca? Görəsən sənin nə hisslər keçirdiyindən, dilində səslənən “ata”, “ana” çağırışından xəbərləri varmı atanın, ananın? Bəlkə də yox.


Ardı →

Qırılmış qəlb

Tərəddüddə idim...Bir ağırlıq çökmüşdü ürəyimə. Unutmaq istəyirdim. Zamanın axışına buraxmaq istəyirdim özümü. Ancaq alınmırdı… Vicdan əzabı deyəsən bu idi. İştaham qaçmışdı. Yemək belə yeyə bilmirdim. Düşüncələr və xəyallar gedərək məni əsir etmişdi. Artıq ruhumun düz ortasında məhkəmə salonu qurulmuşdu.
Nəfsim vəkil, vicdanım hakim, müttəhim mən, zərərçəkən bir Qırıq Qəlb...

Ardı →

5 dollarlıq həqiqət

May ayı idi.Bir gilassatandan gilas alırdım.Bu vaxt yanımıza yaşlı bir qoca gəldi.Əynində köhnə bir paltar var idi.Qoca yarısına qədər dolu torbanı gilassatana uzatdı və: “Oğlum,dünən axşam bu gilasları səndən aldım.Gözümün qarşısında yaxşılarını qoymuşdun,ancaq evə aparanda yarısı çürük çıxdı”,-dedi.


Ardı →

Balaca itdən alınacaq dərs

Günlərin bir günü təcrübəli ovçu Afrikada ov etməyə gedərkən yanında balaca ov itini də aparmışdı. Balaca it bir gün ovçunun yanından ayrılıb, meşədə gəzib qaçarkən itdiyini fərq etmişdi. Nə edəcəyini düşünərkən bir də baxıb görmüşdür ki, qarşıdan böyük bir bəbir gəlir. Bəbir çox ac idi və gündəlik yeməyini axtarırdı. Bunu görən it “Başım bəlada”  deyə düşünmüşdü.


Ardı →