Elan

Xorxe İspaniyanın kiçik bir qəsəbəsində yaşayırdı.Bir gün Xorxe kiçik oğlu Pako ilə mübahisə etdi.Ertəsi gün yuxudan oyananda oğlunun yatağının boş olduğunu gördü.Bəli,Pako evdən qaçmışdı.Xorxe vəziyyətdən çıxış yolu tapmaq istəyirdi ki,birdən ağlına parlaq bir fikir gəldi.



Ardı →

Təkəbbür,səmimiyyət,sevgi

Bir çəlləyin içinə bir qarışqa düşür...
Bir insan gəlir bu çəlləyin yanına.Qarışqanı görür. “Nə işin var sənin burada”,-deyir və qarışqanı öldürür...
Bir insan gəlir bu çəlləyin yanına.Qarışqanı görür. “Onsuz da heç kimə bir zərərin yoxdur.İstədiyin qədər bu çəlləkdə yaşa...” deyir...
Bir insan gəlir bu çəlləyin yanına.Qarışqanı görür.Və yesin deyə çəlləyin içinə bir çimdik şəkər tozu tökür…
Ardı →

Əsəb Qutusu

Onu hamı sevirdi. Qətiyyətli idi. Heç vaxt tələsik qərar qəbul etməz, tələsik qərarların gec-tez insanı çətin vəziyyətdə qoyduğunu deyərdi: Ondan bu vərdişinecə qazandığını soruşanlara isə uşaqlığında baş verən bir hadisəni danışırdı. 

Dediyinə görə, o çox çılğın uşaq idi. Çox tez özündən çıxır və bu vəziyyətdə qəbul etdiyi qərarlar da bir qayda olaraq səhv olurdu. 

Bir gün atası onu yanına çağırdı. əlindəki qutunu uzadaraq: “Oğlum! Son vaxtlar çox əsəbi görünürsən. Halbuki səni özündən çıxaran şeylər çox kiçik və bəsit şeylərdir. Sənə bir təklifim olacaq. Bu qutunu al və səni özündən çıxaran bir şey olanda, o andakı hisslərini yazıb, bu qutuya at. Bir ay sonra qutunu aç və yazdıqlarını oxu. Onda bir vaxt böyütdüyün məsələlərin nə qədər əhəmiyyətsiz olduğunu görəcəksən”, — dedi.
Ardı →

Vicdan əzabı...

1993-cü ilin mart ayında Cənubi Afrikalı fotomüxbir Kevin Karter Sudanda vətəndaş müharibəsinin gətirdiyi aclığı çəkmək üçün bu ölkəyə getdi. İlk şəkillərini Ayod adlı bir kənddə çəkdi. Mənzərə həqiqətən də çox dəhşətli idi. Hər saatda orta hesabla 20 adam ölürdü.


Kevin Karter şəkil çəkəndə birdən bir kolluğun dibində yatan balaca qız gördü. «Qarnı kürəyinə yapışan» bu balaca qız ölümünü gözləyirdi. Bu əlbəttə ki, bir fotomüxbir üçün «qeyri-adi» fürsət idi.


Ardı →

Bir dua,bir sevgi

  • Sevgi

Mozes Mendelson çox yaraşıqlı bir adam deyildi.Üstəlik,həm qozbel,həm də qısaboy idi.Bir gün Mendelson Hamburqda yaşayan bir ticarətçiyə qonaq getdi.Bu ticarətçinin,Fromet adlı çox gözəl bir qızı var idi.Mozes bu gözəl qıza elə ilk baxışdan vuruldu.


Ardı →

Uşaq ağlı (İbrətamiz kiçik hekayə)

Böyük bir yük maşını kiçik bir körpünün altında ilişib qalmışdı.Polis “problemi həll etməkçün” şəhərin ən təcrübəli mühəndislərini çağırdı.Mühəndislər nə qədər ölçüb biçsələr də,yük maşınını körpünün altından çıxarmaq üçün bir qərara gəlmədilər.Bu vaxt kənardan tamaşa edən yeddi yaşlı bir uşaq onlara yaxınlaşdı və məsum bir ifadə ilə: “Bəlkə təkərlərin havasını çıxarasınız”-dedi...




Beləliklə “böyük bir problem” “kiçik bir ağılla” həll olmuşdu...


Davamı →

Ölümün sürəti

Günümüzdə hər şeyin sürəti artıb. Deyilənə görə, Yer kürəsi belə tələsməyə başlayıb. Bu sürət, bu qaçaqaç bu dünyanın gəliş-gedişində də özünü açıq-aydın göstərir. İşığın, səsin, uzaq planetlərin hərəkətini ölçən insan, görəsən, özünə nəfəsi qədər yaxın olan ölümün sürətini hesablamaq haqqında heç düşünübmü? Bir şey məlumdur ki, BMT kimi mötəbər bir təşkilatın rəhbəriPan Gi Munun ifadəsinə görə, dünyada hər saniyədə beş uşaq acından ölür. Yəni göz yumub-açıncaya qədər beş körpə göz yumur həyata, özü də bunlar hələ acından ölənlərdir.


Ardı →

Bu yazını oxuduqdan sonra düşünün...

İlk dəfə idi ki, yolu bu incəsənət mərkəzindən düşürdü. Bir az gəzmişdi ki, salonlardan birində çox gözəl bir tablo gördü. Tablo çox bahalı idi. Balaca oğlan onu böyük qardaşının ad günü üçün almaq istəyirdi. Buna görə də bir işə girmək və bir ildə yığdığı pulla bu tablonu almaq qərarına gəldi. Bir ildən sonra yığdığı pullarla həmin salona getdi. Xoşbəxtlikdən tablo hələ satılmamışdı. İçəri girdi. Tabloya bir qədər də baxdıqdan sonra bu rəsmi çəkən rəssamı tapdı. 

— Bu rəsmi qardaşımın ad günü üçün almaq istəyirəm, ancaq olan pulum budur.

Rəssam bir qədər düşündükdən sonra razılaşdı və rəsmi bükərək oğlana verdi. Bu vaxt salonda rəssamın dostları da var idi. Dostlarından biri təəccüblə ona: “Sən nə etdin? O rəsmin qiyməti milyonlar edərdi”, — dedi. Rəssam cavab verdi: “Haqlısan, bəlkə də, mən bu rəsmə milyonlarını verə biləcək yüzlərlə adam tapa bilərdim, ancaq bütün var-dövlətini verə biləcək bir nəfər də tapa bilməzdim”…

P.S. Bu yazını oxuduqdan sonra düşünün və bəzən kiçik gördüyümüz şeylərin belə, əslində nə qədər qiymətli olduğunu unutmayın!

Davamı →

Dini 20 qəpiyə satmayanlar...

Londondakı məscidin yeni axundu şəhərə getmək üçün həmişə eyni avtobusa minir və çox vaxt eyni şoferə rast gəlirmiş.
Bir gün, bilet götürərkən şofer səhvən 20 qəpik çox verir. Axund isə 20 qəpik artıq qaytarıldlğını dərhal hiss edir. Öz-özünə düşünür ki, «20 qəpiyi geri versəmmi şoferə?» Amma içindən bir səs deyir ki "Çox kiçik bir puldur və şofer onsuzda hiss etməyib.Avtobus şirkətinə 20 qəpik nə fərq edər? Bu pulu Allahdan gələn bir hədiyyə kimi düşün."

Enəcəyi dayanacağa gəlincə, axund qalxır və fikirini dəyişir, enmədən əvvəl şoferin yanına gedir, 20 qəpiyi geri qaytarır və deyir ki: «Mənə çox pul verdiniz, 20 qəpik artıq qaytarmısınız.»

Şofer gülümsəyir və deyir ki: «Siz məscidin yeni axundusunuz deyilmi? Əslində uzun zamandır sizi məscidinizi ziyarət etmək istəyirdim, İslamı öyrənmək, namaz qılmağı öyrənmək istəyirdim sizdən. Buna görə də bilərək sizə çox pul verdim ki, görüm necə reaksiya verəcəksiniz, halal, yoxsa haram insan olduğunuzu bilmək, görmək istədim.»

Axund enərkən sanki qıçlarını hiss etmirdi, yerə yıxılacaqmışcasına bir dirəyə yapışdı və özünə gəlməyə çalışırdı. Axundun gözlərindən yaşlar tökülürdü. O səmaya baxaraq deyirdi: «ALLAHIM az qala İslamı 20 qəpiyə satırdım!»

Davamı →