Sevgi və qəzəb arasındakı sərhəd: Səbir

Bir kişi təzəcə aldığı maşınını işə salmağa çalışırdı ki, dörd yaşlı uşağı yerdən balaca bir daş götürüb maşının üstünü cızmağa başladı.
Bunu görən ata bərk əsəbiləşir. Maşından enib uşağın əlini əlinə alaraq bir neçə dəfə əlinə-əlinə möhkəm vurur. Əsəbiləşmiş ata oğlunu əlində tutduğu açarla tənbeh etdiyinin fərqinə belə varmır.
...Aldığı zərbəyə görə, uşağın dörd barmağını xəstəxanada kəsməli olurlar.
Atasının qəmli gözlərini görən uşaq ondan soruşur:
— Ata mənim barmaqlarım yenidən nə vaxt çıxacaq?
Ata o qədər kədərli idi ki, oğluna heç bir cavab verə bilmir.
Xəstəxanadan bayıra çıxan ata maşınına doğru gedib, bir neçə dəfə maşına təpik vur. Və sonra öz əməlindən peşmanlamış halda yerə oturub, oğlunun maşının üstünə çəkdiyi xəttə gözlərini dikir.
Bilirikmi?!
Qəzəb və sevgi arasındakı sərhəd bir neçə saniyəlikdir. Əslində o təhlükəli bir adam deyil, adi bir insan idi. Sadəcə bircə dəqiqəlik qəzəb hissi ona qələbə çalmışdı.
Bu kiçicik hekayə hər birimizin həyatındakı belə anları bizə xatırlatdımı?
Gəlin bunu yadda saxlayaq: əşya istifadə olunmalı, insansa sevilməlidir. Halbuki, modern həyatımızda insan istifadə olunur, əşya ilə sevilir.
İnsana qəzəb üz verdikdə sığınmaq üçün rəhimlilərin ən rəhimlisi olan Allahın dərgahından savayı əmin bir yer varmı?!

Davamı →

Xidmətçi qızın sevinci

“Səadət Əsri” deyilən illər idi. Aləmlərin Əfəndisinin dünyanı şərəfləndirdiyi illər… Peyğəmbərimiz (s.ə.s) bir gün yolda gedərkən balaca bir qıza rast gəldi. Qız ağlayırdı. Əyilib mübarək əlləri ilə onun başını sığalladı və nə üçün ağladığını soruşdu. Gözlərindən yaş süzülən qız Onu görən kimi hıçqırıqlarını kəsdi və:

— Ey Allahın Rəsulu! Mən xidmətçi bir qızam. Sahibim un almaq üçün pul verdi. Ancaq mən onu itirdim. İndi evə necə gedəcəyəm? — dedi.

Peyğəmbərimiz un üçün lazım olan pulu verdi. Ancaq qız yenə də ağlamağa başladı. Niyə ağladığını soruşanda balaca qız:

— İndi evə gecikdiyim üçün sahibimin məni döyəcəyindən qorxuram, — deyə cavab verdi.
Ardı →

Bir-birimizi incitməyəcək qədər yaxın, bir-birimizi dondurmayacaq qədər uzaq...

Qədim zamanlarda heyvanlar soyuqdan əziyyət çəkirlərmiş. Ölənlərin sayı-hesabı yox imiş. Ancaq ən çox ölənlər kirpilər imiş. Çünki onların başqa heyvanlar kimi qalın kürkləri yox imiş. Bir gün bu vəziyyətdən çıxış yolu tapmaq üçün kirpilər bir yerə yığışırlar və gecələr bütün kirpilərin bir yerə toplaşmalarını və gecəni bir yerdə keçirmələrini qərara alırlar. Beləliklə, kirpilər bir-birilərinin istisinə qızınacaq və donmaqdan xilas olacaqdılar.

İlk gecə hər şey yaxşı keçdi. Ancaq bu dəfə başqa bir problem var idi. Üşüyən kirpilər bir-birilərinə çox yaxınlaşdıqları üçün tikanları ilə bir-birilərini yaralayırdılar. İkinci gecə kirpilər yaralanmasınlar deyə bir-birilərindən uzaq dayanmağa başladılar. Ancaq bu dəfə də donmaqdan xilas ola bilmədilər. Nəhayət, hər gecə bir az yaxınlaşa-yaxınlaşa, bir az uzaqlaşa-uzaqlaşa bir-birilərini incitməyəcək qədər yaxın, ancaq bir-birilərini dondurmayacaq qədər uzaq dayanmağı öyrəndilər…

Əslində bizim də uzun “tikanlarımız” var. Və onlar bəzən faydalı, bəzən də zərərlidir. Əgər heç kimi yaxınımıza buraxmırıqsa, heç kimlə ünsiyyət qurmaq istəmiriksə, onlar zərərlidir. Həmişə insanlarla bir yerdəyiksə, həmişə insanlarla ünsiyyətdəyiksə, onlar faydalıdır. Halbuki biz də istəsək, həyatın soyuqlarında bir-birimizi dondurmayacaq qədər uzaq, bir-birimizi incitməyəcək qədər yaxın ola bilərik. Eynilə kirpilər kimi...

Davamı →

Ölüm çarpayısından yazılan məktub...

“Salam. Bu məktubu sizə artıq həyatda olmayan biri yazır. Özümü təqdim edərdim, amma Sizin üçün nə fərqi var ki, üzünü heç vaxt görmədiyiniz və bundan sonra da görməyəcəyiniz birisinin adını bilmək nəyinizə lazımdır? Siz bu məktubu oxuyanda mən artıq həyatda olmayacam. Sizə yazmaqda isə başqa məqsədim var. Əslində bu məktubu sizin kimi bir neçə tanımadığım adama göndərəcəm, əgər çatdırsam. Mən ölümcül yataq xəstəsiyəm və bir neçə saatdan sonra gözlərimi bu əbədi, işıqlı, keşməkeşli, maraqlı (nə bilim, daha necə adlandırırsınız onu) dünyaya elə əbədi olaraq da yumacam. Artıq 10 ildir ki, xəstəyəm və bu halımdan qurtulmaq, azad olmaq, göylərə qovuşmaq istəyirəm. Valideynlərim çox imkanlı adamlardı. Atam bank müdiri, anam isə böyük bir biznes şirkətinin rəhbəridir. Bu yaşa qədər yaşamağımda da məhz onların pulunun və tanışlarının böyük əməyi olub. Bəlkə bundan sonra da bir neçə il yaşaya bilərdim, amma mən onlardan gizlin mənə qoşulan sistem şlanqını qolumdan ayırmışam və həyatla vidalaşmaq üçün sayılı saatlarım qalıb. Niyə bunu edirəm? Bayaq dediyim kimi, BEZMİŞƏM!
Ardı →

Kölənin alimə dərsi

Böyük vəlilərdən Şakik Bəlxi (VIII əsr) qıtlıq illərindən birində bir kölənin sevincindən çalıb-oynadığını görür. Ona yaxınlaşıb soruşur:

— Hamı qıtlığın, aclığın dərdini çəkir. Bəs sən niyə çalıb-oynayırsan?

Kölə cavab verir:

— Hamıdan mənə nə? Mənim üçün heç bir təhlükə yoxdur. Mənim ağamın 7-8 kəndi var, bütün ehtiyaclarımız da oradan gəlir.

Bu sözlər Bəlxini ildırım kimi, vurur. Çünki o da başqaları kimi bu qıtlıqda nə edəcəyini düşünürdü. Ancaq kölə onu ayıldır və böyük alim öz-özünə deyir:

— Ey şübhəli insan, özünə gəl! Bu kölə son nəticədə bir insan olan ağasına bu qədər güvənir. Sən isə bütün canlıların ruzisini verən Allaha təvəkkül edirsən. Bu necə təvəkküldür ki, bu qədər təşvişə düşmüsən?..

Davamı →

Qırmızı-qırmızı, sarı-sarı ağlamaq...

Hamı ağlayırdı, amma hamı öləni ağlamırdı. Çox vaxt ölən unudulurdu, məclisin ab-havasından kövrələnlər öz keçmiş ölənlərini yada salırdılar. Bircə Zabıta arvad hamıdan fərqlənirdi. Onun bambaşqa ağlamağı vardı.

O təkcə göz yaşı tökmürdü, ölümün və ölənin şəklini çəkirdi — səsnən çəkirdi.

Səsnən ölümü izah edirdi.

Onun ağlamağı ölümün izharına çevrilirdi.

Ölümlə barışığa çağırırdı adamları.

Ölümə qarşı üsyan dərd çəkmək qorxusundan yaranır.

Ölümlə barışmaq öləni unutmaq deyil, dərdi çiyinə götürməkdir, dərdi çəkməyə razılıq verməkdir. Bu da bir mədəniyyətdir, dərd çəkmək əsilliyi, nəcibliyidir.
Ardı →

Yaraşmaz...

Vaxtilə ədalətli 1 hökmdar var imiş. Bir gün bu hökmdarın qulluqçuları 1 neçə oğrunu yaxalayırlar. Gecə ikən hökmdarın hüzuruna gətirirlər. Necə olursa, yolda oğrulardan 1-i qaçaraq qaranlıqda gözdən itir. Oğrunu axtarmağa başlayan qulluqçuların gözünə evinə gedən başqa 1 adam sataşır. Onu qaçan oğru zənn edib tuturlar. Sonra da oğrularla bərabər hökmdarın hüzuruna gətirirlər. Hökmdar hamısının zindana atılmasını əmr edir. Heç 1 günahı olmadığı halda zindana atılan adam, zindanda dəstəmaz alaraq vaxtın çıxmasına az qalmış namazını qılır. Namazını bitirdikdən sonra belə dua edir: «Ey Rəbbim! 1 təqsirimin olmadığını ancaq Sən bilirsən. Məni buradan ancaq Sən qurtara bilərsən».
Bu vaxt yuxuda olan hökmdar qəribə yuxu görür. Yuxusunda 4 nəfər qüvvətli şəxsin onun taxtını tərsinə çevirmək istədiyini görən hökmdar oyanır. Tez qalxıb dəstəmaz alır və 2 rükət namaz qılır. Yenidən yatağına uzanaraq yuxuya gedir. Eyni yuxunu görür, yuxudan oyanır. 1 məzlumun ahına tuş gəldiyini anlayır. Səhər açılan kimi zindanbaşını çağıraraq deyir:
— Səncə dünən zindana saldıqlarımız içərisində haqsızlığa məruz qalan varmı?
Zindanbaşı cavab verir...
— Bunu deyə bilmərəm, amma onların içərisindən 1-i namaz qılır, çox dua eləyir, göz yaşı tökür.
Hökmdar tez o adamı yanıma getirin deyə əmr edir. Hökmdar onun başına gələn hadisəni dinləyir, vəziyyətin nə yerdə olduğunu anlayır və deyir:
Sənden üzr istəyirəm. Sənə qarşı haqsızlıq etmişəm. Haqqını halal et. Bu hədiyyəmi də qəbul elə. Birdə hər hansı bir istəyin olsa, heç çəkinmədən yanıma gələrsən. Adamın cavabı isə belə olur :

Mən sənə haqqımı halal elədim, verdiyin hədiyyəni də qəbul edirəm. Ama istədiyim şeyi səndən almağa gələ bilmərəm. Çünki mənim kimi bir kasıbdan ötrü sənin kimi hökmdarın taxtını bir neçə dəfə çevirən Allahı qoyub istəkləri başqasına söyləmək qulluğa yaraşmaz. Namazlardan sonra etdiyim dualarla neçə-neçə sıxıntılardan qurtuldum, muradıma çatdım. Rəbbimin sonsuz rəhmət xəzinəsinin qapısı, xeyirxahlıq süfrəsi hamıya açıq ola-ola, nə üçün bir istəyim üçün başqasının üstünə gedim?...


 


islamadogru.biz saytına istinadən


Davamı →

Sabah dünyanın sonu olsaydı nə edərdiniz?

Amerikada universitetlərdən birində professor dərsə başlayarkən tələbələrinə üz tutub deyir:
-Fərz edin ki, bu gün dünyanın son günüdür. Sabah bu vaxt hər şey bitəcək. Xilas ola bilməyəcəksiniz. Bu gün nə edərdiniz?
-Tələbələr müxtəlif cavablar verirlər:
-İbadət edib Allahdan günahlarımı bağışlamasını diləyərdim.
-Bütün sevdiklərimlə vidalaşardım.
-Vaxtımı ailəmlə keçirərdim.
-Ananma ya da atama baş çəkərdim.
-Dostlarımla əylənərdim.
-Ən sevdiyim yeməyi yeyərdim.
-Meşədə gəzərdim.
-Günəşin doğuşunu və batışını izləyərdim.
-İncitdiyim insanlardan üzr istəyərdim.
-Özümdə cəsarət tapıb onu sevdiyimi söləyərdim. və s.
Müəllim tələbələrin cavablarını bir-bir lövhəyə yazır. Sonra gülümsəyərək deyir:
-Uşaqlar, bunları etmək üçün dünyanın son günü olmalıdır məgər?

P.S. İnsan hər gününü «DÜNYANIN SON GÜNÜ İMİŞ» kimi yaşamalıdır. Bu həyat nə qədər amansız, dünyamız nə qədər qəddar olursa olsun həyatdan zövq almağa, bu həyatı doya-doya yaşamağa çalışaq.Çünki həyat ondan zövq alanlar üçündür…Gəlin bu həyatı elə yaşayaq ki, nə biz bu dünyadan köçəndən sonra başqaları peşmançılıq yaşasın, nə də başqa biri həyatdan köçəndə biz peşmançılıq yaşayaq…

Davamı →