Dəli


Solğun üzlü, gözəllər gözəli, insanı məftun edən cavan oğlanla rastlaşanda, o bir dəlixananın bağçasındaydı. Və oturduğu tərəfə addımladım, ona yaxınlaşdım və soruşdum:
— Niyə buradasan?

Və mənə təəccüblə baxdı və dedi:
— Yersiz sualdır, amma yenə cavab verəcəyəm. Atam məni özünə bənzətmək istəyirdi, əmim də. Anam mənim simamda görkəmli atasını görmək istəyirdi. Bacım uzaq dənizlərə yelkən açmış ərinin yolunu davam etdirməyin mənim üçün faydalı olduğunu düşünürdü. Böyük qardaşım atlet olmağımı istəyirdi, eynən özü kimi. Və müəllimlərim fəlsəfə doktoru, musiqi bilicisi və məntiqçi…
Davamı →

Uşaq və tac

Bir dövlətin əhalisi təzə padşah seçdi və hər qaydasıyla tacqoyma mərasimi keçirildi. Padşah üçün təzə tac da düzəltdilər və tacı daş-qaşla bəzəmək qərarına gəldilər, amma belə bacarığa malik adam yox idi – bütün ustalar tacı korlamaqdan qorxduqları üçün, bu işə qol qoymaq istəmirdilər.

Nəhayət bir sənətkar tapıldı və tacı bir aya düzəldəcəyini dedi. Tacı ona verdilər və o bir ayı daş-qaşı tacın üstündə necə yerləşdirmək barədə fikirləşməklə keçirtdi. Amma qorxudan müddət bitənə qədər taca əl vurmadı. Vaxtın tamam olmağına iki gün qalmış işə başladı, amma əlləri elə əsdi ki, tacı yerə saldı.

Belə olduqda tac haqqında anlayışı belə olmayan balaca oğlanı çağırdı və nə etmək lazım olduğunu başa saldı. Özü elə həyəcanlı idi ki, işin gedişatını görməmək üçün bayıra çıxdı. Uşaqsa işi başdansovdu gördü və daşları taca çox yaxşı yapışdırdı. Padşah da razı qaldı.



Davamı →

Qızıl kisəsi

Bir dəfə Zanslı ravvin Xaim pəncərənin qabağında dayanıb küçəyə baxırdı. Yoldan keçən birini görüb şüşəni döydü və onun içəri gəlməsinə işarə etdi. O içəri girəndə ravvin Xaim soruşdu:
— De görüm qızıl kisəsi tapsan onu yiyəsinə qaytararsan?

— Ravvin, — yolçu cavab verdi, — əgər pulun yiyəsinin kim olduğunu bilsəm, düşünmədən qaytararam.
— Sən axmaqsan. – Zanslı ravvin dedi.

Sonra pəncərənin qabağına qayıtdı, daha bir yoldan keçəni çağırdı və eyni sualı verdi.
Davamı →

Anaya hədiyyə

Bir yəhudi ananın üç oğlu var idi. Onlar böyüyəndə uğurlu biznesmen oldular və varlandılar, anaları isə qocalmışdı və balaca evində tək yaşayırdı. Oğullar analarına hədiyyə vermək qərarına gəldilər.

Böyük oğul dedi:
— Mən ana üçün böyük, qırx otaqlı, qulluqçuları və xidmətçiləri olan ev almışam. Qoy heç olmasa qoca vaxtında gözəl yaşasın.

Ortancıl oğul dedi:
— Mənsə ana üçün əntiqə maşın almışam və şəxsi sürücü tutmuşam. Qoy heç olmasa qoca vaxtında komfortla gəzsin.
Davamı →

Mənim ona verə biləcəyim dərs yoxdur

Əxlaq fəlsəfəsinin yaradıcısı hesab olunan antik dövr yunan filosofu Sokratın şagirdlərini seçməsi qaydası bir qədər fərqlidir. Şagirdlərdən biri, Sokratdan soruşur:

— Bir günlük belə olsa sizdən dərs ala bilmək üçün yanınıza gələn hamıya, nə üçün bir gölməçəyə baxıb nə gördüklərini soruşursunuz? Bu işin sagird olmaqla nə əlaqəsi var? Sokrat isə bu suala belə cavab verir:

— Bu bir imtahandır. Göldə balıqların üzdüklərini söyləyən hər kəsi qəbul edib, dərs verirəm. Lakin, öz əkslərindən başqa bir şey görə bilməyənlər, özlərinə vurğun insanlardır. Göldə öz surətlərini görərlərsə, mənim onlara verə biləcəyim bir dərs ola bilməz…
Davamı →

Ən ideal insan

Psixatriya xəstəxanasında iki nəfər bir-biri ilə söhbət edirdi. Biri o birisindən soruşdu: “Nə üçün buradasınız?”

Həmin adam üzünü sual soruşana tərəf tutub cavab verdi:”Hər kəsin məndən olmaq istədiyi insan ola bilmədiyim üçün.” “Anlamadım, nə demək istəyirsən?”

“Atam mənimlə fəxr etmək üçün çox yaxşı şagird olmağımı istəyirdi, amma mən yaxşı qiymətlər almadığım üçün mənim kimi övladı olduğu üçün utanırdı. Mənim orta səviyyəli bir şagird olmağımı qəbul etmədiyi üçün məni tənbəllikdə ittiham edirdi. Çünki, “onun övladı” çox insan kimi “adi” ola bilməzdi. Bir gün məni ova apardı. Oğlunun əsl kişi olduğunu sübut etmək üçün məndən bir ceyranı tüfənglə vurmağımı istədi.”

Özü də yaxşı ovçu olan digəri ondan soruşdu: “Neçə xal aldın?” “Heç nə… Ağlamağa başladım və atam məni bir də heç vaxt ova aparmadı. Atam mənim onun kimi vəkil olmağımı istəyirdi. Babam isə özü kimi dülgər. Amma anam dayım kimi bank işçisi olmağımı istəyirdi. Nənəm isə din xadimi olmağımı istəyirdi.

Məhəlləmizin mollası mələk kimi qüsursuz olmağımı, dostlarım isə film aktyorlarına oxşamağımı istəyirdi.” Deyə davam etdi: ”Nişanlım hər şey olmağımı istəyirdi. Atası isə qızının gözündə qiymətdən düşməsin deyə mənim “heç nə” olmağımı arzulayırdı. Televiziya proqramları içkidən istifadə etməyim, avtomobillərə və siqaretə aludə olmağım üçün məni həvəsləndirir, “xəbərlər” isə belə şeylərdən uzaq olmağımı istəyirdi.”
Ardı →

İki qum dənəsinin hekayəsi

Günün birində səhrada iki qum dənəsi qarşılaşmış və bir-birlərini çox sevmişlər. Uzun bir müddət çox yaxın olmuşlar. Bir-birlərini yanlarında, canlarında olaraq sevməyi öyrənmişlər. Və bir gün külək əsir, qum dənələrindən birini yerində saxlayıb, digərini bir az uzağa atır. Çox uzaq deyillərmiş, amma yenə də bir-birilərini görə bilmirlərmiş. Sevgiləri isə heç azalmamış, yenədə bir-birilərini sevməyə davam etmişlər. Bir-birlərinə çatdıra bildikləri səsləriylə, xəbərləriylə yaşayırlarmış və artıq görmədən səsləri ilə sevməyi öyrənmişlər.

Bir gün biri digərinə «sevgimizin sonsuz olması üçün eyni anda bir arzu arzulayaq» demiş. İkisi də eyni anda bir arzu arzulamış və tam o anda fırtına başlamış. Bu qovuşmamız sevgimizin sonsuza qədər davam etməsi ola bilər deyə ikisi də özlərini fırtınaya atmışlar. Gözlərini bağlayıb fırtına dayandığında sevgilərinin yanında olmasını arzulamışlar. Fırtına o qədər qüvvətliymiş ki, o günə qədər illərcə yerlərindən tərpənməyən qumlar belə başqa yerlərə sovrulmuşlar.

Fırtına günlərlə davam etmiş, qum dənələri də dayanmadan sovrulumuşlar. İkisində də bir səbirsizlik baş qaldırmış. Fırtına dayanmamış əksinə artırmış. Fırtına dayanmaq bilmədikcə onlar da səbrlə sevməyi öyrənmişlər. Günlər keçmiş sonunda fırtına dayanmış gözlərini açdıqlarında ikisi də özlərini başqa aləmdə tapmışlar. Bu fırtınanın onları birləşdirəcəyinə o qədər inanmışlar ki bir-birlərini yanlarında tapa bilməyincə ürəklərində dərin bir kədər hiss etmişlər və kədərlə sevməyi öyrənmişlər. Özlərinə bir az gəldiklərində ikisi də bu fırtınayla başqa-başqa yerlərə sovrulduqlarını anlamışlar. Bir an ölmək istəmişlər, amma sonra bir-birlərini heç görmədən, məsafələrə, maneələrə baxmayaraq sevməyi öyrənmişlər.
Ardı →

Əziz qızım

Əziz qızım! Gün gələcək, mən qocalacağam – o zaman səbr et və məni anlamağa çalış. Əgər yemək yeyərkən üzərimə tökərəmsə və ya sənin köməyin olmadan əynimi geyinə bilmərəmsə, səbrli ol. 

Sənə bütün bunları öyrədərkən necə səbirli davrandığımı xatırla. Əgər səninlə danışarkən eyni şeyi dəfələrlə təkrarlasam – sözümü kəsmə, sonacan dinlə. Kiçikkən yuxulamağın üçün eyni nağılı dəfələrlə oxuduğumu xatırla. Görsən ki, yeni texnologiyanı anlamaqda çətinlik çəkirəm, mənə gülmə. Mən min bir çətinliklə sənə bundan da asan şeyləri öyrətmişəm; yeməyi necə yeyərlər, daha gözəl necə geyinə bilərsən, həyatın çətinlikləri ilə necə mübarizə aparmaq lazımdır...

Əgər birdən iştaham küsərsə, məni yeməyə məcbur etmə, mən özüm nə zaman yeməli olduğumu bilirəm. Əgər ayaqlarım məni gəzdirməyə çətinlik çəkərsə, mənə əlini ver, necə ki, sən ilk addımlarını atarkən mən verərdim...

Əgər nə zamansa nəyisə unudaramsa və ya nitq qabiliyyətimi itirərəmsə — mənə xatırlamağım üçün zaman ver. Əgər yenə də alınmasa, narahat olma. Axı əsas olan mənim ne dediyim deyil, əsas olan mənim səninlə olmağım, səninlə danışmağım və sənin də mənə qulaq asmağındır...

Mənim qocalığımı görüb kədərlənmə, əsəbiləşmə, özünü çarəsiz görmə. Sən o zamanlar mənim yanımda olub mənə kömək etməli, məni anlamağa çalışmalısan, necə ki, sən həyata ilk addımlarını atanda mən sənə bunları edirdim...

Yardım et irəli gedim, yardım et öz yolumu sevərək və səbirlə bitirim. Buna qarşılıq səni, heç sönməyən, ölümsüz sevgim və təbəssümümlə mükafatlandıracağam. Qızım, səni sevirəm...


Davamı →

İnsanlıq


Faciə baş vermişdi. Kolxozçu qızı olan 3 yaşlı Rasa Prasceviçutenin hər iki ayağı otbiçənlə kəsilmişdi. 

Bir neçə saatdan sonra içərisində cəmi bir neçə nəfərin olduğu TU-134 hərbi təyyarəsi Litvadan Moskvaya uçurdu. Dispetçerlər bilirdilər ki, salonda balaca sərnişin var və hər bir balaca gecikmə yeni başlayan insan həyatı üçün böyük bir dərdə çevrilə bilər. Buna görə hava korridoru bütün yol boyü boş idi. 

Faciədən 12 saat keçmiş qızçığaz SSRİ-nin paytaxtında əməliyyat masasında uzanmışdı. 1 gün əvvəl 12 saatlıq əməliyyatdan çıxan, təzəcə yatmağa hazırlaşan və ”Qızcığazı qəbul et, yoldadır” deyilib yatağından çağırılmış gənc cərrah Ramazi Datiaşvili artıq əməliyyata başlayır. O vaxtı həkimlərin və xəstələrin milliyəti barədə fikirləşmirdilər, çünku SSRİ-dəki bütün millətlər SSRİ xalqını təşkil edirdi. 
Ardı →