Həyat da bir marafondur

Bir gənc bir müdrikə yaxınlaşıb deyir:
— Mənim 23 yaşım var problemim isə həvəssizliyimdir. Bir işə başlayanda həvəslə başlayıram, amma bu işi qurtarmamış həvəsdən düşürəm. Sizcə nə edə bilərəm?

Müdrik deyir:
— Sənə sadə bir nümunə gətirəcəm. Meksika olimpiyadalarının adi bir günü idi, yarışma başa çatmışdı, hamı stadionu tərk edirdi. Birdən qaraltı gördülər. Yolda yaralanmış idmançı finiş xəttini axtarırdı. Çətinliklə addımlayırdı. Finiş xəttinə çatdı, beləliklə Con Stiven Akvari 1968 – ci il Olimpiyadalarında adını tarixə yazdı. Tarixə düşməsinə səbəb finişi axırda keçməsi yox, finişi keçdikdən sonar dediyi sözlər idi.

— Ona sual verdilər ki, onsuz da qalib gələ bilməyəcəkdiniz niyə davam etdiniz?
— “Ölkəm məni yarışa başlamaq üçün göndərmədi, yarışı başa vurmaq üçün göndərdi”
Həyat özü də bir marafondur. Və əsas məsələ yarışa başlamq yox, yarışı başa vurmaqdır. Hətda yolun yarısında qəzaya düşsəniz belə…
Davamı →

Franz Litz və "tələbəsi"


Bir alman gənc qız pianino dərsləri verərək yoxsul ailəsini dolandırmağa çalışırdı. Bu gənc qız hər yerdə yalan söyləyərək məşhur macar bəstəkarı və  musiqiçisi Franz Listz-in tələbəsi olduğunu deyirdi.

Bir dəfə Listz konsert vermək üçün yoxsul qızın yaşadığı şəhərə gəlir. Bu zaman gənc musiqiçi yalanının aşkar olunacağını və ailəsinin bir tikə çörəksiz qalacağını anlayır. O gözü yaşlı şəkildə məşhur bəstəkarın yanına gələrək söylədiyi yalanını etiraf edir. Dahi bəstəkar onu diqqətlə dinləyir və qızdan musiqi bacarığını sərgiləməsini xahiş edir. Qız ifa etdikdən sonra bəstəkar onun yol verdiyi səhvləri düzəldir.

— İndi isə mənim əzizim, siz artıq mənim tələbəmsiniz. Elan verərək səhnədə ilk sizin, sonra isə müəlliminiz Listz-in çıxış edəcəyi konsert verəcəyinizi elan edə bilərsiniz” — deyə Listz deyir.
Davamı →

İki canavar haqqında Hind pritçası

Çoxdan bəri, bir qoca öz nəvəsinə  bir həyat həqiqəti açmışdı.

— Hər insanda daxildə iki canavarın mübarizəsinə bənzər bir mübarizə gedir.

Canavarlardan biri şəri təmsil edir: qibtə, qısqanclıq, eqoizm, təkəbbür,  lovğalıq, yalan.

İkinci canavar isə xeyirin təmsilçisidir:  sülh, sevgi, ümid, mərhəmət, sədaqət.

 
Uşaq bir qədər düşünüb soruşur :
— Bəs axırda  hansı canavar qalib gəlir ?

Qoca gülümsünüb cavab verdi :
— Həmişə qalib canavar sənin qidalandırdığın canavar olur.

Davamı →

Dalğanın hekayəsi

Bu, keçmiş zamanlarda okeanda ləpələnən kiçik bir dalğanın hekayəsidir.

O, külək və təmiz havadan həzz alırdı, ətrafındakı digər dalğalarınsahilə çırpıldığını gördüyü o vaxta qədər. «Allahım, bu dəşhətlidir», -dalğa dedi. «Mənim başıma nə gələcəyinə bir bax!» Sonra birdən, başqa bir dalğa yaranır. O, əhvalı pis görünən birinci dalğaya baxır və deyir: «Nə üçün bu qədər qəmgin görünürsən?»

Birinci dalğa cavab verir: «Sən başa düşmürsən! Bizim hər birimiz yox olacağıq! Səncə, bu qorxunc deyil?»

İkinci dalğa söyləyir: «Yox, sən başa düşmürsən. Sən dalğa deyilsən, sən okeanın bir parçasısan!»

«Bəzən biz yalnız özümüzü düşünməkdən əl çəkib, həyata daha böyük pəncərədən baxmalıyıq.» — Amy Alusa

Mitch Albomun «Mori ilə çərşənbə axşamları» adlı kitabından.
Davamı →

Kərpiclər

— Salam! Siz mənə bir az pul verə bilərsiniz?

— Nəyə görə mən sizə pul verməliyəm? -deyə qadın soruşdu.

— Çünki mənim bir əlim yoxdu.

— Yaxşı. Siz həyətdən mənim evimə kərpic daşısanız, mən sizə pul verəcəyəm.

— Mən bunu necə edərəm? Axı mənim bir əlim yoxdu!

Qadın kişiyə bunu necə edəcəyini nümayiş etdirmək üçün bir əlini belinə qoyur və digər əli ilə kərpici götürür və evə gətirir.

Kişi bütün gün boyu evə kərpic daşıyır və günün sonunda qadın onun pulunu ödəyir.
Ardı →

Sevilən insan sevgisini insanlara verən insandır

Uzun illər əvvəl Çində Li-Li adlı bir qız evlənir və eyni evdə əri və qaynanası ilə birlikdə yaşamağa başlayır. Lakin qısa bir müddət sonra qaynanası ilə dolanmaq çox çətin olduğunu anlayır. İkisinin də şəxsiyyəti tamamilə fərqlidir, bu da onların tez-tez mübahisə etmələrinə gətirib çıxarır. Bu Çin ənənələrinə görə xoş bir davranış deyil və ətraf mühitin reaksiyasına səbəb olur.

Bir neçə ay sonra bitməz tükənməz gəlin-qayınana döyüşləri onun və qayınanası ilə arada qalan yoldaşı üçün də cəhənnəm əzabına çevrilir. Artıq bir şeylər etmək lazım olduğuna inanan gənc qadın atasının köhnə yoldaşı olan ədviyyatçıya qaçır və dərdini danışır. Yaşlı adam ona bitkilərdən bir dərman hazırlayır və bunu 3 ay boyunca hər gün az-az qaynanası üçün hazırladığı yeməklərin içinə qoymasını söyləyir. Zəhər az-az veriləcək, beləcə onu gəlininin öldürdüyü müəyyən olunmayacaqdı.

Yaşlı adam gənc qadına heç kimin və yoldaşının şübhələnməməsi üçün qaynanasına çox gözəl davranmağı, ona ən gözəl yeməkləri bişirməyini söyləyir. Sevinc içində evə qayıdan Li-Li yaşlı adamın dediklərini eynilə tətbiq edir.

Hər gün ən gözəl yeməkləri bişirərək qayınanasının qabına damla-damla zəhər damladırdı. Heç kəs şübhələnməsin deyə ona çox yaxşı davranırdı. Bir müddət sonra qaynanası çox dəyişmişdi və ona öz qızı kimi davranırdı. Gənc qadın özünü ağır bir yük altında hiss etdiyi üçün peşman bir vəziyyətdə ədviyyatçının dükanının gedir və yaşlı adama bu ana qədər qayınanasına verdiyi zəhərləri onun qanından təmizləyəcək bir dərman üçün yalvardı. Yaşlı qadının ölməsini artıq istəmirdi.

Yaşlı adam yaşlı gözlərlə qarşısında dayanan Li- Li -yə baxdı və qəhqəhələrlə gülməyə başladı. Sevgili Li- Li dedi: ” Sənə verdiklərim ancaq vitaminlərdi. Əsl zəhər isə sənin beynində olan idi. Sən ona yaxşı davrandıqca o da dağıldı və yerini sevgiyə verdi, beləcə siz gerçək bir ana qız oldunuz “.
Köhnə bir Çin atalar sözü belə deyir; Gül verən əldə gül qoxusu qalar. Sevilən insan sevgisini insanlara verən insandır.
Davamı →

Hazırcavab əsgər

Bəzən elə olurdu ki, Birinci Pyotr sadə geyimdə tanınmaz halda şəhəri gəzintiyə çıxırdı və sadə insanlarla söhbət edirdi. Günlərin bir günü I Pyotr meyxanada oturub əsgərlərlə pivə içirdi. Əsgərin biri içki almaq üçün öz qılıncını girov qoyur.

I Pyotr çox təəccüblənir. Əsgər isə cavab verir ki, hələlik qınına qılınc əvəzinə taxta qoyacaq, əmək haqqını alıqdan sonra isə yenidən qılıncını geri alacaq.

Səhər I Pyotrun özü alaya gedir və baxış aparır. I Pyotr əsgər sıralarını gəzir və həmin əsgəri tanıyır, onun qarşısında dayanır və deyir: «Mənim başımı qılıncınla vur!». Əsgər quruyub qalır və çarı vurmayacağını deyir.

Çar səsini yüksəldərək deyir: «Başımı vur dedim! Yoxsa səni elə bu an əmrimə itaət etmədiyin üçün dar ağacından asacaqlar!»

Əsgər əmrə itaət etməli olur. O, taxta qılıncını götürür və ucadan deyir: «Tanrım! Mənim qılıncımı taxta et!» və çara vurur. Zərbədən taxta qılıncın qırıntıları ətrafa uçur.

Bütün alay heyrətlənir və deyir: “Tanrı bizə bir möcüzə bağışladı!”. Çar bığlarını burur və yavaşdan deyir: “Hazırcavabsan!” və ucadan alayın komandirinə deyir: “Əsgərin qını təmiz olmadığı üçün 5 sutka cəza! Daha sonra isə o, şturman məktəbinə göndərilsin!”.

Ruscasi
Петр Первый, рассказывают, в простой одежде ходил неузнанным по городу и беседовал с простыми людьми. Как-то вечером в кабаке пил он пиво с солдатом, а солдат за выпивку заложил свой палаш (прямая тяжелая сабля). На недоумение «Петра Михайлова» солдат объяснил: мол, пока вложу в ножны деревянный палаш, а с жалованья выкуплю. Наутро в полку — царский смотр! Царь приехал в полк! Прошел по рядам, узнал хитреца, остановился и приказывает:
— Руби меня палашом!"
Солдат онемел, головой отрицательно мотает. Царь голос возвысил:
— Руби! Не то сей секунд тебя повесят за небрежение приказом!
Делать нечего. Солдат схватился за деревянный эфес, проорал:
— «Господи Боже, обрати грозное оружие в древо!» — и рубанул. Только щепки полетели! Полк ахнул, полковой поп молится:
— Чудо, чудо Бог даровал!
Царь подкрутил ус, вполголоса сказал солдату: «Находчив, сволочь!» — и громко полковому командиру:
— За нечищены ножны пять суток гауптвахты! А после направить в штурманскую школу.…
Davamı →

Əliaçıqlıq

Bir xəsis öz səyahətləri zamanı sufi bir şəxsə rast gəlir və onlar yollarına birgə davam edirlər.

Getdikləri yolda zamanın tez keçməsi üçün xəsis danışmağa başlayır. O sufiyə ticarətdən necə pul qazandığını, hər qəpiyini necə qoruduğunu, öz həyatı boyu hansı sərvətləri topladığını və hazırda qohumlarının ona necə paxıllıq etdiyini danışır.

Xəsis elə hey həyəcanla deyirdi:

-Bir düşün: onlar ki, əsl tənbəllərdir! Ac dilənçilər! Onlar məni qənaətcil olduğum üçün simic adlandırırlar!

Sufi ciddi şəkildə dedi:

Onlar haqlı deyil, mən ömrümdə sənin kimi səxavətli insana rast gəlməmişəm!

Doğurdan? – deyə xəsis təəccüblə və inamsız şəkildə soruşdu.

Sufi cavab verdi:

— Doğurdan. Sən əslində özünün qənaətcil olduğunu güman edirsən. Əslində sənin əli açıqlığın sərhədsizdir. Elə bir gün gələcək ki, sən istəsən istəməsən də bütün sərvətini öz varislərinə ötürəcəksən: hətta sevdiyin və nifrət etdiklərinə belə sənin sərvətindən pay düşəcək.
Davamı →

Xərçəng xislətlilər

Xərçəngləri ovlayarkən onları bir səbətə və ya vedrələrə qoyarlar. Səbətdə sadəcə bir xərçəng varsa, hərəkət edib tullanmasının və ya anidən qaçmasının qarşısını almaq üçün səbətin ağzını örtərlər. Ancaq səbətin içində bir neçə xərçəng olarsa, səbətin  ağzını bağlamazlar.

Niyə? Çünki, səbətdə birdən çox xərçəng olarsa, biri digəri canını qurtarmasın deyə bir-birilərini aşağı çəkərlər. Ona görə də, səbətin ağzı örtülü qalmazmış.

Bəli… Bildiyimiz kimi, bəzi insanlar da bu xərçənglər kimidi. Yüksəlmək istəyən insanları aşağı çəkməyə çalışırlar ki, özlərini bacarıqsız görməsinlər.
Davamı →

Uşaq və dəniz ulduzları

Bir gün bir adam dəniz kənarıyla gedirdi. Birdən o qumdan nəyisə qaldırıb dənizə atan balaca oğlana rast gəldi. Adam uşağa yaxınlaşandan sonra gördü ki o, sahildəki dəniz ulduzlarını qaldırıb suya atır. Onlar oğlanı hər tərəfdən əhatə edirdi. Sanki sahildə milyona qədər dəniz ulduzu vardı. Dəniz kənarı onlarla örtülmüşdü.

Adam uşağa yaxınlaşıb soruşdu:

— Nə üçün sən bu dəniz ulduzlarını suya atırsan?

Uşaq işini dayandırmadan dedi:

— Sabah səhərə qədər onlar sahildə qalsalar suyun çəkilməsi ucbatından ölə bilərlər.

Adam səsini yüksəldərək dedi:

— Axı bu, sadəcə, axmaqlıqdır! Ətrafına bax! Burda milyonlarla dəniz ulduzu var, onlar bütün sahili bürüyüblər. Bu qədər səy göstərməyin belə heç bir şeyi dəyişməyəcək.
Ardı →