Çexov düşüncələri

Saxta bir guluşlə gozlərimə baxmaqdansa, uzumə qarşı həqiqi bir nifrəti ustun tutaram.Unutma; İnsanları tanımağın üçün ən uyğun zaman ayrılmağa ən yaxın vaxtdır. Çünki o vaxt saxta üzlər bilinir.
Həyata ilk küskünlüyümüz – yanımızda düşündüyümüz insanların qarşımızda görməkdir.
Anlamağa çalışma. Həyat belədir. Həmişə bir telinə belə qıymadıqlarımız qıyır bizə.
Sənə bir yaxşı, bir də pis xəbərim var; yaxşı xəbər – hələ ölməmişik; pis xəbər – hələ yaşayırıq.
İki mükəmməl insan heç vaxt birlikdə ola bilməz. Çünki mükəmməl qadın birinci dəfəsində “hə” deməz, mükəmməl kişi isə ikinci şansı verməz.
Bəsit qadın; gözəl olmağı ağıllı olmaqdan üstün tutur. Çünki bəsit kişidə zəkanı anlayacaq baş yox, gözəlliyi görəcək göz var.
Ağlatdığın bir qadının göz yaşlarını ya o vaxt silərsən, ya da o göz yaşlarında boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan.
Bir insanı həqiqətən unutmaq istəyirsənsə, onunla yaşadıqlarını deyil, onun sənə yaşatdıqlarını xatırla.
Kimsə arxanızdan danışırsa, onlardan qabaqdasınız demək.
Doğru vaxtda gələn yanlış insana verdiyin şansı, yanlış zamanda gələn doğru insana verməyincə əziyyət çəkən sən olarsan.
İnsana kəpənək həyatda bir dəfə qonar: qaçırtsan, başqa şansın qalmaz. Çünki o kəpənək səhəri gün ölmüş olacaq.
Saxta bir gülüşlə gözlərimə baxmaqdansa, üzümə qarşı həqiqi bir nifrəti üstün tutaram.
Sən sevdiyin üçün heç vaxt utanma, bil ki utanması lazım olan sevildiyini bildiyi halda sevməyi bilməyəndir əslində.
Həyatınızın sonuna qədər yaşamayınca taleyinizdən şikayət etməyin.
Özünü tənha hiss edən biri üçün hər yer çöldür.
Əgər tənhalıqdan qorxursunuzsa, evlənməyin.
Sevməyib evlənmək, inanmadan ibadət etmək kimi alçaq işdir.

Hazırladı: Rəna Nevzat


Davamı →

Cemal Süreyanın söz xəzinəsindən

Cemal Sureya — Həyatda göz yaşlarıma layiq insan görmədim. Ya mənim göz yaşlarım dəyərsizdi, ya da uğrunda göz yaşı tökə biləcəyim insanlar mənasızdı.

— Uşaq vaxtı anama qəbirstanlıqdan qorxuram deyəndə, “ölüdən deyil, diridən qorx”- demişdi. Zamanla anladım ki, anam yenə haqlı imış.

— Bir kağıza “sənsizlik” yazdım və bu sözü yenə də çox bəyənirəm… Çünki “sənsizlik” sözü belə “sən”lə başlayır.

— Əvvəl sevgiliniz tərk edər sizi, sonra yuxunuz. Sonra nə sevdiyiniz geri gələr, nə də yuxunuz.

— Anasından şillə yediyi halda yenə “Ana”-deyə ağlayan bir uşaqdır EŞQ.

— İnsan okeanda ölməz, gedib bir qaşıq sevdada boğular.
Ardı →

Koko Şanelin aforizmləri

Koko ŞanelQadında əsas paltar deyil, xoş davranış, qərarlılıq və ciddi gündəlik rejimdir.

Yaratmaq və işləmək üçün həmişə arxalanacağın dosta ehtiyacın var.

Əvəzolunmaz olmaq üçün daima seçilməlisən.

Ətir vurmayan qadının gələcəyi yoxdur.  

Dünyada çoxlu şahzadələr var, Koko Şanel isə bir dənədir.

Ətir – görünməz olsa da, unudulmaz və bənzərsiz aksesuardır. Qadının gəlişindən xəbər verir və gedəndən sonra onu xatırladır.  

Ətri öpdürlmək istədiyiniz yerə vurun.

Sevilməyən qadın – sıfırdır, heç nədir. İnanın, fərqi yoxdur qoca, ya cavan, həyat yoldaşı, yoxsa sevgili… Sevilməyən qadın – ölmüş qadındır.


Ardı →

Mörfi qanunları

Edward  Murphy qanunuAmerikalı mühəndis Edvard A. Mörfinin qanunlarından xəbərdar olmayan yoxdur. Adını ilk dəfə eşitmiş olsanız belə, bu qanunları oxuyanda mütləq barmağınızı dişləyəcəksiniz. Məsələn,
— Yağlı çörək yerə düşsə, mütləq yağ olan tərəfi yerə dəyir
— İmtahanda 40 sualdan 35-ni öyrənmisənsə, sənə öyrənmədiyin suallar olan bilet düşəcək.
— Vitrində bəyəndiyiniz əşyanı sizdən əvvəlki alıcı alacaq.
İtirdyini sonuncu arxa cibindən tapacaqsan. 

 

Mörfi kimdir?
 Mühəndis Mörfi 1949-cu ildə raket texnikası sahəsində sınaq apararkən cihazlardan birinin cüzi fərqlə səhv bağlanması bütün sistemi pozub. Bu uğursuzluqdan sonra Edvard Mörfi öz qanunlarını yazmağa başlayıb. Mörfinin təməl qanunlarından biri də elə bununla bağlıdır: “Əgər hər-hansı bir xoşagəlməz halın baş vermə ehtimalı varsa, o mütləq baş verəcək”.

Mörfinin əsas qanunları:

  • — Ayağınıza olan ayaqqabı dükandakı ən görkəmsiz ayaqqabıdır.
  • — İmtahana hazırlaşdığınız vaxtlarda həmişə yuxunuz gələr, imtahanlar bitəndən sonra yuxunuz ərşə çəkilər.

Ardı →