Şöhrətpərəst - ikinci hissə Şiringül Musayeva

 Bu arada ölkədə böyük siyasi dəyişikliklər baş verirdi. Hər şey bir-birinə qarışmışdı. Bu vaxta qədər orta məktəblərdə, universitetlərdə uşaqların, gənclərin beyninə yeridilən sosializm, kommunizm ideologiyasının  səhv olduğu aydın olmuşdu. Sovet İttifaqının əslində xalqlar həbsxanası olduğu söylənilirdi. Başqa vaxtı ( məsələn: 3 7- ci ildə ) “ qık eliyən ”in başını kəsən bu quruluş ideoloqları, qoruyucuları indi tələbələrin dəstə — dəstə Lenin ( İndiki Azadlıq ) meydanına axışmasına göz yumurdu.


Davamı →

Subliminal mesajlar

Görmədiyimiz kadrlar
Şüuraltı sözünü, yəqin ki, bir çoxlarınız eşitmisiniz. Şüuraltına təsir, şüuraltı fikir və s. Bəs nədir şüuraltı? O heç vaxt yatmır. Hətta biz yuxudaykən belə. O həmişə fəaliyyətdədir. O, gün ərzində gördüklərimizin, eşitdiklərimizin yığıldığı bir “evdir”. Gün ərzində siz avtobusa minirsiniz, yemək yeyirsiniz, müxtəlif insanlarla və hadisələrlə qarşılaşırsınız. Ancaq siz bunların bir çoxunu günün sonunda xatırlamırsınız. Ancaq şüuraltımız bunların hər birini qeyd edir. Siz istəsəniz də, istəməsəniz də. Uşaq yaşlarınızdan indiyə qədər yaşadığınız, yaddaşınızda olan və olmayan hər şey oradadır. Amma bəzən görmədiklərimiz də şüuraltına yazıla bilir. Necə? 25-ci kadr və ya digər adıyla subliminal mesaj vasitəsilə.


Ardı →

Bir sərçənin sərgüzəştləri | Mikayıl Rəfili

Qızıl meydanı kilidləmişdi bir dəniz,
Keçmək üçün yox idi bir iz...
Yox idi bir iz.
Kimsə bilməz ki, iz bulmamak nə qədər ağırdır...
O bir quş idi, uçdu Qızıl meydana vardı
Qızıl meydanda bir ehram kibi durmuşdu məzar,
Bir böyük məzar ki, Leninin məzarıdır
Qapısı önündə bir həsir kibi sərdi qanadlarını
Dənizi yaran kahramanlar sürdü üzərindən dəmir zirehli qır atlarını
Çırpdı qanad, qondu bir ayın yalına...
Bir kamçı dəydi alnına...
Yıxıldı sərçəcik yerə...
Ağlamadı,
Ardı →

Afrikasayağı xaçapuri

Kofi şalvarının cibindən pul götürüb saydı və razı görkəm alaraq nömrədən çıxdı. 

Yataqxananın geniş, uzun dəhlizində heç kəs yox idi. Son bir neçə ayda Kofinin bu açıq-sarı rəngli, qəhvəyi linoleum döşəməli dəhlizə xüsusi bir doğmalığı yaranmışdı. 

Bu, birdən-birə, qəflətən baş vermişdi. Səbəb də onun dəhlizi çimərliyə bənzətməsi idi. Təsəvvürü nə qədər qəribə olsa da, o, kəşfinə hədsiz sevinirdi. 

Bəzən hətta bu tapıntısından əylənirdi də. Məsələn, ara-sıra dəhliz boş olanda gözlərini yavaş-yavaş qapayar və fikrən uzaq okean sahillərinə qayıdardı. 

Öz xəyalına tamam inandıqda, eyni minvalla yavaş-yavaş gözlərini açardı. Bu vaxt o, özünü linoleum döşəmədə deyil, yalın ayaqlarla qızıl qumların üzərində yeriyir kimi hiss edirdi. 

Tavandakı lüminessensiya lapmaları onda günəş təsəvvürü yaradırdı. 

Kofi bu cür xəyallara qapılaraq hətta bəzən azacıq tərləyirdi də. Amma dəhlizin sonundakı pəncərədən mavi səmanı görüncə tezliklə sərin dənizin qucağına atılacağı fikri onu azacıq da olsa sərinlədirdi.

Kofi son zamanlar çox darıxırdı. Səhər universitetin kitabxanasında bilgisayar arxasında oturmuşdu. İnternetdə səhifələri gəzərkən təsadüfən «Google»-un xəritələr bölməsi ilə rastlaşdı. 

Ardı →

Bilqo (bir parça)

Avqustun son günləri idi. Hava isti olsada axşam düşəndə bir az yağış yağdığı üçün xəfif sərinlik duyulurdu. Səmaya ala-bula buludlar səpələnmişdi. Yol yorğunu olan Bilqo ayaqlarını sürüyə sürüyə evə tərəf gedirdi. Sakit idi, dah doğrusu sakit görünürdü. Əynindəki mavi don ona çox yaraşırdı. Bilqo gözəl qız idi, ancaq qəribə soyuq baxışları onun gözəl üzünə ifadəsizlik verirdi. Təbiətcə sakit və mülayim olsada xətrinə dəyən bir adamıda cavabsız qoymazdı. Evə çarəsiz gedirdi, “işdən çıxıb evə getmək adətini kim çıxarıb görəsən” fikri indi hər addımında beynindən idırım vuran kimi gəlib keçirdi. Birdən ağlına gəldiki bu sualı kiməsə versin. Yan-yörəsinə baxıb gördükü düz ona tərəf  əlli ya əlli beş yaşlarında bir kişi gəlir. Müəllimə də oxşayırdı həkimə də.

-Bağışlayın müəllim, sizdən bir söz soruşmaq istəyirəm, olar?

Kişi qəribə baxışlarla Bilqonu süzdü. Heçnə başa düşməyən insanlar kimi gözlərini böyüdüb ona yaxınlaşdı.

— Hara gedirsiz, əgər sirr deyilsə? Sualı verdiyi an başa düşdüki yenə gicliyi tutub. Ancaq artıq gec idi.


Ardı →

İnsanın ölüm anında ən çox peşman olduğu məqamlar

İnsanların ölüm döşəyindəykən ən çox dostları və əlindən çıxanlar üçün peşman olduğu bildirilir. Bronnie Vare, «The Top Five Regrets of the Dying — A Life Transformed by the Dearly Departing» adlı kitabında ölüm yatağında insanların ən çox peşman olduğu şeyin digər insanlarla əlaqələrindəki səhlənkarlıq olduğunu bildirib.

İnsanlar ölümlə üz-üzə gəldikdə çox əhəmiyyətli dəyişikliklər keçirir. Vare, xəstələrinin ölümlə üzləşdiyi zaman inkar, qorxu, hirs, peşmançılıq və.s mərhələlərdən keçdiyini söyləyib.

Xəstələrindən ən çox nə üçün peşman olduqlarını soruşan Vare, aldığı cavabları beş başlıq altında cəmləşdirib:

1. «Kaş ki başqalarının məndən gözlədiyi həyatı davam etdirmək əvəzinə xəyallarımı gerçəkləşdirmək cəsarətim olaydı.»

Müəllif bildirir ki, insanların əksəriyyəti ömürlərinin son anında geri qayıtmayacaqlarını anlayırlar. Arzuladıqları işlərin çox böyük bir qisimini həyata keçirmədikləri üçün peşman olurlar.


Ardı →

Döşəməyə tökülmüş bir fincan qəhvə...

Hava olduqca küləkli idi. Bir azdan yağış yağacaqdı.  O da tutqun idi. Dolmuşdu. Indi bu saat ağlayacaqdı. Amma nədənsə ağlamadı. Özünü sakitləşdirməyə çalışmırdı, sadəcə göz yaşları sözünə baxmırdı.  Otağın sükutu da bir yandan.  Əslində divar da danışırdı, tavan da, çarpayı da, hətta döşəməyə tökülmüş qəhvə, fincan da danışırdı, amma hər kəs ürəyi ilə danışırdı. Cavabsız suallar o qədərdir ki...  O, bu sükutla barışa bilmədi.   Pencəyini  götürdü və bayaqdan bir yerdə durmayan küləklə görüşə getdi.  Küçələri dolaşır və hər şeyin mənasızlığını bir daha duyurdu. Qəlbindəki kədəri, ağrını unutmaq istəyirdi. Lakin bacarmırdı, bacarmadı. Qəlbindəki ağrı get –gedə lap kütləşirdi. Yenidən evə qayıtdı, stolun arxasına keçdi  və qələmini götürdü. Nəsə yazmağa, dərdini ağ kağızla bölüşməyə başladı, çünki belə anlarda onu yalnız qələmi və kağızı anlayırdı. Içindəki acını kiməsə danışa bilərdi, yükünü yüngülləşdirə bilərdi,  amma sözlər ondan qaçacaqdı.  Yorğun gözlərini otağına gəzdirdi. Elə bil hər kəs, hər şey ondan küsüb. Hamını incidib elə bil. Qəhər boğdu onu, qəlbi daha da inildədi. Indi bu vəziyyətdən xilas olmaq üçün o, hər şeyə hazır idi. Niyə hər şey bu qədər mənasızdı? Zənn edirsən ki, xoşbəxtsən, amma bir də görürsən ki, gözləmədiyin anda qar yağdı, neçə il sevgiylə bəslədiyin çiçəklərin hamısı  məhv oldu, yox oldu. Xatirələrdə qızınmaq daha da ağırdı. Buna dözmək, yoxluqla barışmaq – buna güclü iradə lazımdı, daş qəlb, soyuq ağıl. Bunları düşünə- düşünə başını ağır –ağır yellədi. Yenidən döşəməyə tökülmüş qəhvəyə və fincana baxdı. Gözlərini yumdu, ciyərdolusu dərindən nəfəs almağa çalışdı.  Çünki nəfəsi sanki kəsilirdi. Cəld qalxıb pəncərəni açdı. Külək otağı bürüdü. Kağızlar masadan döşəməyə səpələndi.  Kağızların xışıltısı, xoş sədası ətrafa yayıldı. O  da çevrilib bu mənzərəyə elə diqqətlə tamaşa edirdi ki… elə bil anlayırdı bu kağızların dilini. Qəfildən nəsə yadına düşürmüş kimi üzü pəncərəyə çevrildi və acgözlüklə havanı udmağa, içinə çəkməyə başladı.
O gülümsəyirdi artıq, çünki anlayırdı, artıq mənasızlığı da anlamağa başlayırdı.  Hər başlanğıcın bir sonu var. Son nöqtə deməkdi.
“ Mənim mənalı həyatım olub” – deyən kəslər, necə də mənasız danışırsınız?!  Mənasız ona görə danışırsınız ki, mənasız danışdığınızı bilmirsiniz.
Başlayan hər şey bitər –deyirlər, sizin bu “mənalı” həyatınız da bitəcək və mənasızlıq başlayacaq. Bitməsə də mənasızlıqdı, çünki bir şey çox uzun sürərsə mənasızlaşır, bitsə də mənasızdır, çünki yaşadıqların unudulacaq, elə bil heç vaxt olmamışdır, yaşanmamışdır. Vəssalam.
Həyatda  məna sevgidədi.  O, insanı yaşadır, həyata səsləyir, köməyi, dayağı olur. Amma o da ideal deyil.  Qəzəbləndikdə, qısqandıqda onun qədər amansız, mənasız hərəkətlər edən olmur. Xəyanəti də o yaradır, yaşatdığı qədər məhv edir insanı.  Daha nə məna oldu!!!
 Etibarsızlığı, yalanı, vəfasızlığı da, nəfsi də o yaradır. Daha nə məna axtarırsan, ey həmsöhbətim?! 
Insanı içindən çürüdən nifrəti də, hiyləni də sevgi yaradır- ağılsız, çirkli, qandallı sevgi!
Amma xoş, gözəl ana məhəbbəti var, həqiqi insanın insana sevgisi var.
Anlamaq hissi var, o sevgidən də gözəldir.
Bağışlamaq hissi var, o daha da böyükdür, daha da ali bir hisdir.
Ulu tanrıya sevgi var, o daima harayındadır.
Külək düz üzünə vururdu.  O  qəfil hiss etdi ki, bayaqdan bunları düşünə -düşünə gözlərini yummuşdur.  Elə bil yatmışdı, dincəlmişdi. Beləcə, ayaqüstə, pəncərə önündə, küləyi dinləyə- dinləyə uyumuşdur. O yenə də gözlərini döşəməyə dağılmış qəhvəyə və fincana dikdi. Fikirləşdi: “ Nə olsun ki, fincan yerə düşmüş, içindəki qəhvə tökülmüş, döşəməyə yayılmışdır və bir azdan buxarlanacaqdı?!  Fincan ki sınmayıb, heç çatlamayıb da!" O hətta bu ani fikirdən gülümsədi də və tələsik saatına baxdı. Getmək vaxtı idi. Bəzi işləri görməli, bitirməli idi. O, tələsik otağını səliqəyə saldı, yazı masasını, kitablarını, otaq boyu səpələnmiş əşyalarını, paltarını yerbəyer etdi. Artıq səliqə işi başa çatmışdı. O, qapıya doğru yeridi.  Dəstəkdən yapışdı, sonda yenidən çevrilib fincana, döşəmədəki yarıbuxarlanmış qəhvəyə baxdı. Hər şeyi yığmışdı, bircə bu fincana və qəhvəyə əl vurmamışdı. “ Qoy onlar qalsınlar” –düşündü və otaqdan çıxdı, qapını astaca örtdü.
Müəllif: Zeynalova V.M
26. 08. 2004
Davamı →

Meymunlar üzərində maraqlı təcrübə

Bir qrup elm adamı 5 meymunu bir qəfəsin içinə salır. Həmin qəfəsdə  üzərində banan olan bir nərdivan yerləşdirilir. Nə zaman meymunlardan biri bananları götürmək üçün nərdivana dırmaşmağa qalxsa elm adamları digər meymunları soyuq suyla isladır. Bir müddət sonra nə vaxt meymunlardan biri nərdivana dırmaşmağa qalxsa digər meymunlar onu döyməyə başlayır. Aradan bir az daha vaxt ötür və nərdivandakı bananlar nə qədər cazibədar olsada meymunlardan heç birisi nərdivana dırmaşmağa cəsarət etmir.
Ardı →