Falçı | Stefano Benni

Gələcəkdən xəbər verən, kartla fala baxan məşhur falçı Amelia müştərisini iş otağında qarşılayır. Stolun üstündə qədim misir heykəlciyi, qara pişik Pippo, üç qutu siqaret və tarot kartları var idi. – Kəsin – bariton bir səslə Amelia dedi.

Müştəri falçının dediyini etdi.

Falçı Amelia üç kart seçdi və yavaş-yavaş onları öz qarşısında açdı.
– Birinci kart deyir ki, bu ilin mart ayında Londona, Parisə və Romaya dəhşətli hücumlar olacaq və Vaşiqtona atom bombası atılacaq.
Kişi udqundu.
Davamı →

Cırıq ayaqqabı | Nataliya Ginzburq

Mənim ayaqqablarım cırıqdır, hal-hazırda birlikdə yaşadığım rəfiqəmin ayaqqabıları da cırıqdır. Biz demək olar ki, tez-tez ayaqqabılardan danışırıq. Elə ki, gələcəkdə yaşlı yazıçı olacağımdan danışmağa başlayıram o, tez soruşur: “Onda hansı ayaqqabıdan alacaqsan?” Mən isə cavab verirəm ki, bir tərəfində qızıldan bəzək olan yaşıl zamşa alacam.

Mənsub olduğum ailədə hər kəsin ayaqqabaları təzə və möhkəmdir. Anamın ayaqqabıları çox olduğundan onları yığmaq üçün hətta bir balaca şkaf da düzəltməli olub. Nə vaxt evə gedirəm ayyaqabımı görüb başlayırlar hay-küy salmağa. Ancaq mən bilirəm ki, hətta cırıq ayaqqabılarla da yaşamaq mümkündür. Almanların zamanında Romada tək idim və yalnız bir cüt ayaqqabım var idi. O da cırıq idi. Əgər ayaqqabını düzəltdirmək üçün çəkməçiyə versəydim, gərək iki-üç gün yataqda qalaydım, bu isə mümkün deyildi. Beləliklə, ayaqqabının yavaş-yavaş su buraxmasına, səkinin soyuğunun ayağamın altında hiss etməyimə və nəmişlikdən görünüşünü dəyişməsinə baxmayaraq, hətta yağışlı günlərdə də bu ayaqqabını geyinmək məcburiyyətində idim.

Davamı →

Xəbərçi ürək | Edqar Allan Po

Düzdür! Əsəbi – dəhşətli dərəcədə çox əsəbi biri idim, elə indi də beləyəm! Axı hardan mənim dəli olduğum qənaətinə gəlirsiniz? Bu xəstəlik əsəblərimi tarıma çəkmişdi– korlamamışdı, kütləşdirməmişdi. Baş verənlərdən ən önəmlisi, eşitmə qabiliyyətimdəki həsaslıq idi. Göydə, yerdə baş verən hər şeyi eşidirdim. Cəhənnəmdə də olan bir çox şeyi eşidirdim. Necə dəli ola bilərəm axı? Bir dinləyin! Görün, necə sağlam düşüncə ilə – sakitlik ilə bütün hekayəni sizə danışıram. İlk dəfə bu fikrin ağlıma necə gəldiyini demək qeyri- mümkündür; bir dəfə ağlıma batdı, sonra isə səhər axşam rahatlıq vermədi mənə. Məqsəd yox idi. Ehtiras da yox idi. Bir qoca kişini sevirdim. O heç vaxt məni yanıltmadı. Mənə yuxardan aşağı baxmadı. Onun qızılında da gözüm yox idi.

Məncə, məsələ onun gözündə idi. Bəli, onun gözü! Gözü qırğını xatırladırdı – üstünü pərdə almış solğun mavi göz. Bu göz mənə zillənəndə damarımda qanım donurdu – tədricən, yavaş-yavaş – buna görə də qocanın canını almağı və bu gözlərdən həmişəlik qurtulmağı qərara aldım. Hə, gələk əsas məqama. Mənim dəli olduğumu düşünürsünüz. Dəlilər heç nə bilməyən adamlardır. Amma siz, bir məni görəydiniz. İşi necə müdrik, tədbirli, uzaqgörən – hər şeyi əvvəlcədən düşünmüş şəkildə yerinə yetirdiyimi kaş görəydiniz!
Davamı →

Tərk edildiyim günlər | Elena Ferrante

Aprel ayı idi. Nahar etdikdən dərhal sonra yoldaşım məndən ayrılmaq istədiyini dedi. O, bunu deyən zaman biz süfrəni yığışdırırdıq, uşaqlar yenə öz otaqlarında zarafatlaşırdılar, it isə radiatorun yanında mırıldana-mırıldana yatırdı. Mənə fikirlərinin qarışdığını və yorulduğundan, məmnuniyyətsizliyindən, bəlkə də qorxaqlığından dolayı çox çətin günlər keçirdiyini dedi. Bizim 15 illik evlilik münasibətimizdən, uşaqlardan uzun-uzadı danışdı və etiraf etdi ki, bu hərəkətinə görə nə məni, nə də uşaqları qınaya bilməz. Hər zaman olduğu kimi bunları izah edərkən də səsi çox sakit idi, üzünü uşaq kimi büzür, sağ qolunu həddən artıq yellədirdi. Deyirdi ki, sanki onu uzaqlara çəkib aparan nəsə var. “Bütün bunlar mənim içimdə baş verənlərlə bağlıdır” – deyə əlavə edib, məni əlüzyuyanın yanında donub qalmış halda qoydu, qapını arxasıyca örtdü və evdən çıxıb getdi.

Bütün gecəni çarpayımızda tək-tənha fikirləşməklə keçirdim. Son günlərdə olan bütün hadisələri incələsəm də, münasibətimiz üçün böhran yaradacaq heç nə tapmadım. Onu çox yaxşı tanıyırdım. Bilirdim ki, çox sakit insandır.
Davamı →

İnsan oğlu | Nataliya Ginzburq

Müharibə zamanı insanlar evlərin necə yıxıldığının şahidi olmuşdu və indi onlar özlərini evlərində bir vaxtlar olduğu kimi sakit və təhlükəsiz hiss etmirdilər. Bəzi yaralar sağalmır. İllər keçsə də bizim yaralarımız da heç vaxt sağalmayacaq. Bəlkə də bir gün yenə masamızın üzərində lampa, güldan və əzizlərimizin şəkilləri olacaq, amma daha biz bunların heç birinə inanmırıq, çünki bir dəfə bunları gözlənilmədən qoyub qaçmağa və yaxud dağılmış evlərin altında axtarmağa məcbur olmuşuq.

Keçən bu iyirmi ildə yaralarımızın sağalacağına inanmaq faydasızdır. Bizlərdən təqib olunanlar heç zaman rahatlıq tapmayacaqlar. Uzun –uzadı gecə zəngləri bizim üçün “polis bölməsindən” başqa məna kəsb etmir. Və öz-özümüzə təkrarlamağın xeyri yoxdur ki, bəlkə də indi “polis bölməsi” ifadəsinin arxasında bizim müdafiə və yardım istəyə biləcəyimiz dostlarımız var. Bizim üçün bu ifadə etibarsızlığı və qaçıb uzaqlaşmağı ifadə edir. Övladlarımın yatmasına baxıb fərəh hiss ilə düşünürəm ki, gecənin bir yarısı onları durğuzub qaçmağa məcbur olmayacağıq. Ancaq bu fərəhin kökü dərin deyil. Mənə hər zaman elə gəlir ki, bir gün gecə oyanıb yenə hər şeyi – boş otaqları, xatirələri və pal-paltarı, arxamızda qoyub qaçmağa məcbur olacayıq.
Davamı →

Avqustda ölüm | Marko Viki

Florensiya, aprel 1964

Axşam saat 9 idi. Balaca boyu ilə uşaqdan seçilməyən bir kişi təngnəfəs halda polis bölməsinə çatıb dayandı. O, növbətçinin oturduğu kabinənin şüşəsinə əllərilə vuraraq müstəntiq ilə danışmaq istədiyini bildirdi. O, bu sözləri qışqıra-qışqıra desə də sakit olmağa çalışırdı. Növbətçi Muqnay ondan sakitləşməsini xahiş edib hansı müstəntiqlə görüşmək istədiyini soruşdu. Cırtdana oxşayan bu balaca kişi çirkli əllərini şüşəyə vuraraq qışqırdı:

“Müstəntiq Bordelli!” – o, bu sözləri elə tərzdə dedi ki, sanki bu bölmədəki tək müstəntiq Bordelli idi.

”Yaxşı, bəs o burada yoxdursa?”- Muqnay soruşdu.

”Yox, o burada olmalıdır. Mən onun dəyənəyini gördüm bayırda”- balaca kişi acıqla dedi.
Davamı →

Den Mörfi (Dul qadının etirazı) | Mark Tven

“Bu illər ərzində, mənim diqqətimi çəkən ən qəmgin əhvalatlardan biri də müharibə dövründə burada- Karninq şəhərində baş vermişdi”- bunu deyən bankirin işçisi sözə başladı.

“Den Mörfi adlı bir gənc, könüllü olaraq ordu sıralarına yazılmış və böyük cəsarətlə vuruşmuşdu. Bütün yoldaşları onun xətrini çox istəyirdi. Elə buna görə də, aldığı yara onu zəiflədib əldən salanda, hətta tüfəng də onun üçün ağır bir yük olanda, silahdaşları sözü bir yerə qoyaraq, ona orduda satıcı kimi işləməyi təklif etdilər. Bundan sonra pul qazanmağa başlayan Den pul yığmaq üçün həyat yoldaşına göndərərdi. Bu illər ərzində paltar yuyub ütüləməklə dolanan bu qadının qazandığı ağır təcrübə ona pulu necə saxlamağı çox yaxşı öyrətmişdi. Necə deyərlər, qəpiyinin də qədrini bilirdi.
Davamı →

Açıq Pəncərə | H. H. Munro (Saki)

“Xalam tezliklə aşağıda olacaq, cənab Nattel, – 15 yaşlı gənc, təmkinli qız bildirdi, – ona kimi həmsöhbətiniz mən olacağam”.

Framton Nattel yolda olan xalanın şan-şöhrətinə xələl gətirən bir söz demədən çox hörmətli xala qızını lazımınca tərifləmək üçün nəsə deməyə çalışırdı. Özünün heç gümanı gəlmirdi ki, tanımadığı adamlara etdiyi bu ziyarətlərin müalicəsi labüd olan sinirlərinə çox xeyri dəysin.

“Mən bilirəm necə olacaq, – o, bu kəndə köçəndə bacısı ona demişdi, – sən özünü hamıdan təcrid edəcək, bir Allah bəndəsi ilə də danışmayacaqsan. Qəm-qüssədən əsəblərin daha da pozulacaq. Sənə orda tanıdığım insanlara göstərməyin üçün təqdimat məktubları verəcəyəm. Yaxşı yadımdadır, onlardan bəziləri gözəl insanlar idi”.
Davamı →

Aynaların cəhənnəmi | Edoqava Rampo

Kan Tanuma indiyə qədər tanıdığım dostların içində ən qəribəsiydi. Əvvəldən onun əqli çatışmazlığından şübhəliydim. Kimisi onun sadəcə, əcaib bir məxluq hesab edir, amma mən onun xalis dəli olduğuna əminəm. Hər nəydisə, Tanuma nəyəsə möhkəm aludə olmuşdu. Hələ uşaq ikən fənər, teleskop, binokl, kaleydeskop və bu kimi şeylərlə oynayardı.

Bəlkə də Tanumanın bu qəribə aludəçiliyi irsi idi, deyilənə görə ulu babası Moribe də belə qəribə məşğuliyyətlərə meyli olub. O, Naqasakidəki hollandiyalı tacirlərdən müxtəlif şüşə əşyalar, teleskoplar və fərqli mövzuları əhatə edən əntiq kitablar alırmış. Bu əşyalar sonralar nəvələrinə qaldı və dostum Tanuma bu ailə yadigarlarının sonuncu sahibi idi.

Davamı →

Uşaqların cənnəti | Nəcib Məhfuz

— Ata...
  — Nə olub?
  — Rəfiqəm Nadya və mən həmişə birlikdəyik.
  — Bu yaxşıdı, mənim balam.
  — Dərsdə, tənəffüsdə, yeməkxanada...
  — Əla. O, çox yaxşı və tərbiyəli qızdı.
  — Amma “Allahın qanunları” dərsində biz ayrı-ayrı siniflərdə otururuq...
 
Ata toxumaqla məşğul olan anaya baxdı və onun gülümsədiyini gördü. Özü də gülümsəyərək dedi:
 
— Bu ki, ancaq “Allahın qanunları” dərsindədi.
  — Niyə belə olur, ata?
Davamı →