Üzük | Knut Hamsun

Bir dəfə qonaqlıqda olduğumuz zaman onun çöhrəsində yenicə eşqə düşmüş gənc qadının cizgilərini gördüm. Mavi gözləri əvvəllər olmadığı kimi parıldayır və öz hisslərini heç cür gizlədə bilmirdi. O, kimi sevir axı?

Deyəsən bayaq pəncərə qarşısında dayanan gənc centlmeni – əyninə mundir geyinmiş, səsi aslan nəriltisinə bənzəyən sahibkar oğlunu. Aman Allah, qadının gözləri gənc oğlana elə bir məhəbbətlə baxırdı ki…

Axşam evə qayıdarkən onun xasiyyətinə yaxşı bələd olduğumu nəzərə alaraq dedim:
– Necə aydın, möcüzəvi hava var. Bu gün maraqlı keçdi, hə?
Davamı →

Mənim atam | Xuan Rulfo

Mə­nim atam yax­şı ki­şiy­di. O ya­şa­yan­da bu dün­ya­da yax­şı heç nə yo­xuy­du. Sa­bah ney­lə­yə­cə­yi­ni heç kəs bil­mir­di, çün­ki sa­ba­ha eti­bar qal­ma­mış­dı, bu gün­sə hə­lə qur­tar­ma­mış­dı. Ha­va da ki, pi­siy­di – göz-gö­zü gör­mür, heç nə an­la­şıl­mır: gün çı­xıb­mı, kü­lək har­dan əsir – qu­zey­dən­mi, gü­ney­dən­mi. Dün­ya­da yax­şı heç nə yo­xuy­du. Atam­sa yax­şı ki­şiy­di, hə­ya­ta da ina­nır­dı.

Onu işıq­la­şan­da öl­dür­dü­lər, an­caq o öl­dü­yü­nü, həm də nə­dən öt­rü, nə­yin üs­tün­də öl­dü­yü­nü ye­nə də ba­şa düş­mə­di. Onu öl­dür­dü­lər, hə­yat on­dan öt­rü bit­di. Baş­qa­la­rı üçün­sə o hə­lə də ya­şa­yır­dı və dün­ya ya­vaş-ya­vaş din­cəl­mə­yə, də­yiş­mə­yə baş­la­mış­dı, hət­ta ya­ğış dam­cı­la­rı da se­çi­lir­di; adam­lar ya­ğı­şa bax­dıq­ca ümid­lə­ri ye­ri­nə qa­yı­dır­dı.
Davamı →

Sirli dərd | Knut Hamsun

Onunla dördüncü dəfə görüşdüm. Sanki o, hər addımımı izləyir və elə bil ki, hər an mənə xətər yetirə bilər; yəni bir də görürsən ki, budur haradansa pırtlayıb çıxdı və qəti ürəyimdən olmayan bir şəraitdə görüşməli olduq. Hətta bir dəfə onunla öz otağımda, Xristianiyada görüşdüm. Yox, yaxşısı budur hər şeyi başdan ayağa sizə danışım.

I
İlk dəfə onunla 1879-cu ilin Yeni il bayramında Kopenhagendə rastlaşdım. Onda, səhv etmirəmsə Klyarsbodendə yaşayırdım.

Otağımda oturmuşdum, notların üzünü köçürürdüm. Not oxuya bilmirəm deyə bu iş lap zəhləmi tökürdü. Birdən astaca, küt səslə, qapım döyüldü. Elə bildim ki, qapını qadın əlilə döydülər. Sevinclə qışqırdım: «Buyurun!» O, daxil oldu.
Davamı →

Hans Xristian Andersen

Çox sevdiyim Viktor Hüqonun belə bir aforizmi var: “ İnci palçıqda əriməz”. Hansın da məhz inci kimi saf qəlbi ətrafdakı ona gülüb lağ edən insanların çirkabında məhv olmadı, daha da gözəlləşdi, özünün təsvir etdiyi kimi çirkin ördək balası ququşuna çevrilə bildi.

Əgər nağıllar toplusu dərc etsək, Danimarkalı yazıçı Hans Xristian Andersenin nağılları olmadan o toplu tam olmaz; “ Çirkin ördək balası”, “ Düyməcik”, “ Noxud üstündə yatan şahzadə qız”, Qalay əsgərcik”, Qar Kraliçası” və s digər sehirli nağılları daxil etmədən nağıllar toplusu tamamlanmamış görünərdi. Maraqlı burasıdır ki, müəllifin özünün də həyatı sehirli nağıla bənzəyib, bəzən kobud insanların təhqirləri, bəzən həyatın anlaşılmaz haqsız təsadüfləri, bəzən isə şöhrətin geniş qapıları ilə rastlaşan Hans yaşamış olduğu müxtəlif olaylardan dolayı psixi sarsıntılar keçirmişdi. Yazıçının qəribə qorxuları vardı, o yanmaqdan qorxurdu, harasa gedəndə həmişə özü ilə ip aparardı ki, qaldığı oteldə yanğın olsa qaça bilsin, diş ağrılarından, diş çəkdirməkdən, kiminsə onu zəhərləyəcəyindən, pul xərcləməkdən qorxurdu. Həyatı boyu üç qadını sevmişdi, heç birindən qarşılıqlı sevgi görmədi və həyatının sonuna qədər subay qaldı.
Davamı →

Yaşamaq elminin dörd qaydası

“Sizə köhnə mənəvi dəyərlərin keçmişdə qaldığını təlqin eləyiblər. Bu yalandı. Əgər müasir insana diqqətlə baxsanız, söz örtüyünün altında tapdığınız insanın bütün dövrlərdə eyni olduğunu görəcəksiniz.

Yazıçılar klassik mədəniyyətin sona çatdığını bağırırlar. “Faktlar amansızdı, — onlar deyirlər. — Qətiyyən şübhə yoxdu ki, XX əsr bəşəriyyətin beşminillik inkişaf mərhələsinin – böyük klassik mədəniyyətlər erasının — sonudur və biz yeni eranın kandarında dayanmışıq… Onun keçmişlə heç bir ortaq nöqtəsi olmayacaq; əvvəllər yenilənmiş ruh tarixlə şərtləndirilmiş cismə keçib; artıq təzə ruh təzə vücudu canlandıracaq”.

Təzə vücudda təzə ruh? Belə şey qətiyyən olmayacaq. Mən heç bir təzə vücuda inanmıram. Məgər bizim ürəyimiz, böyrəyimiz, arteriyalarımız, sinirlərimiz ibtidai insanlardakılarla eyni deyil.
Davamı →

Böyük balıqlar, balaca balıqlar | İtalo Kalvino

Zefferinonun atası qəti çimərlik paltarı geyməzdi. Əynində həmişə köynək və ətəyini qatladığı şalvar olar, ağ papağını gözünün üstünə basıb gün boyu qayalıqlarda hərlənərdi. Ən böyük azarı qayalara yapışan, hər birinin sərt qabığı az qala daşlaşan Çinpapaq midyələr, yastı molyuskalar idi. Zefferinonun atası onları ancaq bıçaqla qoparardı. Hər bazar günü, gözündə iri eynəyi, sahil burnundakı qayaları bir-bir yoxlayardı. Balaca səbətini doldurana qədər ordan getməz, bəzilərini ordaca yeyər, islaq və turşməzə əti qaşıq kimi tutduğu qabıqdan sümürər, bəzilərini isə səbətinə atardı. Arada başını qaldırıb dənizə baxar və “Zefferino, haradasan?” deyə qışqırardı.

Zefferino günortadan sonraları dənizdən çıxmazdı. Ata-oğul birlikdə buruna gələr, sonra atası onu orda qoyub molyuskaların dalınca gedərdi. Qayalara yapışmış, inadkar Çinpapaq midyələr Zefferinonun diqqətini çəkmirdi; əvvəllər xərçənglərə, sonra osminoqlara, meduzalara meyil salmış və yavaş-yavaş hər növ balıqla maraqlanmağa başlamışdı. Yaz aylarında get-gedə daha çətin və ustalıq tələb edən işlərlə məşğul olurdu: artıq yaşıdları arasında sualtı tüfəngdən onun qədər bacarıqla istifadə edən yox idi. Ən yaxşı üzgüçülər bəstəboy və arıq-tırıq olanlardan çıxır, Zefferino da eləydi. Onu sahildə atasının əlindən tutub gedərkən görsəniz, elə bilərdiniz ki, saçı dibindən keçəl olan bu ağzı ayrıq uşağı dümsükləməsən tərpənməz, amma elə ki, dənizə girdi, heç kim onunla aşıq ata bilməzdi, özü də dibdən üzməkdə əlinə su tökən yox idi.
Davamı →

Yaşadığım yer | İlze Ayxinqer

Dünəndən bir mərtəbə aşağıda yaşayıram. Bunu ucadan demək istəmirəm, ancaq aşağıda yaşayıram. Ona görə ucadan demək istəmirəm ki, buraya özüm köçməmişəm. Dünən axşam konsertdən qayıdanda — adətən, şənbə axşamları konsertə gedirəm — giriş qapısını bağlayıb işığın düyməsini basandan sonra pilləkənlərlə yuxarı qalxdım, çünki liftimiz müharibədən sonra işləmir. Heç nədən xəbərsiz dördüncü mərtəbəyə çatanda, ürəyimdən keçirdim: “Kaş çatmış olaydım!” və bircə anlığa liftin böyründəki divara söykəndim. Adətən, dördüncü mərtəbədə yorulduğumu hiss edir və çox vaxt da elə bilirdim ki, beş mərtəbə qalxmışam. Ancaq bu dəfə elə olmadı. Bilirdim ki, hələ bir mərtəbə də qalıb. Ona görə də gözlərimi açıb son pillələri çıxmaq istədim və elə həmin anda da liftdən soldakı qapıda adım yazılmış lövhəni gördüm. Bu nədir, yoxsa çaşmışdım?

Yoxsa, beş mərtəbə qalxmışdım? Mərtəbələri göstərən lövhəyə baxmaq istədim, ancaq elə həmin anda da işıq söndü.
Davamı →

Prometey cəhənnəmdə

                                           Zənnimcə, baş qaldıran qüvvə olmayınca, ilahilikdə nəsə çatışmır.
                                                                                                    Lukian. “Prometey Qafqazda”

Müasir insan üçün Prometeyin nə anlamı var? Şübhəsiz, demək olar ki, tanrıya qarşı çıxan bu qiyamçı – bu günümüz üçün nümunədir və bu müqavimət min illər öncə Skifiya çöllərindən başlanmışdı, hazırda tarixin belə bilmədiyi bir sarsıntılarla sona çatır. Amma eyni zamanda bizə nəsə təklif edir, o izləyicidir, hal – hazırda aramızdadır, ancaq biz onun insanlıq adına qiyama çağıran tək səsinə qarşı karıq.

Əslində, bu günümüzün insanı – dar dünyanın saysız – hesabsız toplumları əziyyət çəkir, o, ocaq və qidadan məhrumdur və azadlıq onun üçün – həm də gözləyəcəyi təmtəraqdır; və məsələ burasındadır ki, onun iztirabları daha da artacaq, amma azadlıq və onun sonunda şahidləri bir o qədər az qalacaqdır. Prometey insanları o qədər çox sevirdi ki, qəhrəman bir dəfəsində insana hədiyyə olaraq od və azadlıq, sənətkarlıq və incəsənəti bəxş etdi.
Davamı →

Axmaqlar | Ayzek Əzimov

Naron uzunömürlü Rigel irqindən idi və ailənin qalaktika qeydiyyatını aparan dördüncü üzvüydü. Naronun böyük bir dəftəri vardı. Burda qalaktikalarda zəkası inkişaf edən xeyli irq qeyd olunmuşdu, daha kiçik dəftərə isə yetkinləşərək Qalaktika Federasiyasına daxil olmaq hüququ qazanmış irqlərin adı yazılırdı.

Böyük dəftərdə bəzi adların üstündən xətt çəkilmişdi, çünki onlar hansısa səbəbdən uğursuz hesab olunmuşdu. Buna şanssızlıq, biofiziki-biokimyəvi qüsurlar və cəmiyyətə uyğunlaşmamaq kimi təsirlər aid edilirdi. Amma kiçik dəftərə yazılmış heç bir ad bugünədək silinməmişdi. Çapar yaxınlaşanda dolu bədənli və kifayət qədər yaşlı Naron da başını qaldırdı. Xəbərçi – Naron – dedi, – Ulu Varlıq!
– Hə, nə olub? Qurtar bu dəm-dəstgahı!
– Bir qrup varlıq da artıq inkişaf etdi.
– Əla! Əla! Artıq daha sürətlə inkişaf edirlər. Heç bir il keçmədən yeni bir üzvümüz artır. Bəs hansı qrupdur bu? Çapar qalaktikanın kodunu və içindəki planetin koordinatlarını verdi.
Davamı →

Son gecə | Rey Bredberi

– Bu gecə dünyanın yox olacağını bilsəydin, nə edərdin?
– Nə edərdim? Zarafat edirsən, ya…
– Yox, düzünü de.
– Bilmirəm. Bu barədə düşünməmişəm. – qadın qəhvədanın qulpunu ərinə tərəf çevirdi və fincanları nəlbəkilərə qoydu. Kişi özünə qəhvə süzdü. İki balaca qız uşağı qonaq otağının yaşıl neft lampası ilə işıqlanan küncündə kublardan bina yığırdılar. Təzəcə qaynamış qəhvənin yüngül, təmiz qoxusu axşamın havasına qarışmışdı.
– Düşünməyə başlasan, yaxşıdır, – dedi kişi.
– Ciddisən? Kişi başını yellədi.
– Müharibə? Bəlkə, hidrogen, ya atom bombası?
– Yox.
– Baktereoloji silah?
– Heç biri, – kişi asta-asta qəhvəsini qarışdırırdı, gözlərini fincanın içindəki qaranlığa zilləmişdi.
– Belə deyək də, kitabımız bağlanır.
– Heç nə başa düşmürəm.
– Elə mən də. Sadəcə ürəyimə damıb. Bəzən dəhşətə gəlirəm. Bəzən də heç qorxmuram, əksinə sakit oluram.
Davamı →