Moloheya qoxan sevgili | Milorad Paviç

Milorad PavicMisirdə üç növ ot çox məşhurdur. Alfa adlanan bir otdan vaxtilə kəndir toxuyardılar, sonra həmin kəndirdən fironun yay qayıqlarını düzəldərkən istifadə edirdilər, qayıqların ayrı-ayrı hissələri mismarlarla deyil, məhz bu cür kəndirlərlə birləşdirilirdi. İkinci otu buxar tənbəki çubuğu olan nargiləyə doldurulardı. Üçüncü ot haqqında isə qədim əfsanədən danışılır. Məhz elə o da bizim yeni hekayəmizin predmeti olacaq. 

Atası Aşağı Volqaboyu yerləşən Qızıl Ordadan Qahirəyə gətirilmiş Əl Nasir Məhəmmədin vaxtında bir misirli xəlifə vardı. Həmin xəlifə həm öz sarayında, həm də bütün şəhərdə moloheya otundan hazırlanan ədviyyatdan istifadəni qadağan etmişdi. Rəvayətə görə bu xəlifənin gözəllər gözəli bir arvadı vardı və xəlifə onu çox sevirdi. Bir dəfə hərbi səfərdən döndükdən sonra xəlifə hiss etdi ki, arvadının sevgisi əvvəlki tək deyil. O, öz münəccimini yanına çağırdı və ondan məsləhət istədi. 
Ardı →

Cəhənnəm iztirabları | Akutaqava Rünoske

Akutaqava RunoskeAkutaqava Rünoske (1892-1927) — 1892-ci il iyulunda Yaponiyanın paytaxtı Tokio şəhərində anadan olmuşdur. 1915-ci ildə «Rasyamon darvazası» və «Burun» hekayələri işıq üzü görüb. 1920-1923-cü illərdə «Magiya möcüzələri», «Bisey necə inanırdı», «Bir qisasın tarixçəsi», «Susanoo-no-mikoto, „Susanoo-no-mikoto ahıl çağlarında“, „Tanrı Aqni“, „Qəribə hekayət“, „Xanım Rokunomiya“, 1924-1927-ci illərdə „Sanemonun cinayəti“, „Məktub parçası“, „Momotaro“, „At ayaqları“, „Ölümdən sonra“, „Karmen“, „Suadamları ölkəsində“, „Tanekonun kədəri“, „Yuxu“ və s. novellalar yazıb. Yazıçının 1927-ci ildə yazdığı „İlğım“ və „Dişli çarxlar“ hekayələrində və „Səfehin həyatı“ povestində özünə qəsd etmək meylləri aydın duyulur. Bu əsərlər müəllifin o vaxtkı psixi vəziyyətini hər şeydən yaxşı əks etdirir.
A.Rünoske 1927-ci il iyul ayının 24-də yüksək dozada yuxu dərmanı içərək özünə qəsd edib. 1935-ci ildə ədəbiyyat sahəsində Akutaqava Rünoske mükafatı yaradılmışdır.
Ən məşhur hekayələri: «Rasyomon darvazası» (1915), «Burun» (1916), «Cəhənnəm əzabları» (1918) və «Sıx meşədə» (1922).
1950-ci ildə Rünoskenin «Rasyomon darvazası» (1915) və «Sıx meşədə» (1922) hekayələri əsassında Akira Kurosavanın «Rasyomon» filmi ekrana çıxmışdır. 

Ardı →

Kaktus | O.Henri

O.HenriZamanın ən önəmli cəhəti odur ki, o, tamamilə nisbidir. Ümumi düşüncəyə görə, xatirələrə dalmaq ən çox suda boğulan adama xasdır. Yaxud bir nəfər əlcəklərini çıxara-çıxara bir qadınla olan münasibətlərini bir anın içində xatırlaya bilir. 
Trisdeylin öz subay ev-eşiyində masanın yanında dayanaraq etdiyi də məhz elə bu idi. Masanın üstündə qırmızı saxsı dibçəkdə qeyri-adi görünüşlü yaşıl bitki vardı. Həmin bitki kaktusun növlərindən biriydi, onun uzun, buynuzcuqlu yarpaqlarını lap azacıq meh də əsdirirdi, həmin yarpaqlar sanki insana əl uzadır, özlərinə tərəf səsləyirdilər. 

Trisdeylin dostu – gəlinin qardaşı bir az aralıda dayanıb tək içdiyi üçün deyinirdi. İkisi də frakda idilər. Sinələrindəki ulduzabənzər rozetkalar otağın qaranlığında parlayırdılar. 
Əlcəklərinin düymələrini aça-aça Trisdeylin ağlından son bir neçə saatın xəfif xatirəsi keçməyə başladı. Ona elə gəldi ki, kilsədə verilən messa zamanı hər tərəfi bəzəyən çiçəklərin ətri burnundan, minlərlə gözəl səslərin incə uğultusu, geyimlərin xışıltısı, ən çox da sözləri sanki bir-birinə calayan keşişin uzun-uzadı nitqi qulaqlarından hələ də çəkilməyib. 
Ardı →