Yasunari Kavabata

Yasunari KawabataBir qəlbin sirli yaşantıları və intiharı...
Bu dünyanın yazılmamış qaydalarından biri belədi: iradəndən asılı olmayaraq bu dünyaya gələcəksən, iradəndən asılı olmayaraq bu dünyadan köçəcəksən. Bəşər övladı min, milyon illərdi ki, beləcə gəlir, beləcə gedir. Amma bəzən elələri də olur ki, onlar həmin qaydanı dəyişməyə yönəlik addımlarda bulunurlar. Onlar arzuları olmadan həyata gəlsələr də, getmələrinə özləri qərar verirlər.

Bəlkə də belələri İlahinin insanın öz seçiminə buraxdığı qaydaları pozduqlarına görədir ki, onlar günahkar insan olaraq Allahın dərgahına qovuşurlar. Onsuz da Tanrıdan qeyri heç nə əbədi deyil.

Və bu baxımdan, dünyanın zəka, ağıl sahiblərinə görə kimlərinsə yarımçıq kəsdiyi ömür onsuz da nə vaxtsa bitmək zorundadırsa, bir yaradılmış olaraq onu bilərəkdən sonlandırmaq qəti doğru deyildir. Bəzən, bunun bir çıxış yolu olduğunu görənlər, hansısa məqamda müəyyən dəhşətlərdən xilas yolu kimi intiharı seçənlər yəqin ki, belə addımları ilə özlərini Böyük Yaradan dərgahında əbədi günaha ürcah etmiş olurlar. Tanrının bəxş etdiyi əmanətə sədaqət olar, xəyanət yox…
Davamı →

Uilyam Şekspir

23 aprel dünya ədəbiyyatı tarixinin ən sevindirici, eyni zamanda, həm də kədərli günlərindən biridir. 1564-cü ildə həmin gün Uilyam Şekspir (onun xaç suyuna çəkilməsi günü kimi doğumundan üç gün sonranı qəbul etsəz, bu tarixlə də razılaşsaz) və elə həmin gün, amma 52 il sonra da dünyasını dəyişib. Migel de Servantes — məşhur “Don Kixot”un müəllifi də 1616-cı ilin 23 aprelində dünyadan köçüb, amma o özü etiraf edirdi ki, birincilik uğrunda yarışda palma budağı seçimi qarşısında qalsaydı, mükafat bütün dövrlərin və xalqların insanlarının dahi kimi qəbul etdiyi Şekspirin payına düşərdi.

Şeksprin doğulduğu ailəyə tanınmış demək olmazdı. Atası Con əlcək istehsalı işində irəli getmiş usta olsa da, dəfələrlə qanunla konflikt yaşamışdı. Onu birbaşa evinin qabağında gübrə tayası yığıdığı üçün cərimə etmişdilər. Qara bazarda yun alveri etdiyi üçün izləyirdilər.
Davamı →

Lev Tolstoy Nikolayeviç

Dünya ədəbiyyatına iki nəhəng roman bəxş etməyinə baxmayaraq, ömür yolunda baş verən mənəvi dəyişiklik dövrünə qədər Lev Nikolayeviç Tolstoy adi rus zadəganlarından biri kimi yaşamışdı. Öz həyat tərzini belə təsvir edirdi:

“Müharibədə adam öldürmüşəm, öldürmək üçün duelə adam çağırmışam, kartda uduzmuşam, kəndlilərin qazandığına şərik olmuşam, onları cəzalandırmışam, əxlaqsızlıq eləmişəm, yalan danışmışam. İnsanları aldatmaq, oğurluq, zinanın bütün növləri, sərxoşluq, zorakılıq, qətl… Əlimi bulamadığım elə bir cinayət yoxdur…”[1]

Şübhəsiz ki, belə həyat tərzi bir çoxlarına maraqlı və dolğun görünə bilər, amma incə ruhlu Tolstoy üçün bu, ağır yük idi. O, kəndliləri vurub öldürməkdən, onların dul arvadlarını zorlamaqdan üstün bir şey istəyirdi. Və… axtardığını tapmaqdan ötrü ömrünün yarısını sərf etmişdi.
Davamı →

Artur Konan Doyl

Artur Konan DoylArtur Konan Doyl bacarıqsız terapevt kimi tanınsa da, bir oftalmoloq kimi böyük şöhrət qazanmışdı. Yazıçının böyük həvəslə qələmə aldığı tarixi romanları hələ öz sağlığında oxumurdular. O, pərilərin gerçək mövcudluğunu və gözbağlayıcı Harri Qudininin qeyri-adi bacarıq sahibi olduğunu heç kəsə sübut edə bilmirdi. Amma A.K.Doyl müəyyən şeylərə nail ola bildi və onun yaradıcılığı nəşriyyat aləminə yenilik gətirdi.

O, uydurduğu detektiv qəhrəmanı sayəsində qucaq-qucaq pul qazandı və bu qəhrəman ədəbiyyat aləminin ən məşhur alver simasına çevrildi. Əgər bir insanın məzar daşı üzərindəki adının qarşısında «ser» sözü yazılırsa, demək, o, həyatda nəyisə səhvsiz edib.
Davamı →

Onore de Balzak

«Dərin olmasam da, — bir dəfə Onore de Balzak demişdi, — kifayət qədər əhatəli adamam». Bu, ikibaşlı fikrin nə səbəbdən və hansı şəraitdə söyləndiyi məlum deyil; yəqin ya öz xarici görünüşünə, ya da zəhmətlə qazandığı ədəbi uğurlarına (ya da elə hər ikisinə) görə belə qətiyyətlə deyib. Mübaliğəsiz olaraq Balzakı dünya yazarları arasında ən gonbul qələm adamı kimi qəbul etmək olar. 160 santimetr boyu olan ağır cəmdək iki çöp kimi nazik ayaqlar üstə zorla tab gətirirdi. O, birmənalı olaraq özünün qarqantüasayağı (Fransua Rablenin «Qarqantüa və Pantaqruel» romanının qarınqulu qəhrəmanına işarədir. tərc.) iştahı, qeyri-adi bər-bəzəyi və ədəbsizliyi ilə məşhur idi.

Dəqiq məlumata görə bir dəfə Paris restoranlarının birində nahar edən ədib bir neçə düjin (bir düjin on iki ədəd deməkdir — tər.) qoyun kotleti, şalğam suyunda bişən ördək, bir-iki balıq, iki qızardılmış kəklik və yüzdən çox dəniz ilbizi aşırıb. Nahar on iki armud və müxtəlif şirniyyatlar, meyvə və içkilərlə başa çatıb. Onun özünü süfrə arxasında aparmağı kənardan çox iyrənc görünürdü. O, birbaşa bıçaqdan yeyir, yemək qalıqları ağzının kənarından ətrafa səpələnirdi. Çoxlarının onu axmaq yerinə qoymağı, dadbilmə qabiliyyətini itirən adam kimi təsəvvür etməyi əsla təəccüb doğurmurdu. Sadə kəndli ailəsində doğulan Onore Balsa soyadını dəyişmiş, ona aristokratlara aid «de» əlavəsi yapışdırmaqla özünü cəmiyyətə zadəgan kimi sırıya bilmişdi.
Davamı →

Mark Tven

Bəlkə də imzası uydurma idi, amma yazarlar arasında «gerçək» Samuel Lenqhorn Klemens qədər səmimi ikinci bir imzaya rast gəlmək çətindir. «Mark Tven» sadəcə, Klemensin çoxsaylı təxəllüslərindən biridir. O, eyni zamanda Tomas Cefferson Snodqrass, Avara, Coş, Çavuş Fatom və U.Epami-nondas Adrastus Blab imzaları ilə də çap olunurdu. Lakin onun ən məşhur təxəllüsü naviqasiya sahəsindən gəlmiş və «iki dəniz ölçüsündən» götürülmüşdü — çay gəmilərinin hərəkət etməsi üçün lazım olan minimal dərinlik. O, bu təxəllüsü hələ gəncliyində, Missisipi ilə üzərkən, gəmidə işləyəndə götürmüşdü.

Amerikalıların əksəriyyəti Tveni onun doğma ştatı olmağına baxmayaraq, nifrət etdiyi Missuri ilə bağlayırlar. "Əgər, siz bizim ştatda dünyaya gəlmisinzsə, onun adına «Missura-a» deyin, — Tven bir dəfə belə demişdi. — Yox, əgər bizim ştatda doğulmamısınızsa, o zaman «Missuru-i» deyə bilərsiniz. Amma əgər bizim ştatda doğulmusunuzsa, ömrünüz boyu burada yaşamağa məhkum olduğunuz üçün ona «balaca» deyin". O, bu «balaca»dan, daha doğrusu, kasıblıqdan bezdi və on səkkiz yaşı olanda ata evini tərk edərək, bir daha ora qayıtmadı. 
Davamı →

Əzablı ömür yaşamış yazıçı

Şarlotta BronteFaciəli həyatı və «Ceyn Eyr» alı romanı ilə tanınan ingilis yazıçısı Şarlotta Bronte 1816-cı il aprelin 21-də İngiltərədə «Tronton» məzarlığına baxan keşiş ailəsində doğulub.

Rahib atası və içki aludəçisi olan qardaşıyla yanaşı, dörd istedadlı bacıları olan Şarlotta şəhərin qaynar həyatından kənarda yaşamışdır. İrlandiyadan İngiltərəyə köç edən ailə daima yoxsulluq içərisində olmuşdu. Atası Patrix Brönte rahib idi. Anası Meri cavan yaşlarında xərçəng xəstəliyindən dünyasını dəyişdikdən sonra, ailənin bütün çətinlikləri Şarlottanın böyük bacısı Mariyanın çiyinlərinə düşür.

Atası 1824-cü ildə çətin dolanışıq ucbatından onları Koun-Bricdə yetimlər üçün ponsionata verir.
Bir müddət sonra oxuduqları məktəbdə yayılan vərəm xəstəliyinə yoluxan, Şarlottanın və o biri uşaqların qayğısına qalan böyük bacı Mariya, ardınca isə Elizabet rəhmətə gedirlər.
Davamı →

Silviya Plat

Sylvia PlathSilviya Plat müasir Amerika poeziyasının ən böyük simalarından biri hesab edilir. İlk romanı heç bir ay deyildi ki, nəşr olunmuşdu. Bu – “Şüşə qapaq altında” – elə sonuncu romanı oldu. Silviya əsərin nəşrindən bir ay keçməmiş intihar etdi. 

31 yaşı vardı. Yaradıcılıq eşqinin qaynadığı dövr idi. İki uşaq anası olsa da, vaxt tapıb şeirlər yazır və artıq Amerikanın parlayan günəşini tənqidçilər tanımağa başlayırdı.

Lakin o bir andaca bütün bunlara son verdi. Qayğıkeş ana ölümünü dəqiqliklə hazırlamışdı: əvvəlcə uşaqları üçün səhər yeməyi hazırlayır, süd, yağ və s. sonra mətbəxə keçib şəlpəni isladaraq qapının altına dürtür. Yuxu dərmanı qəbul edir, dördgözü açır və başını sobaya soxub yatır…
Davamı →

Kölgələr | Boleslav Prus

Səmada günəş şüaları sönməyə başlayan kimi yerdən alatoran qalxır. Alatoran – möhtəşəm gecə ordusunun minlərlə görünməz alayları və milyardlarla əsgərləridir. Bu nəhəng ordu dünyanın yaranışından bəri işıqla mübarizə aparır, hər səhər geri çəkilir, hər axşam qalib gəlir, günəş doğanadək hökm sürür, gündüz isə məğlubiyyətə uğrayıb gözdən iraq yerlərdə gizlənib gözləyir.

O, dağların mağaralarında, şəhərin zirzəmilərində, daha çox meşələrin və göllərin dərinliklərində gözləyir. Yaşı əsrlərlə ölçülən yeraltı mağaralarda, xəndəklərdə, evlərin küncündə, divarların çatlarında gizlənib gözləyir. O, ağac qabığının hər çatında, paltarın hər büküşündə yaşayır, ən kiçik qum dənəsinin altında uzanır, ən incə hörümçək toruna ilişir və gözləyir. Onu bir yerdən ürküdüb qovsalar, elə o dəqiqə yerini dəyişir, amma elə fürsət axtarır ki, qovulduğu o yerə yenidən qayıtsın və tutulmamış mövqeləri ələ keçirib bütün dünyanı bassın.
Davamı →

Bir yay gecəsi | Ambroz Birs

Henri Armstronqun ölməsi deyəsən, heç onun özünə də inandırıcı gəlmirdi. Onu, ümumiyyətlə, nəyəsə inandırmaq çox çətin idi. Lakin, həqiqətən də, basdırılmış olduğunu qəbul etməyə onun bütün hissiyyat orqanları vadar edirdi. O, kürəyi üstə uzadılmışdı, qarnının üstündə birləşmiş və bir-birinə bu ona heç bir xeyir gətirməsə də, onun asanlıqla qırdığı nə isə ilə sarılmış əlləri, bununla bərabər, özünü tərpədə bilməməsi, zülmət qaranlıq, dəhşətli sükut ona vəziyyətinin reallığına şübhə etmək imkanını vermirdi, odur ki o, bu vəziyyətinə qeyd-şərtsiz boyun əydi.

Lakin ölü olmaq… xeyr, xeyr, o, sadəcə, çox xəstə idi. Bundan başqa, xəstə adamlara xas olan süstlük onun canına hakim kəsilmişdi, ona görə də o, talenin ona hazırladığı qeyri-adi müqəddərat haqqında bir elə düşünmürdü. O, filosof deyildi, sadəcə, hal-hazırkı anda patoloji laqeydliyin çulğaladığı adi bir adamdı. Bu situasiyaya hər hansı təsirini göstərə biləcək orqan isə susqun vəziyyətdə idi. Odur ki öz yaxın gələcəyi üçün heç bir iş görmək istəyinin olmaması nəticəsində o öz-özü ilə tam harmoniyada olub yuxuya getdi.
Davamı →