Göydələn mağaralar

XX yüzilliyin sonlarına doğru, elmi-texniki tərəqqinin artan uğurları fonunda yaxın onilliklərlə bağlı optimist hesablamalar xeyli artmışdı. Bir çoxları dəhşətli dərəcədə utopik görünsə də, ümid edirdilər ki, həmin uğurlar təfəkkürlərdə də ciddi inqilaba, köklü dəyişikliklərə gətirib çıxaracaq; dünya əsrlərdir əlbəyaxa olduğu əksər problemləri böyük ölçüdə həll edəcək. Məsələn, despotik rejimlər tarix səhnəsindən sürətlə silinməyə başlayacaq, demokratiyanın sərhədləri genişlənəcək, terrorçuluq və separatizm kimi meyllər kəskin azalacaq.

Davamı →

Kitablar haqqında ən maraqlı faktlar

1) Yer üzündə ən qədim kitab “Prissanın papirusu”dur. O, bizim eradan əvvəl 3350-ci ildə yazılıb. Təbii ki, kitabı Fiv şəhərindəki piramidalardan birində tapıblar. Papirusun məzmunu bu gün də tamamilə aktual olan bir mövzuya həsr olunub. Bu, nəsillərin konfliktidir. Papirusun müəllifi gənclərin əxlaqsız, tənbəl və tərbiyəsizliyindən şikayətlənir. Göründüyü kimi, beş min ildən də artıq bir müddət ərzində heç nə dəyişməyib. 

2) Ədəbiyyatşünaslar Şekspirin əsərlərində işlənən “sevmək” sözünü sayıblar. Bu söz sənətkarın əsərlərində 2259 dəfə, ”nifrət” sözü isə cəmi-cümlətani 229 dəfə işlənib.   

3) Ən darıxdırıcı kitabların siyahısına “Hərb və sülh”, “Cinayət və cəza”, “Uliss”, “Əl-kimya” və “Harri Poter və Od Qədəhi” əsərləri daxildir.  

4) Kitaba görə ən böyük qonorarı şair Oppian alıb. O, iki poemasının – “Balıq ovu” və “Ov” – hər sətrinə bir qızıl sikkə Qazanıb. Kitabdakı sətirlərin ümumi sayı iyirmi min idi. Pul Roma imperatoru Mark Avrelin tərəfindən ödənilib.

5) Dünyada ən çox oxunan kitaba gəldikdə isə birinci yeri “Bibliya” tutur, ümumi tirajı – 6 milyard nüsxədir. İkinci yer  Mao Tszedunun sitatlarınındır. Üçüncü yer isə hələ ki “Üzüklər şahzadəsi”nə məxsusdur.  


Ardı →

100 insandan ibarət dünya

Əgər dünyada cəmi 100 insan yaşasaydı, onlardan 57-si Asiyadan, 21-i Avropadan, Şimali və Cənubi Amerikadan cəmi 14 nəfər və 8 nəfər Afrikadan olacaqdı. 52-si qadın, 48-i kişi olacaqdı, 30-u ağdərili, 70-i isə başqa irqin nümayəndələri olacaqdı.

30-u xristian, 23-ü müsəlman, 47-si isə başqa dinə sitayiş edənlər olacaqdı. 6 insan dünyanın 595 sərvətinə yiyələnəcəkdi və onlar Şimali Amerikada olacaqdılar. 80 insan kasıbçılıq içində yaşayacaqdı. 70 insan oxumağı və yazmağı bilməyəcəkdi və 50-si ac qalacaqdı. Hər gün bir insan ölüb, bir insan doğulacaqdı. 1 insanın ali təhsili olacaqdı və cəmi bircə insan kompyuter sahibi olacaqdı.

Yüzlərlə insanın həftənin axrına çata bilmədiyi vaxtda, əgər sən səhər sağ salamat dura bilirsənsə, sən xoşbəxt adamsan. Müharibədə iştirak edənlərdən, aclıqdan, işgəncələrdən, tənhalıqdan əziyət çəkənlərdən biri deyilsənsə, sən xoşbəxt adamsan.

Əgər sən sərbəst qorxmadan öz dininə sitayiş edə bilirsənsə, sən xoşbəxt adamsan, çünki dünyada 3 milyarda yaxın insan bundan məhrumdur. Əgər başını soxacağın bir evin varsa, əynində paltarın varsa və soyuducunda yeməyin varsa sən dünya əhalisinin 75%-dən daha imkanlısan.

Əgər bankda və ya pul kisənizdə bir miqdar pulunuz varsa, deməli dünyada uğura nail olmuş 8% insanların siyahısına daxilsiniz. Əgər siz sərbəst bu məqaləni oxuya bildinizsə, deməli siz oxuya bilməyən 2 milyard insanlardan fərqlənirsiniz.
Davamı →

Dünyanın ənləri


DÜNYANIN ƏNLƏRİ
1-Dünyanın ən yüksək şəlaləsi-Anhel-Venesuela-1000m

DÜNYANIN ƏNLƏRİ
2-Dünyanın ən uzun çayı-Nil-Afrika-6670 km

DÜNYANIN ƏNLƏRİ
3-Dünyanın ən yüksək dağı-Everest-Asiya-8848 m.

DÜNYANIN ƏNLƏRİ
4-Dünyanın ən böyük çuxuru-Sibir-1.2 km.

DÜNYANIN ƏNLƏRİ
5-Dünyanın ən böyük çölü-Böyük səhra çölü-Afrika

DÜNYANIN ƏNLƏRİ
6-Dünyanın ən böyük yanar dağı-Tambora-İndoneziya.

DÜNYANIN ƏNLƏRİ
7-Dünyanın ən böyük bəndi-Çin-3035m genişlik, 175m dərinlik.

DÜNYANIN ƏNLƏRİ
8-Dünyanın ən böyük mağarası-Karlsbad mağarası-Nyu Meksiko.ABŞ

DÜNYANIN ƏNLƏRİ
9-Dünyanın ən böyük gölü-Xəzər dənizi-Orta Asiya-394.299kv.km

DÜNYANIN ƏNLƏRİ
10-Dünyanın ən böyük adası-Qrelandiya-2.175.597kv.km

DÜNYANIN ƏNLƏRİ
11-Dünyanın ən isti yeri-Əl-Əzizyah-Liviya-57.7 C.

DÜNYANIN ƏNLƏRİ
12-Dünyanın ən soyuq yeri-Vostok II-89.2 C.

DÜNYANIN ƏNLƏRİ
13-Dünyada ən çox əhaliyə malik olan ölkə-Çin-1.237.000.000

DÜNYANIN ƏNLƏRİ
14-Dünyanın ən geniş ərazili ölkəsi-Rusiya-10.610.083kv.km

DÜNYANIN ƏNLƏRİ
15-Dünyanın ən kiçik ölkəsi-Vatikan-0.272kv.km

DÜNYANIN ƏNLƏRİ
16-Dünyanın ən böyük meqapolisi-Tokio-26.000.000nəfər

DÜNYANIN ƏNLƏRİ
17-Dünyanın ən uzun dəmir yol tuneli-Seikan-Yaponiya-53.09 km

DÜNYANIN ƏNLƏRİ
18-Dünyanın ən uzun avtomobil yolu tuneli-St.Qotthard-İsveçrə-16.4 km

DÜNYANIN ƏNLƏRİ
19-Dünyanın ən uzun kanalı-Panama kanalı-81.5km

DÜNYANIN ƏNLƏRİ
20-Dünyanın ən uzun körpüsü-Akaşi-Yaponiya-1.990m

DÜNYANIN ƏNLƏRİ
21-Dünyanın ən çox danışılan dili-Çin dili-885.000.000 nəfər

DÜNYANIN ƏNLƏRİ
22-Dünyanın ən çox sərhəd qonşusu olan ölkə-Çin-15 ölkəylə

DÜNYANIN ƏNLƏRİ
23-Dünyanın ən yüksək yerləşmə yeri-Uebzhuan, Çin-dəniz səviyyəsindən 5.090m

DÜNYANIN ƏNLƏRİ
24-Dünyanın ən alçaq yerləşmə yeri-Kalipatria, Kaliforniya ABŞ-dəniz səviyyəsindən 54m. aşağıda

DÜNYANIN ƏNLƏRİ
25-Dünyanın ən yüksək binası- Dubay Qülləsi-Dubay Əmirliyi-818m
Davamı →

Olan və olmayan dünyalar

                                     

Əziz dostlarım,hər şeydən öncə sizlərə bir nəsnəni aydınlaşdırmaq istərdim ki,mən “olan” və “olmayan” dünya dedikdə sizlərə deyilən,sizlərin qəbul etdiyiniz(bəziləriniz təbii ki,belə nəsnələri qəbul etmirsiz,bəlkə də doğru yoldasız),sizlərə bu ən  “doğru”su deyə verilən və özünün təsdiqini də səmavi dinlərin  müqəddəs yazılar toplusu kimi qəbul edilən kitablardakı dünyaları nəzərdə tutmuram.Yəqinki artıq çoxunuza məlum oldu ki,dinlərin insanlara bəyan etdiyi hansı dünyalardır.Bilməyənlərə də,qısaca xülasə edim ki,bu dünyaların adı dinlərdə(səmavi dinlərdə təbiiki)”O dünya,yəni cənnət dünyası və cəhənnəm dünyası”anlayışlarıdır.Əvvəlcədən xatırladım ki,bu dünyaların hansı anlama gəlməsi,hansı mahiyyətləri əhatə etməsi,haradan qaynaqlanması,necə oldu ki,insana bu kimi dünyalar vacib və ya insan bu dünyaları özünə vacib bildi və.s kimi yaxın sualları cavablandırmaq hələki mənim adını olan və olmayan dünya adlandırdığım yazımla yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur.Cənnət və cəhənnəm dünyaları ilə maraqlanan insanlara yaxşı bir tövsiyyə:”Dostlar,mollalardan uzaq olun,amma öldüyünüz zaman qəbir daşınınızın üstündə yasin sürəsini oxuyan insanın da molla olduğunu unutmayın.Nə qədər qəribə görünsə də,Azərbaycan cəmiyyəti mollalarsız keçinə bilmir.”


Ardı →

Bilər

                   Bilər

Kefçil kefindədi, nəyinə gərək,
Dünyanın dərdini qananlar bilər.
Kifirlər, çirkinlər öz hayındadır,
Məhəbbət acısın cananlar bilər.

                       ***

Qayğısıza kefdi, damaqdı dünya,
Dərdliyə nimdaşdı, yamaqdı dünya.
Nə rəhim, nə adil, nə haqdı dünya,
Dünyanın əzabın qananlar bilər.

                  ***

Aydın, beş gün qonağısan dünyanın,
Kəsilib,doğranıb tamam hər yanın.
Hər cövrünü, cəfasını cananın,
Oduna alışıb yananlar bilər.
                                          Dekabr, 2002
Davamı →

Ah,bu şirin,acı dünya

I
Başımızın tacı dünya,
min dərdin əlacı dünya.
Kimlər səndən doyub getdi,
şirin dünya, acı dünya?
Ömrün qışı, yazı dünya,
alnımızda yazı dünya.
Səndən əziz nəyimiz var,
şirin dünya, acı dünya?
Ardı →