Faydalı düyü sıyığı

Düyü sıyığı ən faydalı sıyıqlardan biridir. Düyünün nadir faydalı xüsusiyyəti ondan ibarətdir ki, düyü çox gözəl absorbentdir. Düyü orqanizmdə olan ziyanlı maddələri (şlaklar, toksinlər, ağır metalların düzları və s.) özünə hopdurur və orqanizmdən çıxardır.

Düyü müxtəlif vitaminlər (B qrupu, E, PP), mikroelementlər (fosfor, kalsium, kalium, maqnezium, sink, dəmir, selen), zülallar, mürəkkəb karbohidratlarla zəngindir. Düyü ürək-damar sistemi, böyrəklər, oynaqlar üçün xeyirlidir. Kalsiumla zəngin olan düyü sıyığı uşaqlar üçün də çox faydalıdır.
Davamı →

Günə düyü sıyığı ilə başlayın

Müxtəlif yarmalardan hazırlanmış sıyıqlar çox faydalı qida növüdür. Alimlər yarmaları müalicəvi məhsul hesab edir. Araşdırmalar göstərir ki, yarmalar ürək-damar sistemi xəstəliklərinin, şəkərli diabetin, xərçəngin riskini azaldır.

Təəssüf ki, müasir insanların qidalanmasında sıyıqlar demək olar yox səviyyəsindədir. Sizə ən faydalı sıyıqlardan biri olan düyü sıyığının faydalarını təqdim edirik:

1. Düyü sıyığı azkalorili məhsuldur. Bu səbəbdən bədən çəkisinə nəzarət edən insanlar bu sıyığı öz qidalanmasına rahatlıqla daxil edə bilər. Lakin burada nəzərə almaq lazımdır ki, sıyığa əlavə olunmuş yağ və şəkər tozu onun kalorililiyini xeyli artırır.
Davamı →