Mükəmməl qamət üçün üç həftə

Biz günümüzün çoxunu ofisdə masa arxasında keçirir, evdə dizüstü komputer qabağımızda divanda uzanır, bir sözlə bizə necə rahatdırsa elə də davranırır. Amma bunları edərkən düşünmürük ki, qamətimizə zərbə endiririk. Düz qamət təkcə gözəllik deyil, həm də, sağlamlıq üçün də vacibdir. Odur ki, sadə gündəlik hərəkətlər vasitəsilə qamətinizi mükəmməl etmək üçün sizə bəzi ipucları təqdim edirik.

1-ci həftə: Tədricən başlayın
Özünüzü tez bir zamanda dəyişməyə çalışmayan. Yavaş-yavaş başlayın. Birinci həftə 3 hərəkəti etmək məqbuldur.

1. Ayaq üstə duranda və ya stolda oturanda ayaqlarınızı çiyinləriniz bərabərində qoyun. Çiyinlərinizi qaldırın, geri çəkin və sonra boş buraxın.
2. Stulda oturanda çalışın hər iki ayağınız yerə tam yapışsın. Gücü kürəyinizə verməyin, bir az əyilmiş olsa bu qəbulolunandır. Əgər görürsünüz ki,belinizi düz saxlamaqda çətinlik çəkirsiniz, bu zaman bir yastıq vasitəsilə onu tənzimləyə bilərsiniz.
3. Çalışın həmişə kürəyiniz üstə yatın. Bu həm qamətinizə, həm də rahat nəfəs almağınıza kömək olacaq.
Davamı →