Sağlam geyinin
Hər fəslin, belə demək olarsa, öz geyimi var. Paltar seçərkən çalışmaq lazımdır kı, həm fəslə uyğun olsun,həm də insan sağlamlığına ziyan vurmasın. Yəni paltarın hansı materialdan tikilməsinə, rənginə, biçiminə diqqət yetirmək çox önəmlidir. Çünki allergiyaya səbəb olan, təri çəkməyən sintetik parça və geyimlər müxtəlif cür xəstəliklərə səbəb olur. Buna görə də paltar seçimində təbii materiallara daha çox üstünlük vermək lazımdır.
Sintetik tərkibli geyimlər tərləmənin qarşısını aldığı üçün bədən temperaturunun yüksəlməsinə səbəb olur. Ona görə də bu tip geyimlərdən yalnız soyuq havalarda və qış fəslində istifadə etmək məqsədəuyğundur. Belə geyimlərdən düzgün istifadə etməyəndə sızanaq, göbələk və digər yoluxucu xəstəliklər meydana gəlir. Təbii materiallardan hazırlanmış paltarlar isə bədənin nəfəs almasını təmin edir, xəstəlik törətmir, dərini aşındırmır.
Tamamilə sintetik məhsullardan ibarət olan paltarlardan uzaq durun.
Ardı →