Dırnaqların qırılmasına səbəb olan amil

Dırnaqlar qadınların ən zəif nöqtəsidir. Həmçinin, gözəl dırnaq əli də zərif göstərir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dırnaqların qırılmasına səbəb bu amillərdir:
 
Zülal çatışmazlığı
Kifayət qədər protein qəbul etməmək qırılan dırnaqlara səbəb ola bilər. Bu səbəbdən zülalla zəngin məhsullar dırnaqlarınız üçün yaxşı qida mənbəyidir. Dırnaqlarınızın zülal ehtiyacını ödəmək üçün çoxlu balıq, toyuq, yağsız mal əti, yumurta, lobya və süd qəbul edin.

Davamı →

Manikür etdirərkən əlləri suda saxlamayın

Hər bir qadın manikürünün uzun müddət qalmasını istəyir. Mütəxəssislər isə manikür edərkən dırnaqların suda çox saxlanmasının daha çox çatlamasına səbəb olduğunu deyir.

Məşhur gözəllik mütəxəssisi Çelsa Kinq dırnaqları suda çox saxlamağın yanlış bir addım olduğunu dilə gətirib. Belə ki, dırnaqları suda saxlayarkən dırnaqlar genişlənir. Ardından da dırnaq boyası çəkəndə dırnaq əvvəlki ölçüsünə qayıdan zaman boyanın çatlaması problemi olur.
Davamı →

Dırnaq qaynağı etdirməyin zərərləri

Qadınlar hər zaman gözəl görünmək istəyirlər. Bunun üçün də ataların deyimində olduğu kimi “Gözəllik ondur, doqquzu dondur”, – deyib dəbin bütün yeniliklərindən istifadə etməyə çalışırlar. Son zamanların isə ən geniş yayılmış trendlərindən biri qaynaq edilən dırnaqlardır. Demək olar ki, küçədə, metroda, evdə, işdə uzun və müxtəlif rəngli, naxışlı taxma dırnaqlı xanımlarla rastlaşırıq. Amma dəblə ayaqlaşma, dəbdən də geri qalma deyən xanımlardan bəziləri ilə söhbət etdikdən sonra məlum oldu ki, onlar bu cür dırnaqlardan istifadə etdiklərinə peşman olublar.

Həmsöhbət olduğumuz Sevinc Quliyeva danışdı ki, dırnaq qaynağı etdirdikdən bir saat sonra barmaqları qaşınmağa başlayıb: “Dəhşətli qaşınma idi. Səhər oyanıb tanış həkimə zəng vurdum. Dedi geldən allergiya verib. Antihistamin tablet və krem təyin etdi. Bir-iki gün sonra qaşıntı keçdi. Amma iki həftə sonra bir barmağımda yara əmələ gəldi. Həkimə getdim. Məlum oldu ki, dırnağın mayasına infeksiya keçib. Qısası, həmin dırnağımı çıxardılar”
Davamı →

Möhkəm dırnaqlar üçün məsləhətlər

Dırnaqların sağlamlığı bədən sağlamlığının aynasıdır. Əgər zəif, kövrək və ya solğun dırnaqlara sahibsinizsə, bədəninizdə bəzi problemlər mövcud ola bilər.

Zəif dırnaqlar asanlıqla qopur və qırılır. Əgər manikür etdirməyi və ya dırnaqlarınızı boyamağı sevirsinizsə, bu problemlər sizin əhvalanızı korlaya bilər. Lakin narahat olmayın, dırnaqlarınızı zəiflədən səbəbləri aradan qaldıra və onların yenidən sağlam olmalarını təmin edə bilərsiniz. 

İlk növbədə onu bildirək ki, dırnaqları gücləndirmək üçün ən əhəmiyyətli iki maddə biotin və zülallardır. Ona görə də bu maddələri kifayət qədər qəbul etmək lazımdır. Yaş artdıqca dırnaqlar zəifləməyə başlayır. Ancaq zəifləmənin yeganə səbəbi təkcə yaş deyil. Suya çox məruz qalmaq da dırnaqları gücsüzləşdirir. Duş qəbul etdikdə, üzdükdə və ya qab yuduğunuz zaman dırnaqlar suyla çox təmas edir. Bu zaman dırnaqdakı hüceyrələr genişlənir və yumşalır. Nəticədə vaxt keçdikcə dırnaqlar zəifləməyə başlayır. Soyuq havanın da bənzər təsiri var. Ona görə də qış aylarında qalın və isti əlcəklər geymək dırnaqları gücləndirməyin asan yollarından biridir.
Davamı →

Dırnaqların sınmaması üçün bunları edin

Dırnaqların sağlamlığı bədən sağlamlığının aynasıdır. Əgər zəif, kövrək və ya solğun dırnaqlara sahibsinizsə, bədəninizdə bəzi problemlər mövcud ola bilər. Zəif dırnaqlar asanlıqla qopur və qırılır. Əgər manikür etdirməyi və ya dırnaqlarınızı boyamağı sevirsinizsə, bu problemlər sizin əhvalanızı korlaya bilər. Lakin narahat olmayın, dırnaqlarınızı zəiflədən səbəbləri aradan qaldıra və onların yenidən sağlam olmalarını təmin edə bilərsiniz.

İlk növbədə onu bildirək ki, dırnaqları gücləndirmək üçün ən əhəmiyyətli iki maddə biotin və zülallardır. Ona görə də bu maddələri kifayət qədər qəbul etmək lazımdır. Yaş artdıqca dırnaqlar zəifləməyə başlayır. Ancaq zəifləmənin yeganə səbəbi təkcə yaş deyil.
Davamı →

Qalıcı dırnaq boyası

Günün hər saatı baxımlı görünmək üçün pul xərcləməyə çəkinməyən qadınlar dırnaqlarına da eyni diqqəti göstərir. Gün ərzində davamlı zərbələrə məruz qalan əllər və dırnaqlar bəzən istədiyiniz kimi görünməyə bilər.

Əllərimizin hər zaman baxımlı görünməsi üçün kremlər, dırnaq boyaları sürtürük. Amma bəzən həmin dırnaq boyaları qalıcılığını itirir və pis görünür.

— Dırnaqlarınıza boya çəkməzdən əvvəl nəmləndirici və ya hər hansı bir krem sürtməyin.
Davamı →

Saralmış dırnaqlar

Dırnaq saralması görünüş baxımından heç xoş olmayan bir haldır. Dırnaqlarınız səliqəli, makiyajınız yerində və geyimləriniz şık olsa da, sarı rəngli dırnaqlarla istədiyiniz görünüşə sahib olmanız mümkün deyil. Ya məcburən həmişə dırnaq boyası sürtməli olacaqsınız və bu da dırnaqların saralmasını daha da artıracaq. Ya da problemi kökündən həll etməlisiniz.

Dırnaqlardakı saralmanın ən əsas səbəblərindən biri tünd rəngli dırnaq boyalarıdır. Bu boyaların uzun müddət qalması dırnaqlarda pas ləkəsinə səbəb olur. Dırnaqlardakı saralmanın əsas iki səbəblərindən biri siqaretdəki nikotin və qətrandır. Əgər siqaret çəkirsinizsə, dırnaqlardakı saralmanın qarşısını almaq üçün siqareti tərgitməlisiniz.
Davamı →

Güclü dırnaqlar

Uzun və sağlam dırnaqlara sahib olmaq istəyənlər mütləq müəyyən aralıqlarla fərqli baxım formullarından yararlanırlar.

Bu yağ baxımını gündə iki dəfə təkrarlasanız, daha sağlam dırnaqlara sahib ola bilərsiniz.
 
3 xörək qaşığı bal
5 ml lavanda yağı
10 ml quşburnu yağı
 
Lavanda və quşburnu yağını balla qarışdırdıqdan sonra gündə iki dəfə dırnaqlarınıza çəkin. 15 dəqiqə sonra əllərinizi sabunlu su ilə yuyun. Faydasını görəcəksiniz.
Davamı →

Mükəmməl manikür qaydaları

Gözəl dırnaqlara sahib olmaq hər qadının istəyidir. Ancaq bəzən vaxt azlığı, bəzən də maddi imkansızlıq üzündən istənilən zaman gözəllik salonuna gedə bilmirsiniz. Çarə qalır ev şəraitində dırnaqlarınızı manikür etməyə. Bəs bunu peşəkar şəkildə necə edək?

1. Manikürə başlamazdan öncə bütün lazımi ləvazimatları hazırlamalı və əllərinizi manikürə uyğun vəziyyətə gətirməlisiniz. Mükəmməl bir manikür üçün ilk öncə lazım olanlar — sterilizə edilmiş manikür alətləri, təmiz dəsmal, dırnaq əti üçün qayçı, yumuşaldıcı krem, ilıq su, manikür qabı və asetion. 

2. Dırnaqlarınızın yumşalması üçün əllərinizi ilıq suda 10-15 dəqiqə saxlayın. Daha sonra dırnaq qırağındakı ətləri təmizləmək üçün uyğun hala gətirin.

3. Dırnaq qayçısıyla dırnaqlarınızı gözəl və səliqəli formaya salın.

4. Diş çöpünün ucuna pambıq büküb dırnağın qırağındakı ətləri geri itələyin.

5. Dırnaqlarınızı pilkanın köməyi ilə formaya salın. Sonra yaxşıca kremləyin. Dırnaq kənarları üçün nəzərdə tutulan yağlardan istifadə edə bilərsiniz. Krem artıqlarını dəsmalla silə bilərsiniz.

6. Dırnaqlarınızı istədiyiniz dırnaq boyası ilə rəngləyin.

8. Manikürü bitirdikdən sonra ləvazimatları spirtlə təmizləyib kənara qoyun.
Davamı →